İmam Zaman (ə.f) üçün dua etməyin əhəmiyyəti
Mьəllif: admin1
Tarix: 25-02-2024, 10:44
İmam Zaman (ə.f) üçün dua etməyin əhəmiyyəti
Yer üzərində Allahın feyz vasitəsi İlahi Övliyalardır. Onların varlığı yer üzərinə bərəkət və İlahi rəhmət nəsib edir. Allah onların hafizi və qoruyucusudur. Biz yer əhlinə tövsiyə edilmişdir ki, "Fərəc” duasını oxuyaq ki, xoş günlər tez gəlsin.

Bizim Həzrət (ə.f) üçün dua etməyimizin nə faydası vardır?

İmam (ə.f) üçün dua etmək bir şüardir, yəni bir simvoldur. Hədislərdə tövsiyə edilir ki, "Peyğəmbərə (s) və Ali-Peyğəmbərə (ə) salavatı yüksək səslə göndərin”.

Səsimizi yüksəldən zaman hamıya göstəririk ki, biz kimi özümüzə rəhbər və Vəli seçmişik. Maraqlısı budur ki, İslamı mənbələrə görə salavatı yüksək səslə demək nifaqı aradan aparar. Yəni, salavat göndərmək bir simvoldur.

İmam (ə.f) üçün dua etmək və salavat göndərmək dinin vurğuladığı tövsiyələrdəndir. "Allahım, Sənin vəlin Həzrət Hüccət ibni Həsənə (ə) Allahın salamı olsun, bu zamanda, bütün zamanlarda, Vəli, Hafiz, Rəhbər, Yavər, Səbəb və Göz ol, o zaman ki, Öz iradənlə onu yerdə sakin edəcəksən, ondan bəhrələnməyi uzun edəsən”.

Hələ kiçik yaşlarımızdan bizə öyrədirdilər ki, "Fərəc” duasını oxuyaq. Çətinliyə düşəndə yadımıza düşür ki, bizim İmamımız (ə.f) vardır. Onun salamat olması və zühuru üçün bir salavat nəzir edirik. Bəs salavat göndərməyi niyə bu qədər tövsiyə edirlər?

İmam Əsr (ə.f) bizimlə Allah arasında olan feyz və rəhmət vasitəsidir. O, elə bir vasitədir ki, ona eitmad etmək olar və o, kamildir. O, bizi Allaha tərəf aparır.

Ona görə də bu vasitənin salamatlığı üçün dua etsək, sədəqə versək - əslində özümüzü dərk edərik. Bizim Allahın feyzi ilə möhkəm rabitəmiz qəlblərimizin nuru və şöləsidir. Bizi yüksəklərə aparar. Biz bu vasitəyə nə qədər yaxın olsaq, Allaha yaxın olarıq.

Biz İmam Əsrə (ə.f) salavat göndərəndə Allah bizə gözəl əxlaqı, nəfsin təharətini, bərəkəti nəsib edir. Bu yolla günahlarımızın kəffarəsini Allah yanında ödəmiş olarıq.

Ey Mənim Mövlam! Allaha şükür etmək üçün dil zəif və qələm gücsüzdür. Bizlərə elə nemətlər vermişdir ki, hətta salamatlığı üçün etdiyimiz dualar belə özümüzə geri qayıdır. Həqiqətən onun bizim dualara və salavata ehtiyacı yoxdur. Ola bilsin ki, özümüzü bu yolla Allaha və Vəlisinə şirin etmiş olarıq!

İmam (ə.f) - qəmçəkənlərin atasıdır.

İmamımız (ə.f) özü də zühur üçün dua edir və bizim qəlbləmizdəki çirkinlyi görən zaman qəlbi sızlayır. Bizim İmamımız (ə.f) - bizim mehriban atamızdır.

Əgər bu dəfə İmamın (ə.f) zühurunun tezləşməsi üçün salavat nəzir etmək istəsən və ya namazın qnutunda "Fərəc”i oxusan, yadından çıxmasın ki, qəmçəkənlərin atası intizardadır.

Zühuru ilə səni fani dünyanın bağlarından və sevgisindən Cavidan Allaha tərəf aparar. Çünki o, səninlə Allah arasında ən gözəl vasitədir. Allahdan sonra sənə qarşı ən mehriban, ürək yandıran və məhəbbət göstərən kəsdir.

Həzrətin (ə.f) zühurunun tezləşməsi üçün salavat zikr edək.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031