Əlvida, ey Allahın ayı!
Mьəllif: admin1
Tarix: 9-04-2024, 16:51
Əlvida, ey Allahın ayı!

Əlvida, ey Allahın ayı!

Gəlişinlə bizi böyük bir sevinclə bağırsan,

Bəs gedişinlə biz niyə kədərlənirik?

Necə kədərlənməyək?

Çünki sən rəhmət və bağışlanma ayısan!

Sən bərəkət ayısan!

Sən fəqirlərin və kimsəsizlərin ayısan!

Sən acları doyuzduran aysan!

Sən yetimləri yad edən aysan!

Sən hidayət ayısan!

Sən şeytanlar zəncirlənən aysan!

Sən vücudumuzu dirildən və bizi qəflətdən ayıldan aysan!

Sən qəlblərimizin sıxıntısını aradan aparan və ölü qəlblərimizi işıqlandıran aysan!

Sən bütün çətinlikləri asanlaşdıran və tövbələr qəbul olunan aysan!

Sən bizi günahdan çəkindirən, yaxşı işlərə həvəsləndirən və çirkin işlərdən uzaqlaşdıran aysan!

Sən bizə hər gün Rəbbimizi yad etməyin şirinliyini daddıran aysan!

Sən bizə İlahi kitabı oxumağa dəvət edən aysan!

Sən bizlərə yaxşı insanlarla dost olub, pis insanlardan uzaq olmağa dəvət edən aysan!

Sən bizlərə davranışlarımızda diqqətli, səbirli və təmkinli olmağa buyuran aysan!

Sən bizlərə ayıq düşünməyi tövsiyə edən aysan!

Sən bir aysan ki, səndə Qədr gecəsi var!

Bir gecə ki, min aydan daha xeyirlidir!

Bir gecə ki, bütün təqdiratımız həll olunar!

Bir gecə ki, həmin gecədən gələn ilə qədər bizi salamatlıqda saxlayar!

Necə kədərlənməyək ki, ey Allahın ayı! Axı səndən doymadıq!

Sənə əlvida deyəndə dilimiz titrər!

Sənə əlvida deyəndə qəlbimiz sızıldar!

Sənə əlvida deyəndə bi ixtiyar yaş gözümdən axar!

Sənə əlvida deyən andan yenə səni hicranla gözlərik!

Əlvida! Ey Allahın ayı, əlvida!


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930