Hansı amillər insanda qəm və qüssəni yaradır?
Mьəllif: admin1
Tarix: 21-09-2020, 10:58
Hansı amillər insanda qəm və qüssəni yaradır?
Qəm və qüssə - ruhun elə bir halıdır ki, insana əziyyət verir. İnsanların ruhu tutumuna görə bu hal da müxtəlif insanlarda müxtəlif olur. Ona görə də dünyapərəstlərin qəmi ilə axirət istəyində olanların qəmi arasında çox fərq vardır.

Dünya əhli davamlı olaraq ləzzətlərin, nəfsani istəklərin ardınca olurlar. O zaman ki, qəmgin olarlar və ümidsizliyə qapılarlar, bəzən intihara belə, cəhd edərlər.

Həzrət Peyğəmbər (s) bu hadqa buyurur: “Mən dünyaya yapışan insana görə üç şeyi qəti bilirəm: o yoxsulluq ki, heç bir zaman zənginliklə sonlanmaz, o məşğuliyyət ki, heç bir zaman ondan xilas olmaz, qəm və qüssə ki, sonu olmaz”.

Axirət əhlinin şövqü - behiştə çatmaq və Allahın razılığını qazanmaqdır. Axirət istəyində olanların qəmi isə Məhbublarına qovuşa bilməmək qəmidir.

Axirət qəminin əhli barədə İmam Səccad (ə) buyurur: “Allah qəmli ürəkləri sevər”.

Qəm və qüssənin amilləri:

1. Dünyanın cilvələrinə hədsiz şövq bəsləmək.

Dünya malına, sərvətinə, mənzilə həddən artıq meyl göstərmək insanın qəmini artırar. İnsanı həris, qorxaq və xəyanətkar edər.

2. Yoxsulluq.

Yoxsulluq nəfsi xar edər və qəm gətirər. Ancaq yoxsulluğu aradan qaldırmaq üçün çalışmaq lazımdır.

3. Həsəd.

Özünün başqalarından üstün olmasını istəmək - qəm və qüssənin ən böyük amillərindəndir. Həsəd bəsləyən insanın qəmi həmişə çox olar.

4. Mal, mənafe.

Bəziləri elə bilir ki, sərvət insana şadlıq gətirər. Ancaq bu, belə deyildir. Maddi sərvət insana qəmdən başqa bir şey gətirməz. Zəngin insanların bir çoxu topladıqları mal və sərvətə görə həqiqi ziyana uğrayırlar.

5. Tənbəllik.

O kəs ki, işində və həyatında tənbəllik edər, əsl hədəfinə çata bilməz. Əldən verdiyi fürsətlərə görə qəmi çox olar.

6. Borclu olmaq.

Borc almaq da insanı qəmgin edər. Ona görə də Həzrət Peyğəmbər (s) buyurur: “Borc - gecənin qüssəsi və gündüzün zillətidir”.

7. Günah.

Bəzən insanın günahı çox olur və günahı örtə biləcək əmələ malik olmur. Allah da onu qəm və qüssəyə düçar edir ki, günahlarının üstünü örtsün.

8. Başqalarının malına göz dikmək.

Dar düşüncəli insanların gözü həmişə başqalarının əldə etdiklərində olur. Həmişə özlərini bu insanlarla müqayisə edərlər. Öz maddi çətinliklərindən şikayət edərlər. Bu cür insanlar həmişə qəmə düçar olarlar.

9. Müsibətlər.

İnsan həyatda baş verən hər bir müsibətə və xoşagəlməz hadisəyə görə qəmgin olar. Bu vəziyyətdə nalə çəkmək arzunu qırar və əməli də az edər. Əgər insan bu müsibətlərin faydasına diqqət edərsə, bu qədər taqətsizlik etməz.

10. Ruzi.

İnsan bilir ki, onun ruzisini verən Allahdır. Hər bir məxluqunun ruzisi ayrı-ayrıdır. Lakin yenə də ruzi çətinliyi ilə üzləşən zaman qəmgin olar.

Allah Təala bizləri qəm amillərindən hifz etsin.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031