Qurban bayramı - İlahi rəhmətin təcəllisidir
Müəllif: Admin
Tarix: 11-08-2019, 23:48
Qurban bayramı - İlahi rəhmətin təcəllisidir
Qurban bayramını insanın İlahi qürb məqamına qayıtması kimi də mənalandırmaq olar. İslam dininin nəzərinə görə o gün ki, insan günah etməz – həmin gün bayram olar. İslam dininin dörd böyük bayramı vardır: Fitr, Qurban, Qədir-Xum, Məbəs. Bu günlər Allahın rəhmətinin insanlara şamil olduğu xüsusi günlərdir.

Allah evinin zəvvarları doqquz gün səbir, ibadət və çətinliklərdən sonra paklanar, təmizlənər və İlahi qürbə yaxınlaşarlar. Ona görə də həmin günü bayram edərlər.

Allah Təala Həzrət İbrahimin (ə) İlahi eşqi və İsmayilin (ə) təslimi barəsində belə buyurur: “Oğlu onunla birlikdə işləmək və çalışmaq həddinə çatanda (İbrahim) dedi: «Oğulcığazım! Mən yuxuda hey görürürəm ki, sənin başını kəsirəm (boğazına bıçaq çəkirəm). Bəs bax (gör) nəzərin nədir?». (İsmail) dedi: «Ey ata! Sənə əmr ediləni yerinə yetir. Allahın istəyi ilə məni səbirlilərdən görəcəksən!»”. (“Saffat” 102).

Qurban bayramı İbrahimin (ə), İsmayilin (ə) və Həcərin imtahana çəkildiyi gündür. Bu imtahan tarix boyu təkrar olmuşdur, əlbəttə mahiyyəti bir-birinə bənzəməsə də, ancaq üslubu bənzəmişdir. Belə hadisələrdən biri də Kərbəla hadisəsidr. İmam Hüseyn - (ə) Həzrət İbrahim (ə) kimi (ə), Xanım Zeynəb (s.ə) – Həcər kimivə İmamın övladları və yoldaşları - İsmayil (ə) kimi imtahana çəkildilər.

Bu İlahi böyük insanların sirri onda idi ki, onlar Məhbublarının razılığını əldə etmək üçün ürəklərində Allahdan qeyrisini çıxartmışdılar ki, pak halda Məhbubları ilə görüşə bilsinlər. Ona görə də Qurban bayramı – qürb vasitəsidir. Allahdan qeyirisini Onun yolunda qurban vermək günüdür.

Əslində insan öz tamah boğazını kəsər və malından bir qədərini ayıraraq, riza və təslim məqamı ilə Allaha hədiyyə verər. Şübhəsiz ki, Allah bu qurbandan bəhrə aparmaz. Necə ki, bu ayə buyurur: “Allaha əsla onların əti və qanları çatmaz, əksinə Ona sizin tərəfinizdən (qəlb və batində olan) təqva çatar”. (“Həcc” 37).

İnsan bütün il boyu özü üçün çalışır və ancaq öz mənafeyini düşünür. İslam yoxsulluğu aradan qaldırmaq üçün buyurur ki, il boyu özün yemisən, ildə bir günü qurban kəs və yoxsulları yedizdir ki, onlar da sevinsin. Bəli, dinimiz insan yetişdirən belə bir dindir. Bu gözəl bayram günündə öz batinimizə diqqət edək və tamahımızı, hərisliyimizi, acgözlüyümüzü qurban edək.


/Deyerler/
Oxşar xəbərlər
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031