Səbir və dözüm
Müəllif: admin1
Tarix: 17-11-2021, 20:51
Səbir və dözüm

Qəlb qeyd olunan sifətlərə nail olduqdan sonra onun halını qorumaq lazım gəlir. Həzrət (ə) öz vəsiyyətinin davamında qəlbi qorumaq yolunu göstərir: "Ona səbir libası geyindir”. Ərəbcə alt geyimi "işar”, üst geyimi isə "disar” adlanır. Üst-üstə libas geyinənə "muddəssir” deyilir.

Həzrət (ə) "və əş’irhu bis-səbri” buyurur. Alt geyimi bədənə yapışdığından həzrət "əş’irhu” kəlməsini işlədir. Yə’ni qəlbə yapışası bir geyim. Bu geyim səbrdir.

Amma uyğun kəlmə "agahlıq”, "şüar” mə’nasını da ifadə edə bilər. Belə olsa, həzrətin "və əş’irhu bis-səbri” buyuruğu "səbri qəlbinə şüar qərar ver” kimi tərcümə olunar. Müharibə vaxtı deyilən şüarlar insanları mə’lumatlandırır, onlara agahlıq verir.

Vəsiyyətnamədə uyğun ifadə səbiri qəlb üçün şüara çevirməklə dözümlü olmaq mə’nasını daşıya bilər. Amma birinci mə’na mövzuya daha münasibdir.

Çünki həmin mə’naya görə səbirsiz qəlb üryandır və onun libasa ehtiyacı var. Üst geyim bədənə boş oturduğundan, Həzrət (ə) alt geyimi nəzərdə tutur. Alt geyim bədənə yaxın olduğu kimi, səbir də qəlbə yaxın olmalıdır.

İnsan istəyinə çatmadıqda, bəlaya düçar olduqda, xəstələndikdə, kasıblıqda, pis qonşudan əziyyət çəkdikdə iki cür reaksiya verə bilər: ya təngə gəlib şikayətlənər, ya da səbir edib çarə axtarar. Bu zaman ən mühüm məsələ düzgün qərara gəlmək, düzgün münasibət göstərməkdir.

Çünki hər iki münasibət insanın özündən asılıdır. Özünü düzgün tərbiyə etmiş insan çətinliklər qarşısında səbirli olur. Amma yanlış tərbiyəli adam bir anda özünü itirib, şikayətlənməyə başlayır.

Qeyd etməliyik ki, səbirlə dözüm arasında fərq vardır. Bə’zən zahirən sakit görünən insan daxildə iztirab çəkir. Bu iztirab ona gündəlik işlərin yerinə yetirilməsində mane olur.

Həmin şəxs rahat görünsə də, zəif insanlar kimi daxildə narahat olur. Əslində isə insan daxilən rahat, aram olmalıdır. Daxilən səbrli adam qarşısında duran vəzifələri müvəffəqiyətlə yerinə yetirir.

Zahirdə özünü dözümlü göstərib, daxildə iztirab keçirən insan müvəffəqiyyət qazana bilmir. Belə insan ömür-gününü havayı yerə xərcləyir, inkişaf edə bilmir. Yalnız daxilən aram olan adamlar öz imkanlarından düzgün istifadə etmək gücündədir.

Heç vaxt rahat yaşayış intizarında olmamalıyıq. Dünya həyatı problemsiz ötüşmür. İnsan yaranış baxımından çətinliklərə məhkumdur.

Qur’ani-kərimdə buyurulur: "Biz insanı çətinlikdə yaratdıq.”

İnsanların üzləşdiyi problemlər fərqli olsa da, kimsə problemsiz deyil. Əgər özümüzü çətinliklər qarşısında səbirli olmağa hazırlasaq, işlərimizdə müvəffəq olarıq.

İlahi tə’lim də bunu öyrədir. Amma rahatlığa vərdiş vermiş insan çətinliklərlə rastlaşan kimi özünü itirir. Çətinliklər qarşısında səbirli olmaq müvəffəqiyyət rəmzidir.

Bu səbir üst paltar kimi ("disar”) zahiri olmamalı, alt paltar ("işar”) kimi cana yapışmalıdır. Dözümsüzlük pis hal olduğu kimi, zahiri dözüm də xoşagəlməzdir. İnsan daxilən səbirli olmalıdır.


Oxşar xəbərlər
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31