Səhlə məscidi
Mьəllif: admin1
Tarix: 25-02-2024, 13:00
Səhlə məscidi
Əbu Bəkr Xəzrəmi rəvayət edir: "İmam Baqirə (ə) dedim: "Allahın hərəmi (Məscidül-həram) və Peyğəmbərin hərəmindən (Məscidün-Nəbi) sonra hansı məkan fəzilətlidir?"

Buyurdu (ə): «Ey Əbu Bəkr! Kufə pak və müqəddəs bir şəhərdir. Orada rəsul və nəbi peyğəmbərlərin‚ onların əməlisaleh canişinlərinin qəbirləri yerləşir. Bundan başqa, Səhlə məscidi də mübarək bir məsciddir.

Hər bir peyğəmbər orada namaz qılmışdır. İlahi ədalət orada bərpa olunacaq‚ Tanrı qiyamçısı orada baş qaldıracaq və onun ardınca digər qiyamçılar da ayağa qalxacaqlar. Orada peyğəmbərlərin‚ onların canişinlərinin və əməlisaleh insanların evləri yerləşir."

İmam Sadiq (ə): "Çətinliyi olan hər bir kəs Səhlə məscidinə gəlib‚ orada məğrib və işa namazları arasında iki rəkət namaz qılaraq Tanrıdan yardım diləsə‚ Allah-Təala onun çətinliyini həll edər.

İmam Sadiq (ə): "Kufədə "Səhlə" adlandırılan bir məscid var. Əmim Zeydin oraya yolu düşəndə‚ bu məsciddə namaz qılıb‚ Allaha pənah aparardı. Allah-Təala iyirmi il onu qorudu.

Bu məscid, atlının (Xızırın (ə) endiyi yer və İdris peyğəmbərin (ə) evidir. Ona hər dəfə bir çətinlik üz gətirəndə‚ bu məscidə gələrək‚ məğrib və işa namazları arasında (müstəhəb) namaz qılar‚ Tanrıya yalvarardı. Allah-Təala da onun bütün çətinliklərinə yol açardı."

Əbdür-Rəhman ibn Kəsir rəvayət edir: «İmam Sadi-qin (ə) Əbu Həmzə Somaliyə belə buyurduğunu eşitdim:

– Ey Əbu Həmzə! Əmim Zeydin gecələr (ibadət etmək üçün) ayağa qalxdığını görmüsənmi?

– Dedi:

– Bəli.

– Süheyl məscidində namaz qılırdı?

– Süheyl məscidi haradadır? Məqsədiniz Səhlə məscididir?

– Bəli. Əgər orada iki rəkət namaz qılıb Allaha pənah aparsaydı‚ bir daha onu qoruyardı.

– Atam-anam sənə qurban olsun! Bu Səhlə məscididirmi?

– Bəli. İbrahimin evi oradadır. O Həzrət (ə) buradan Əmaliqəyə sarı yola düşdü. İdrisin (ə) də dərzilik etdiyi ev oradadır. Bu məsciddə yaşıl bir qaya vardır ki‚ bütün peyğəmbərlərin rəsmləri oradadır. Allah-Təala bütün peyğəmbərləri bu qayanın altındakı torpaqdan yaradıb və Merac da oradadır.

Əla ibn Rəzin rəvayət edir: "İmam Sadiq (ə) mənə buyurdu: "Sizin yaxınlığınızda yerləşən "Səhlə"‚ bizim isə "Şəra" dediyimiz məsciddə namaz qılırsanmı?"

Dedim: "Bəli‚ sənə qurban olum. Orada namaz qılıram".

Buyurdu (ə): "O məscidə get. Çətinliyi olan (dua edib‚ hacət diləmək üçün) oraya getsə‚ elə bir çətinlik yoxdur ki‚ (o‚ həll olmasını istəsin‚ amma) Allah-Təala onu dəf etməsin. Orada bir daş vardır ki‚ üzərinə bütün peyğəmbərlərin və onların canişinlərinin adları yazılıb."

İmam Sadiq (ə): "Kufəyə daxil olduqda Səhlə məscidinə get və orada namaz qılıb‚ Allah-Təaladan mənəvi və dünyəvi hacətlərini istə. Səhlə məscidi İdrisin (ə) namaz qıldığı və dərziliklə məşğul olduğu evdir.

Kim orada Allaha sevdiyi şəkildə dua etsə (ya-xud istədiyi hacəti diləsə)‚ Allah onun diləyini qəbul edər və Qiyamət günü onu uca məqamlara‚ hətta İdris (ə) peyğəmbərin məqamınadək ucaldar. Dünyadakı çətinliklərdən və düşmənlərinin şərrindən amanda saxlayar."

İmam Sadiq (ə): "Bu məscid (Səhlə məscidi) bizim sahibimizin dostları ilə birgə qiyama qalxdığı vaxt (yerləşəcəyi) məkandır."

Əbu Bəsir rəvayət edir: "İmam Sadiq (ə) buyurdu: "Ey Əba Məhəmməd! Sanki indi Qaimin (ə.f) öz ailəsi ilə birlikdə Səhlə məscidində yerləşdiyini görürəm".

Soruşdum: "Ora Onun mənzilidirmi?"

Buyurdu (ə): "Bəli‚ ora İdrisin (ə) də mənzilidir. Allah-Təalanın göndərdiyi bütün peyğəmbərlər orada namaz qılıb. Kim orada qalsa‚ sanki Allahın Rəsulunun evində qalıbdır. Hər bir mömin kişi və qadın oranı sevər. Hər gecə-gündüz Tanrı mələkləri oraya sığınıb‚ ibadətlə məşğul olurlar.

Ey Əba Məhəmməd! Əgər mən sizə yaxın olsaydım‚ bütün namazlarımı o məsciddə qılardım. Bizim Qaim (ə.f) qiyama qalxdıqda‚ Allah-Təala‚ Peyğəmbərinin (s) və bizim hamımızın intiqamını (düşmənlərimizdən) alacaq."

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031