Xəsislik
Müəllif: admin1
Tarix: 23-09-2015, 15:51
Xəsislik

Quran: «O kəslər ki, özləri xəsislik edir, başqalarını da xəsisliyə əmr edirlər və Allahın öz lütfündən onlara bəxş etdiyi nemətləri gizlədirlər. Biz kafirlər üçün alçaldıcı əzab hazırlamışıq.»
«Bilin, sizi (malınızı) Allah yolunda sərf etməyə də‘vət edirlər. Sizdən Bəziləri xəsislik edirlər. Kim xəsislik etsə, özünə xəsislik edib. Çünki Allah ehtiyacsız, siz isə möhtaclarsınız. Əgər üz döndərsəniz O, sizin yerinizə əsla sizin kimi olmayan bir qövm gətirər.»
Həmçinin müraciət edin: Nisa 53; İsra 100; Hədid 24; Qələm 12.

Hədis:

708.İmam Əli (ə):«Xəsislik bütün nöqsanların pis cəhətlərini əhatə edib və o, (xəsis şəxsi) hər bir pisliyə tərəf çəkən bir cilovdur.»

709.İmam Əli (ə):«Xəsislik ardır.»

710.İmam Əli (ə):«Xəsislik yoxsulluq kürküdür.»

711.İmam Əli (ə):«Əlində olana xəsislik etmək Tanrı barəsində bədgümanlıqdır.»

712. İmam Əli (ə):«Malında xəsislik edən kəs xar, dinində xəsislik edən kəs isə başıuca olar.»

713.İmam Həsən (ə) atasının ondan «paxıllıq» barəsindəki sualının cavabında buyurmuşdur:«Paxıllıq – əlində olanı şərəf amili sanmaq, (Allah yolunda) xərclənəni isə tələf olub bada getmiş güman etməkdir.»

714.İmam Sadiq (ə):«Paxıl Allahın haqqını verməyən və (malını) Allah-taalanın yolundan başqa yolda xərcləyəndir.»

715.İmam Sadiq (ə):«Paxıllıq xəsislikdən daha pisdir. Çünki xəsis öz əlində olana xəsislik edir. Paxıl isə həm başqalarının əlində olana və həm də öz malına xəsislik edir. O yerə kimi ki, camaatın əlində gördüyü hər bir şeyin halal və ya haram yolla onun olmasını arzulayır. Allahın onun ruzisi etdiyindən nə doyur və nə də bəhrələnir.»

716.İmam Rza (ə):«Xəsislik abrı bada verir.»

717.İmam Hadi (ə):«Xəsislik ən məzəmmət olunmuş xislətdir.»

211.Xəsis

718.Allahın Peyğəmbəri (s):«İnsanların içərisində ən az rahatlığı olanı xəsisdir.»

719.İmam Əli (ə):«Xəsis öz varislərinin xəzinədarıdır.»

720.İmam Əli (ə):«Xəsislik öz yoldaşını xar, ondan uzaqlaşanı isə möhtərəm edir.»

721.İmam Əli (ə):«Xəsisin heç bir dostu olmaz.»

722.İmam Əli (ə):«Xəsisə təəccüb edirəm ki, ondan qaçan yoxsulluğu özünə tərəf çəkir və axtardığı zənginlik və sərvəti əldən çıxarır. O, dünyada yoxsullar kimi yaşayır, axirətdə isə onunla zənginlər kimi hesab çəkiləcəkdir.»

723. İmam Əli (ə):«Sənin xəsis adama ehtiyacın buzdan da soyuqdur.»

724.İmam Sadiq (ə):«Xəsislər camaatın zəngin olmasını hamıdan çox arzulasınlar. Çünki camaat zənginləşsə xəsislərin var-dövlətindən gözlərini çəkəcəklər.»

725.İmam Sadiq (ə):«Xəsisin xəsis olmasına onun öz Allahına qarşı pis gümanda olması kifayətdir. Əvəz veriləcəyinə yəqinliyi olan şəxs bol-bol bağışlayar.»

212.Həqiqi xəsis

726.Allahın Peyğəmbəri (s):«Əsl xəsis öz malının vacib olan zəkatını ödəməkdən boyun qaçıran, qohum əqrəbasına bəxşiş etməyən və bundan başqa yerlərdə bol-bol xərcləyən şəxsdir.»

727.Allahın Peyğəmbəri (s):«Əsl xəsis o şəxsdir ki, onun yanında mənim adım çəkilir, amma o, mənə salavat göndərmir.»

213.İnsanların ən xəsisi….

728.Allahın Peyğəmbəri (s):«İnsanların ən xəsisi Allahın vacib etdiyini ödəməyə xəsislik edən kəsdir.»

729.Allahın Peyğəmbəri (s):«İnsanların ən xəsisi salam verməkdə xəsislik edən kəsdir.»

730.İmam Əli (ə):«İnsanların ən xəsisi öz malını özünə əsirgəyən və varisləri üçün qoyub gedən kəsdir.»

731.İmam Əli (ə):«Camaatın əlində olandan gözünü çəkmək bağışlamaqdan üstündür.»

732.İmam Sadiq (ə):«Əmirəl-möminin (ə) bir kişiyə beş dəvə yükü xurma göndərdi......Bir nəfər Əmirəl-mömininə (ə) dedi:«Vallah filankəs səndən (bu qədər) istəməyib, beş dəvə yükünün əvəzinə ona bir dəvə yükü bəsdir.» Əmirəl-möminin (ə) ona dedi:«Allah möminlərin arasında sənin kimilərini çoxaltmasın! Mən bağışlayıram, sən xəsislik edirsən?»

214.Xəsisliyin nişanəsi

733.İmam Əli (ə):«Bəhanə gətirmək xəsisliyn nişanəsidir.»

734.İmam Əli (ə):«Xəsis üzr və bəhanə gətirməyə can atar.»
Oxşar xəbərlər
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031