Yalançılıq
Mьəllif: admin1
Tarix: 17-01-2016, 13:37
Yalançılıq
İnsanın sahibi olduğu sifətlər həyatında iki formada əks olunur. Bəziləri sadəcə insanın şəxsi həyatına, bir başqaları isə şəxsi həyatından əlavə ətrafındakılarla münasibətinədə təsir bağışlayır.Bu sifətlərdən biri insanın doğru danışan və yalançılıqdan uzaq olmasıdır. Çünki bu sifət bizim insanlarla münasibətmizə, onlar tərəfindən necə qəbul olunmağmıza və hətta öz şəxsi həyatımıza müsbət və mənfi təsirləri vardır. Bu kiçik yazıda siz dəyərli oxuculara yalançılıq haqqında, onun səbəbi və təsirləri bağlı danışacayıq.
Yalançılıq dedikdə insanın danışığında və davranışında həqiqəti olduğu kimi deyil, hansısa həqiqətdən uzaq olanları həqiqət və doğru kimi qələmə vermək başa düşülür.
İnsanın həqiqəti gizlədib yalan danışmağının əsas səbəblərindən biri özünə olan inamsızlığıdır. Öz gücünə, nələrəsə qadir olmağmıza olan inamsızlığmız, bizi həyatın hər bir sahəsində uğursuzluğa sürükləyən əsas amildir. Bir çox insanlar həqiqətdən qorxurlar. Buna səbəb onların özlərinə olan inamsızlığı, qorxu hissidir. Onlar daima özlərinin çatışmayan cəhətlərini düzəltmək əvəzinə, yalanlarla gizlətməyə üstünlük veirlər. İnamsızlığı aradan qaldırmağın ən gözəl yollarından biri, insan özünün nələrə qadir olduğunu kəşf edərək bunlara dəyər verməsidir.
Bir başqa səbəb insan etdiyi səhvlər və uğursuz addımlarıdır. Bir çox hallarda insanlar öz uğursuz və səhv addımlarını gizlətmək məqsədiylə yalan danışırlar. Amma bir şeyi nəzərə almaq lazımdır ki, hər edilən səhv üçün danışılan yalançılıq yeni bir səhvin başlanğıcıdır. Səhvlərə həll yolu tapmaq əvəzinə onları gizlətmək yaranan problemdən çıxış yolu deyil, əksinə nəvaxtsa səhvi gizlətdiyin bilinsə həm insanın özündə ümidsizlik yaradacaq və həmçinin başqalarının onu lazımsız bir şəxsiyyət kimi dəyərləndirməsinə gətirib çıxaracaq. Məsələn ailə həyatında ailə üzvlərinin səhvlərə həll yolu tapmaq əvəzinə yalanlarla biri birindən gizlətməsi , yalanın üstü açılan zaman yaranacaq bir çox ailə problemlərinin əsas amilidir. Həmçinin başqaraıyla münasibətdə.
Yalançılıqa səbəb olan bir başqa amil insanın savadsızlığı və cahilliyidir. Elm və savad bir çırağ kimi daima hər bir şeyin görünməyən tərəflərini bizlərə işiqlandırır. Savad və elmdən uzaq olan insan yalançılıqın nəticələrini heç vaxt nəzərə almır. Onun üçün əsas olan məsələnin görünən tərəfidirir. Yəni yalan danışaraq məqsədinə çatmaq. Amma o artıq yalançılıqın onun şəxsiyyətinə və ətrafındakılarla olan münasibətinə vuracaq ziyanlarından bixəbərdir. Buna səbəb onun yalançılıqın həqiqətinə və vuracağı ziyanlara qarşı olan savadsılığı və cahilliyidir.
İnsanın imansızlığıda onun üçün yalançılıqı sadələşdirən bir başqa amildir. Yaranışın Xaliqinə imanı olan insan heç vaxt yalançılıqa addım atmaz . Çünki o bilir ki, həqiqəti məxluqdan gizlətsədə xaliqdən gizlədə bilməz. İmanlı insan üçün hər bir şeyin Xaliqə məlum olduğuna inanar və hər zaman bu inanca əsasən yaşayar.
Amma yalançılıqında hər bir başqa bəyənilməmiş xüsusiyətlər kimi, insan həyatına mənfi təsirləri vardır. Ən pis nəticələrindən insanın etibarsız bir insan kimi tanınmasıdır. İnsanlar içində etibar qazanmaq onlarla quracağmız münasibətin səmərəli olması üçün çox mühüm amildir. İnsanlar içində etibar qazanmaq üçün, bəzən bir ömür belə kifayət etmir. Amma yalançılıq bir ömürlük etibarı yox edir. Yalan danışan insanın yalançılıqının üstü açılan zaman hətta öz ailəsi, dostları və yaxınları artıq o insana etibarsız və güvənilməz bir şəxsiyyət gözüylə baxarlar. Onun dediklərinin artıq onlar üçün əhəmiyyəti olmaz. Nəticədə artıq ətrafındakılar onun ətrafından uzaqlaşarlar ki, bu addımda bir çox psixoloji problemlərə səbəb olar.
Yalançılıqın bir başqa nəticəsi insanın psixoloji sıxıntılar keçirməsidir. Yalançı insan yalanın üstü açılmaması səbəbiylə daima qorxu içində yaşayar. Onun qorxu içində yaşaması psixoloji sıxıntılara gətirib çıxarar. Psixoloji sıxıntı içində yaşayan insan heç vaxt sağlam münasibət qura bilməz. O daima hər bir kəsə və hər şeyə şübhəylə yanaşar.
Bir başqa mənfi təsirlərdən insan üçün layiq olmayan xüsusiyətlərin yalançılıq vasitəsiylə adi bir hala çevrilməsidir. İnsanın bir neçə dəfə yalan danışması artıq yalançılıqı adət halına çevirər və onun şəxsiyyətini sual altına aparan bu sifəti gözündə sadələşdirər. Bir insan üçün şəxsiyyətini sual altına aparan hər hansı davranış, yaxud sifətin adiləşməsi, artıq onun üçün insanlığa layiq olmayan başqa məsələləridə adiləşdirir.
Çalışıb həyatmızı yalandan uzaq pirinsiplər üzərində qurmalıyıq. Çünki adından başa düşüldüyü kimi, Yalanın əsası yoxdur.

Bəşər Məmmədov


islammektebi.org
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031