Allahın sevimli bəndələri gələn nemətə görə qürrələnməz, gedən nemətə görə kədərlənməzlər
Mьəllif: admin1
Tarix: 29-08-2015, 23:17
Allahın sevimli bəndələri gələn nemətə görə qürrələnməz, gedən nemətə görə kədərlənməzlər

Deyerler.org: “(Bu,) əlinizdən çıxan şey üçün təəssüflənməməyiniz və sizə verilən şey üçün (yersiz) sevinməməyiniz üçün(dür)! Allah heç bir öyünən təkəbbürlünü sevmir”. (“Hədid” 23).
Allahın ən sevimli bəndələri, onlara nemət çatan zaman onu Allahın əmanəti hesab edərlər. Ona görə də onun getməyindən nə qəmgin olarlar, nə də ona malik olduqları üçün təkəbbür edərlər. Onlar özlərini bu beytul-mala görə məsuliyyətli hesab edərlər. Onlar beytul-malda olduğu kimi bir gün çoxlu mal əldə edərlər və bir gün də onu minlərlə insana paylayarlar. Nə əldə edəndə məftun olarlar, nə də əldən verəndə qəmgin. (Tebyan)
İmam Əli (ə) yuxarıdakı ayə haqqında buyurur: “Bütün zahidlik Quranın bu iki cümləsindədir”.
Bu, ona görədir ki, bir gün əgər malımızı əldən versək, qəmgin olmayaq və ya əgər sərvətimiz çox olarsa, ona görə qürurlanmayaq. Yəni, zahid insan əldən verdiklərinə görə təəssüflənməz və əlində olanlara görə qürurlanmaz.
Çox təəssüf ki, insan Allahdan başqa hər şeyə bağlanar və bu bağlılığı o qədər çox olar ki, əldən verən zaman narahat və qəmgin olar. Elə bilər ki, bu müsibət ancaq onun başına gəlmişdir və bütün dünya gözündə qara və zülmətli olar. Gələcəyə ümid bəsləməz.
Bəzi insanlar vardır ki, onlara nemət əta olunan zaman güman edirlər ki, onların artıq başqa qəmləri olmayacaqdır. “(İnsan bu nemətlər üçün şükür edirmi?! Xeyr) Belə deyil, (əksinə, insan) həqiqətən, azğınlıq edər! Özünü ehtiyacsız gördüyü üçün”. (“Ələq” 6-7).
Elə güman edirlər ki, bu nemət qalıcıdır və heç bir şey onu zay edə bilməz. Ona görə də bu nemətə görə təkəbbür edərlər. Allah Təala bu insanlara xitab edərək buyurur ki, sizin başqa şeylərə də ehtiyacınız vardır və bir nemətə çatmaqla gərək onları unutmayasınız. İkincisi isə bilin ki, bu nemətlər qalıcı deyildir, sadəcə müəyyən müddətə qədərdirlər və bir gün əlinizdən gedəcəklər.
Ona görə də həqiqi mömin o kəsdir ki, müsibət baş verən zaman məyus olmaz. Çünki bilir ki, hər şey fanidir və Allahdan qeyrisidir. Onlar deyərlər: “Biz Allahdanıq və Ona tərəf qayıdarıq”. “O kəslərə ki, onlara hər hansı bir müsibət gəldikdə «həqiqətən biz Allahınıq (bizim yaradılışımız, qorunmağımız, işlərimizin idarə edilməsi və yox edilməyimiz Onun əlində olduğu üçün Onun həqiqi malı, mülküyük) və həqiqətən Ona tərəf qayıdacağıq» deyərlər”. (“Bəqərə” 156).

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930