MƏSCİD
Mьəllif: admin1
Tarix: 13-04-2014, 18:37
MƏSCİD


Məscid Allahın evidir


Quran:
«Həqiqətən, məscidlər və səcdəgahlar Allahındır. Buna görə Allahla bərabər heç kəsi çağırmayın.»

İmam Sadiq (ə):«Sizlərə məscidlərə getməyi tövsiyə edirəm. Çünki məscidlər Allahın yer üzündə evləridir. Kim pak və təmiz halda oraya daxil olsa, Allah-taala onu günahlardan təmizləyər və zəvvarları sırasında qeyd edər. Beləliklə, məscidlərdə çox namaz qılıb dua edin.»

Məscidləri abad etmək
Quran:
«Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayan şəxs abad edər. Ümid var ki, onlar doğru yolu tapsınlar.»

Allahın Peyğəmbəri (s) (məscidlərin necə abad olunması barədə Əbuzərin sualının cavabında): «Onlarda səslərini qaldırmasınlar, nalayiq və boş-boş sözlərə, işlərə vaxt sərf etməsinlər. Orada alış-veriş edilməsin. Məs¬cid¬də olduğun müddətdə hədər və əhəmiyyətsiz işlərdən əl çəkəsən. Əgər belə etməsən, Qiyamət günü özündən başqa bir kəsi danlamağa haqqın yoxdur.»

İmam Sadiq (ə):«Kim bir məscid tiksə, Allah-taala onunçün Cənnətdə bir ev tikər.»

Məscidlərə getmək
Allahın Peyğəmbəri (s):«Kim camaat namazında iştirak etmək üçün məscidə getsə, atdığı hər bir addıma yetmiş min yaxşı əməlin savabı yazı¬lar və həmin həddlə dərəcəsi ali səviyyəyə yüksələr. Əgər bu halda ölərsə, Allah-taala yetmiş min mələyi, qəbrdən qalxan günədək onu qəbrdə ziyarət etmək, tənhalıqda onunla munis olmaq və günahlarının bağış¬lan¬masını istəməkdən ötrü ayırar.»

Məsciddə oturmaq
Allahın Peyğəmbəri (s):«Ey Əbuzər! Məsciddə oturduğun müddətdə Allah-taala hər aldığın nəfəs üçün sənə Cənnətdə bir dərəcə verər, mələklər sənə salam göndərər, məsciddə çəkdiyin hər bir nəfəs üçün sənə on yaxşı əməlin savabı yazılar və on günahın silinər.»

Məscidlə qonşuluq və onda namaz qılmaq
İmam Əli (ə):«Məscidin qonşuluğunda yaşayan şəxsin bir üzrlü səbəb, ya xəstə olduğu haldan başqa məsciddən qeyri bir yerdə qıldığı namazı qəbul deyil.» Ərz etdilər:«Ey Əmir-əl-möminin! Məscidin qonşusu kimdir?» Həzrət (ə) buyurdu:«Məsciddə namaz qılmaq üçün dəvət səsini eşidən şəxs»
İmam Əli (ə):«Məscidin ətrafı qırx zirədir, məscidin qonşuluğu isə hər tərəfə qırx evdir.»

Məsciddə ədəb qaydaları
Allahın Peyğəmbəri (s):«Kim bu pis iyli dənəni (yəni sarımsağı) yeyərsə, bizim məscidə yaxınlaşmasın. Amma məscidə gəlməyəcək şəxsə yeməyin eybi yoxdur.»
Allahın Peyğəmbəri (s):«Məsciddə iki rəkət namaz qılmadan onu özünüzün keçid yeri etməyin.»
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930