Valideyn duası adlı bir möcüzə
Müəllif: Admin
Tarix: 12-02-2019, 11:50
Valideyn duası adlı bir möcüzə
İlahi dərgahında valideynin yeri - ən ali və dəyərli yerlərdən birində qərar tutur. Allah ata və ananın məqamına xüsusi əhəmiyyət verir. Biz hamımız bilirik ki, İlahi hökmlərdə ata və ananın dəyəri yüksəkdir. Valideynlə yaxşı rəftar - bütün dinlərin sabit və dəyişməz göstərişidir.

İslam dini də ən kamil və sonuncu din kimi bu məsələyə diqqət etməyi xüsusilə vurğulamışdır. Bu məsələnin əhəmiyyəti Quranda o qədər böyükdür ki, Allah Təala tövhiddən sonra valideynə hörmət etməyə dəvət etmişdir.

Allah buyurur: "Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın, ata-anaya yaxşılıq edin...” ("Nisa” 36).

Bu ayədən açıq-aydın görünür ki, İlahi dərgahında valideynin dəyərli bir məqamı vardır. Ona görə də Allah valideynin duasını tez eşidər. Onların övladları haqqında etdikləri duaları birinci sıraya qoyar. Valideynin duası ərşə çatanda əgər yerinə yetməsi üçün bir maneə yoxdursa, tez bir zamanda həyata keçər.

Ona görə aqil o insandır ki, bu yoldan ən yaxşı şəkildə istifadə edər. Özünü valideynin dua axənəna qərq edər. Ancaq bədbəxt o insandır ki, Allahın bizlərin ixtiyarına qoyduğu bu nemət bulağından bəhrələnməzlər.

Həzrət Peyğəmbər (s) bu haqda buyurur: "Vay olsun o insan ki, ata və anası onun yanında qocalar və onu behiştə aparmazlar”.

Bəli, həqiqətən əgər kimsə ana və atasına yaxşılıq etməkdən çəkinərək, özlərini behiştə daxil etməzlər, o qədər xar və zəlil olarlar ki, xoşbəxtliyi heç bir zaman dada bilməyəcəklər. Bu insan o kəsə bənzəyir ki, çox sayda nemətin düzüldüyü süfrədə oturub, ancaq oradakı yeməklərin heç birindən yemir.

Ona görə yaxşı olar ki, valideynlərimizin qəlbini elə ələ alaq ki, xeyir-duaları öz-özlüyündən qəlblərinin dərinliyindən qaynayıb çıxsın. Bizim üçün xeyirli aqibət istəsinlər.

Əlbəttə, nəzərə almaq lazımdır ki, çətinliklərimizdə və probelmlərimizdə də bu iki böyük insanın duası bizə nicat verə bilər. Bu gün dünyada çox az insan vardır ki, çətinliyi olmasın.

Ona görə də qapıları açan bu iki sərvətin qədrini bilmək lazımdır. O kəslər ki, valideynlərini itiriblər, onlar da o biri dünyaya ən gözəl hədiyyə göndərərək, valideynlərinin xeyir-duasını ala bilərlər.

Dua - Pərvərdigardan xaliscəsinə istəmək deməkdir ki, qəlbin dərinliklərindən gələr. Qanadlanandan sonra İlahi ərşə gedər. Ancaq bütün dualar yerinə yetmir. Bəziləri məsləhət olmadıqları üçün yerinə yetməz. Onun yerinə Qiyamət günü sahibinə ali şəkildə təqdim ediləcəkdir.

Əmirəl-möminin (ə) buyurduğu kimi, bəzi duaların qüdrəti o qədər böyükdür ki, özünü həyata keçmək hədəfinə yaxınlaşdırar. İstəyini İlahi ərşdən alar. Həzrət Əli (ə) bu haqda buyurur: "Dörd qrup insanın duası rədd olmaz:

1. Rəhbərin millət haqqında etdiyi dua.

2. Saleh atanın övladına görə etdiyi dua.

3. Saleh övladın atasına görə etdiyi dua.

4. Məzlumun duası”.

Beləliklə, saleh atanın övladına görə etdiyi dua qəbul olar. Buna bariz nümunə Həzrət İbrahimin (ə) İmamət məqamını alandan sonra Allaha dua etməsidir və o Həzrət (ə), Allaha dua edir ki, bu məqamı övladlarına da əta etsin. Allah Təala da bu saleh atanın xalis duasını yerinə yetirir.

Peyğəmbəri-Əkrəm (s) buyurur: "Mən - atam İbrahimin (yerinə yetən) duasıyam”.

Əlbəttə, Əmirəl-möminin (ə) buyurduğu hədis təkcə atalara aid deyildir, həm də anaları da nəzərdə tutur. Belə ki, Əhli-beyt (ə) mədəniyyətinə nəzər salanda görmək olur ki, anaya məhəbbət və hörmət nəinki atadan az deyil, həm də məqamı daha ali və təsirlidir.

İmam Səccad (ə) buyurur: "Bir kişi Peyğəmbərin (s) xidmətinə gəlir və Həzrətə deyir: "Elə bir çirkin iş yoxdur ki, onu görməmiş olum və elə bir günah yoxdur ki, ona bulaşmayım. Mənim üçün tövbə etmək və geri qayıtmaq üçün bir yol varmı?”.

Həzrət (s) buyurur: "Ata və anandan sağ olanı varmı?”

Cavab verdi: "Bəli, atam”.

Həzrət (s) buyurdu: "Get və ona yaxşılıq et”.

İmam Səccad (ə) davam edərək, buyurur: "O kişi gedəndən sonra Peyğəmbər (s) buyurur: "Kaş anası olaydı””.

Beləliklə belə nəticə çıxartmaq olar ki, ananın duası da atanın duasından heç də geri qalmır. Əgər ondan artıq olmasa belə, onunla eyni səviyyədədir və eyni nəticəni verir.

Ona görə hələ ki, valideynlərimiz sağdırlar onlara yaxşılıq və hörmət edək. Onların qədrini bilək və qoca yaşlarında onların ehtiyaclarını yerinə yetirməyə və xeyir-dualarını qazanmağa çalışaq.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031