ƏN RAHAT MİNİK VƏ ƏN YAXŞI AZUQƏ
Mьəllif: admin1
Tarix: 1-02-2019, 10:56
ƏN RAHAT MİNİK VƏ ƏN YAXŞI AZUQƏ

İmam Əli (ə) buyurmuşdur:

...جَعَلَ الصَّبْرَ مَطِيَّةَ نَجاتِه‏ وَ التَّقوى‏ عُدَّةَ وَفاتِه؛

“Səbri nicat və qurtuluşuna səbəb olan minik vasitəsinə (müsibətlərdə səbri öz şüarına) çevirən, təqvanı isə ölüm anına azuqə yığan şəxsə Allah rəhmət etsin!” (“Nəhcül-bəlağə”, xütbə 76.)

ŞƏRH VƏ TƏFSİR

İmam Əli (ə) insanları dünyada uzaq yerlərə səfər edən müsafirlərə bənzədir. Hər müsafir üç şeyə möhtacdır: 1. münasib nəqliyyat (minik) vasitəsi; 2. kifayət qədər yol ehtiyatı və azuqəsi; 3. yol təhlükəsizliyi. Bu vəsaitləri təmin olunan müsafir öz məqsədinə rahat çata bilər.

Biz insanlar əbədi axirət aləminə doğru hərəkət edən müsafirlərik və bütün müsafirlər kimi, münasib nəqliyyat vasitəsi, kifayət qədər azuqə və yol təhlükəsizliyinə ehtiyaclıyıq.

İmam Əli (ə) uyğun hədisdə bu məsləyə toxunaraq, səbir və dözümü axirət adlı uzun və təhlükəli səfər üçün münasib minik vasitəsi kimi tanıtdırır. Çünki səbir miniyinə sahib olmayan insan elə birinci və ikinci dolamada qalacaqdır.

O həzrətin öz ifadəsi ilə desək, “ağrı-acılar, bəla və müsibətlərə bürünən dünya”nı (“Nəhcül-bəlağə”, xütbə 226.) səbir və dözümsüz keçmək mümkünsüzdür. Demək, axirət səfəri üçün ən uyğun minik səbirdir.

Bu səfərin azuqəsi isə təqvadır. Müasir cəmiyyət isə təqvasızlıqdan əziyyət çəkir. Saf və sağlam həyata sahib olmaq istəyən Allahdan qorxmalı və təqvalı olmalıdır ki, Rəbbin razılığı və behişti əldə edə bilsin!
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930