Dünyada Qurban Bayramı... - VİDEO
Mьəllif: admin1
Tarix: 4-10-2014, 21:42
Bцlmə: Xəbərlər
 Dünyada Qurban Bayramı... - VİDEO

Qurban bayramı dünyanın bir çox ölkələrində qeyd olunub.
ANS TV-nin məlumatına görə, Qurban bayramı Məkkədə təntənəli şəkildə qeyd olunub. Dünyanın dörd-bir yanından Həcc ziyarətinə gələn zəvvarlar bayram namazının qılınması üçün Kəbeyi-Şərif ətrafına toplaşıb. Bayram namazı bu səhər minlərlə zəvvarın iştirakı ilə Kəbə ətrafında qılınıb.

Namazdan sonra bir-biri ilə bayramlaşıb dualar edən zəvvarlar Müzdəlifədə topladıqları daşları götürüb Mina dağında Şeytanı daşlayıblar.

İndoneziyanın paytaxtı Cakkartada da yüz minlərlə insan bayram namazı üçün Əl-Əzhar məscidinə toplaşıb və məscidin həyətində böyük bir ərazidə namaz qılınıb.

Qurban bayramı həyacanı Somalidə də yaşanıb. Şəhərin əsas ticarət mərkəzi olan Hamar Veyne bazarında əsl bayram ab-havası yaşanıb. İnsanlar bayram süfrəsi alış-verişi üçün bazara axışıb.

Əfqanıstanın yeni seçilmiş prezidenti Əşrəf Qəni Əhmədzay Qurban bayramı münasibətilə əfqan xalqına ilk müraciətini edərək, ölkəyə sülh və əmin- amanlıq arzulayıb.

Bosniyanın paytaxtı Sarayevoda da müsəlmanlar ölkənin əsas məscidinə toplaşıb. Din xadimləri müsəlmanları öz adət-ənənələrinə sadiq qalmağa və övladlarını İslam dininə uyğun tərbiyə etməyə çağırıb.

Qurban bayramı münasibəti ilə Avstraliyanın Sidney şəhərində 20 minə yaxın müsəlman Lakemba məscidinə toplaşaraq bayram namazını qılıb.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031