TÖVBƏNİN ƏSAS SÜTUNLARI
Mьəllif: admin1
Tarix: 27-06-2015, 13:51
TÖVBƏNİN ƏSAS SÜTUNLARI

İmam Əli (ə) buyurmuşdur:

التَّوْبَةُ عَلى‏ ارْبَعَةِ دَعائِمٍ: نَدَمٌ بِالْقَلْبِ، وَ اسْتِغْفارٌ بِاللِّسانِ، وَ عَمَلٌ بِالْجَوارِحِ وَ عَزْمٌ انْ لايَعُودَ؛

“Tövbə dörd sütun üzərində möhkəmlənmişdir:

1. batini peşmançılıq;

2. dildə istiğfar;

3. əməldə istiğfar;

4. günaha bir daha qayıtmamaq üçün ciddi qərar.”

(“Mizanul-hikmət”, 1-ci cild, səh. 584, fəsil 459, hədis 2160.)



ŞƏRH VƏ TƏFSİR

Tövbə adlı böyük bina dörd sütun üzərində qurulmuşdur. Başqa sözlə, tövbə insanın bütün varlığında aşkar olunmalıdır:

Birinci sütun: Tövbədə ilk addım daxili peşmançılıqdır. Tövbə edən şəxsin qəlbi, ruhu və canında dəyişiklik və inqilab baş verməli, qurşandığı günaha qarşı nifrət hissi yaranaraq peşman olmalıdır.

İkinci sütun: Daxili peşmançılıq tövbədə ilk addım olsa da, onunla bitmir. İnsanın daxilində baş qaldıran inqilab və dəyişiklik digər bədən üzvlərinə də öz təsirini qoymalı, peşmançılıq qəlbin aynası, əqlin nümayəndəsi və insan şəxsiyyətinin açarı sayılan dilin vasitəsilə aşkar olmalı, qəlbi peşmançılıqdan sonra dil günahdan tövbə etməlidir. Demək, günaha nifrətdə qəlblə dilin həmahəngliyi tövbənin iki sütununu təşkil edir.

Üçüncü sütun: Peşmançılıq hissi dildən digər üzvlərə də ötürülməli və onları əksüləmələ vadar etməlidir ki, insan keçmişini təmizləmək üçün bir iş görə bilsin. Bu mərhələdə onun üzvləri tövbənin bünövrəsini möhkəmlətmək üçün üç əsaslı iş yerinə yetirə bilər:

a) Camaatın günahlar vasitəsilə tapdanan haqlarını ödəsin. Məsələn, qeybətini qıran şəxsdən halallıq alsın, qəlbini sındırdığı şəxsin razılığını qazansın və bir sözlə, haqqı boynunda olan şəxsin haqqını əda etsin.

b) Allahın haqqını da əda etsin; tərk etdiyi ibadətləri yerinə yetirsin, əgər həmin ibadətlərin kəffarəsi varsa, kəffarəsini ödəsin və onları ölümdən sonraya həvalə etməsin!

c) Keçmiş pislikləri, xəta və günahları yaxşılıqlar və ibadətlərlə aradan qaldırsın. Günah xəstəliyə, “kəbirə” (böyük) günah isə ağır xəstəliyə bənzəyir. Ağır xəstəliyə tutulan, dərman və müalicədən sonra xəstəlik yatağından qalxan şəxs arıqlayır və gücünü itirir. O, dərman və müalicədən sonra itirdiyi gücünü qüvvətli qidalarla əldə etməlidir. Günah da iman və insani fəzilətləri zəiflədir. Tövbədən sonra həmin fəzilətlər saleh və yaxşı işlərlə gücləndirilməlidir.

Dördüncü sütun: Gələcəkdə günahın tərki üçün ciddi qərarda olmaq lazımdır. Yəni tövbə insana ömrünün sonuna qədər yolu göstərir. İmam Əlinin (ə) buyruğuna əsasən, tövbə insanda böyük dəyişiklik yaradır və yalnız dilə aid deyildir! Əlbəttə, tövbənin cəmiyyətə təsiri də böyükdür; günaha əl atmış cəmiyyət tövbədən sonra bu dörd mərhələni keçməlidir.

Rza Şükürlü
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930