“Adiyat” surəsində xatırlanan tövşüyən atların süvarisi
Mьəllif: admin1
Tarix: 22-07-2017, 22:59

“Adiyat” surəsində xatırlanan tövşüyən atların süvarisi


Əbu Bəsir nəql edir ki, İmam Sadiqdən (ə) soruşdum: ""Adiyat” surəsində mədh edilən Yəbəs vadisinin cəngavərləri macərası nədir?”. İmam Sadiq (ə) buyurur: "Yabəs diyarının əhalisi 12 min nəfər suvaridən ibarət idi. Onlar bir-biri ilə möhkəm əhd bağlamışdılar ki, hamısı əl-ələ versin və Muhəmməd (ə) ilə Əlini (ə) öldürsünlər. Cəbrayil (ə) bu mövzunu Peyğəmbərə (s) xəbər verir”. İmam Sadiq buyurur ki, Həzrət Peyğəmbər (s) 2 səhabəni ard-arda qoşunla ora göndərir, amma onlar nəticəsiz geri qayıtdılar. Üçüncü dəfə isə İmam Əlini (ə) göndərdi: "Bu dəfə Peyğəmbər (s) Əlini (ə) dörd min nəfərlik qoşunla Yabəsə göndərir. Həzrət Əli (ə) öz qoşunu ilə vadiyə gəlir və düşmənə xəbər çatır ki, İslam ordusu Əlinin (ə) başçılığı ilə meydana gəlir. Düşmən ordusundən 200 nəfər meydana çapdı. Əli (ə) də səhabələri ilə onlara tərəf getdi.
Onlar soruşdular ki, siz kimsiniz və haradan gəlmisiniz? Nə niyyətiniz vardır? Əli (ə) cavabında buyurur: "Mən Əli ibni Əbutalib (ə) - Peyğəmbərin (s) əmisi oğluyam, onun qardaşı və onun sizə tərəf göndəriləniyəm. Sizi tək Allaha, bəndəliyə və Muhəmməd (s) risalətinə şəhadət verməyə dəvət edirəm. Əgər iman gətirsəniz, mənfəət və ziyanda müsəlmanların şəriki olarsınız”.

Onlar dedilər: "Sənin dediklərini eşitdik. Hazır ol və bil ki, biz səni və səhabələrini öldürəcəyik”. Həzrət Əli (ə) onlara buyurdu: "Vay olsun sizə, məni öz böyük cəmiyyətinizlə hədələyirsiniz? Bilin ki, biz sizin əleyhinizə Allahdan, mələklər və müsəlmanlardan kömək istəyərik”. Düşmən öz düşərgəsinə qayıtdı. Həzrət Əli (ə) də səhabələri ilə bir yerdə öz düşərgəsinə qayıtdı. Gecə olan zaman Həzrət Əli (ə) əmr verdi ki, hər kəs öz heyvanını hazır etsin və səhər hücumu üçün atlarını yəhərləsinlər. O zaman ki, dan sökülür, Həzrət Əli (ə) öz səhabələri ilə namaz qıldı. Sonra da düşmənə hücum etdi və düşmən başa düşmədi ki, müsəlmanlar onlara necə hücum etdilər. Onlar İslam ordusunun atları altında qaldılar və hələ ordunun bir hissəsi gəlib çıxmamışdı. İslam cəngavərləri düşməni məhv etdi və Həzrət Əli (ə) düşmənin yeddi igidini özü əldən saldı, arvad-uşaqları əsir düşdülər. Malları müsəlmanların əlinə keçdi.

Cəbrayil (ə) İslam ordusunun qələbə çalmaq xəbərini Peyğəmbərə (s) verdi. Həzrət (s) minbərə qalxdı və həmd etdikdən sonra müsəlmanları bu qələbədən xəbərdar etdi. Onlara xəbər verdi ki, ancaq iki nəfər müsəlman şəhid olmuşdur. Müsəlmanlar və Peyğəmbər (s) Mədinədən çıxıb Əlini (ə) qarşıladılar. Mədinənin bir fərsəx məsafəsində Əlinin (ə) ordusu ilə görüşdülər. Həzrət Əli (ə) Peyğəmbəri (s) görən kimi atdan düşdü, Peyğəmbər (s) də düşdü. Əlinin (ə) iki gözünün ortasından öpdü və qarşılamağa gələn müsəlmanlar Əlini (ə) mədh etdilər. Döyüş qənimətləri və düşmənin mal və əsirləri nümayişə qoyuldu.

Cəbrayil (ə) nazil oldu və bu qələbəyə görə "Adiyat” surəsini nazil etdi. Peyğəmbərin (s) mübarək gözlərindən şövq göz yaşları axmağa başladı. Bu zaman Əliyə (ə) buyurdu: "Ey Əli! Əgər xristianların Həzrət İsa (ə) haqqında dediklərini ümmətimdən sənin üçün deməyindən qorxmasaydım, sənin haqqında elə söz deyərdim ki, haradan keçsən, ayağının altındakı torpağı təbərrük üçün götürərdilər””.

"Adiyat” surəsində oxuyuruq: "And olsun tövşüyə-tövşüyə çapan (cihad) atlar(ın)a, (And olsun)dırnaqları ilə daşdan qığılcım qoparan atlara, (And olsun) sübh çağı (düşmən üzərinə) hücum edənlərə. Hücumları ilə toz-torpaq qaldıranlara, o hücumla(düşmənlərin) mərkəzinə yol tapanlara (and olsun)”.
 

Oxşar xəbərlər
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728