Əlində olanın qədrini bil və başqasının əlində olana meyl etmə
Mьəllif: admin1
Tarix: 13-08-2020, 00:02
Əlində olanın qədrini bil və başqasının əlində olana meyl etmə

İmam Əli (ə) buyurur: “Mənim nəzərimə görə əlində olanı saxlamaq (qədrini bilmək) başqasının əlində olanı axtarmaqdan və istəməkdən daha üstün və daha sevimlidir”.

Hədisin şərhi.

Bəzi insanlar əlində olanlara heç bir zaman qane və razı olmaz. Daima daha çox sərvət əldə etməyə çalışarlar. Onların bütün səyi daha çox mal toplamaqdır.

Bu insanlar hər nə qədər çox mal əldə etsələr, yenə də gözləri başqalarının əlində olanda olar. Bəzən iş o yerə gəlib çatır ki, izzəti-nəfslərini tapdalayır və başqalarının əlində olanı qısa müddət üçün də olsa, istəyir və istifadə edirlər.

Bir çoxlarımız buna şahidik ki, bəzi insanlar qonaqlıqlara gedən zaman özlərinin sadə və təmiz geyimlərinin olmasına baxmayaraq, tanışlara müraciət edir və onlardan paltar istəyirlər. Ondan bahalı paltarlarını alıb, qonaqlığa onunla gedirlər.

Və ya evinə qonaq gələn zaman öz sadə boşqablarını kənara qoyur və qonşunun bahalı xrustalında qonağa yemək verərlər.

Bu insanların izzəti-nəfsləri olmaz. Gördükləri iş də İslam təlimlərinin əksinədir.

İmam Əli (ə) bu nurani hədis vasitəsilə bizə bir neçə mühüm nöqtəni xatırladır:

1. Qənaət. Əlində olanla kifayətlən və gözün başqasının əlində olmasın.

2. İzzəti-nəfs. İnsan gərək izzəti-nəfsini qorusun. Başqalarına xahişdən və təmənnadan uzaq olsun.

3. Abırı qorumaq. Başqalarının malından istifadə edərək öz abırını aradan aparmamalı.

4. Nemətə şükür etmək. Allahın sənə verdiyinə küfr etmə, əksinə şükür et. Başqalarına möhtac olma.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031