Ailəsinin məişətini təmin etmək üçün çalışan, Allah yolunda vuruşan mücahid kimidir
Mьəllif: admin1
Tarix: 3-04-2020, 10:58
Ailəsinin məişətini təmin etmək üçün çalışan, Allah yolunda vuruşan mücahid kimidir
Allah hər bir kəsin ruzisini təqdir etmişdir. Allah insanları haram ruzi qazanmaqdan çəkindirmiş və bu işi qadağan etmişdir. Hər kəsi zəhmətə çəkməyə və çalışmağa dəvət etmişdir.

İmam Əli (ə) təqva əhlinin sifətlərindən biri kimi halal ruzi qazanmağı göstərmişdir. İmam Sadiq (ə) halal ruzi qazanmağın çətinliyini göstərmək üçün buyurmuşdu: “Qılınc vurmaq halal ruzi qazanmaqdan daha asandır”.

Həzrət Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “O kəs ki, ticarət edər, gərək öz dinini tanısın”.

Yəni, insanlar gərək fiqh əhkamını bilsinlər və əgər bilməsələr günaha batarlar. O zaman ki, İmam Əli (ə) zahiri xilafətdə idi, öz tərəfdaşlarına belə buyurur: “Əvvəl fiqhi məsələləri öyrənin, sonra ticarət edin”.

Məsum İmamlarımız (ə) da halal ruzi ardınca olmuşdular. İmam Baqir (ə) günəşin qızmar istisində işləyir və tərləyirdi. Bir nəfər onu görür və İmamın (ə) yanına gələrək deyir: “Əgər Allah sənin canını bu halda alsa, Ona nə cavab verəcəksən?”.

Həzrət Baqir (ə) buyurur: “Əgər Allah bu halda mənim canımı alsa, Allahı ən gözəl şəkildə görərəm, çünki halal ruzi qazanmaq halındayam”.

Başqa bir hədisdə Həzrət Peyğəmbərdən (s) oxuyuruq ki, buyurmuşdur: “Halal ruzi istəmək – hər bir müsəlman kişi və qadına vacibdir. O kəs ki, ailəsinin məişətini idarə etmək üçün çalışar, Allah yolunda vuruşan mücahid kimidir”.

Həmçinin buyurur: “Bekar (işsiz) cavan Allahın qəzəbinə səbəb olar”.

O kəs ki, haram ruzi qazanar, həm öz fərdi həyatına və həm də ictimai həyata təsir qoyar. İmam Hüseyn (ə) o zaman ki, düşmən ordusuna nəsihət verirdi, onlar da qəbul etmirdilər, Həzrət (ə) buyurmuşdu: “Mənim sözlərimin sizə təsir etməməsinin səbəbi budur ki, qarınlarınız haram tikə ilə dolmuşdur”.

O kəs ki, haram ruzi qazanar, 40 gün namazı qəbul olmaz. Duaları qəbul olmaz, malının bərəkəti gedər, ürəyi qəsavət bağlayar.

Əgər insan ailəsi üçün haram ruzi gətirərsə, ailə üzvlərinə də öz təsirini qoyar. Baxmayaraq ki, onlar özləri bu ruzini qazanmayıblar. Ona görə də İslam dini buyurur ki, ailənizə halal ruzi gətirin.

Allah Təala ruzini yetirər, ancaq bir şərtlə ki, insan özü çalışsın və zəhmət çəksin. Bu Allahdır ki, ruziyə bərəkət verər. Ola bilsin ki, bir insanın gəliri çox olsun, ancaq malında bərəkət olmazsa, onu xərcləməyə yeri də çox olar. Əlində bir şey qalmaz.

Halal ruzi özü ilə mala bərəkət, duaların qəbul olmasını, Allahın sevgisini gətirər.

İmam Əli (ə) buyurur ki, səbirin olmaması haram ruzi qazanmaq üçün amil olar. İnsan ruzini tez qazanmaq üçün tələsər, istəyər ki, qısa müddətdə çoxlu ruzi qazansın.

Bəziləri elə bilirik ki, bu iş zirəklikdir. Xeyr, belə deyildir. İnsan haram ruzi dalınca gedərək, çoxlu ruzi əldə edə bilməz. Belə insan həris olar və dünyapərəst olar.

Səbirin olmaması onu haram yeməyə tərəf həvəsləndirər.

O zaman ki, cəmiyyətdə haram ruzi artar, pulla məqama və vəzifəyə çatan bu insanlar başqalarının haqqını yeməyə başlayarlar.

Allah Təala bizləri haram ruzidən uzaq və halal ruzi ardınca olanlardan qərar versin.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930