Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Bu 17 böyük günahdan çəkinək ki, Allah Təala kiçik günahlarımızı əfv etsin

Bu 17 böyük günahdan çəkinək ki, Allah Təala kiçik günahlarımızı əfv etsin

Bu 17 böyük günahdan çəkinək ki, Allah Təala kiçik günahlarımızı əfv etsin


Peyğəmbəri-Əkrəm (s) ümmətini hidayət etmək üçün iki şeyi irs qoymuşdur. Biri Quran və o birisi də Əhli-Beyti (ə). İslam ümmətinin məsələlərinə bu iki dəyərli nemət cavab verə bilər. Müsəlmanlar özlərinin hidayət olması üçün gərək bu ikisinə müraciət etsinlər. Çünki Peyğəmbərimiz (s) bizə nəsihət edib ki, onların hər ikisindən də ayrı düşməyək. (Tebyan)

Yəni, həqiqi mömin olmağımız üçün bu iki nemətin bir yerdə olması vacibdir. Nə Quran tək olsun və nə də Əhli-beyt (ə). Məsumlar (ə) Quranın ən gözəl təfsirçiləri və Quran mütəxəsisləridir. Bu Məsumlardan (ə) biri də İmam Sadiqdir (ə).
Əmr ibni Əbid İmam Sadiqin (ə) yanına gedir və Həzrətə (ə) bu Quran ayəsini oxuyur: “Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər və sizi şərəfli bir yerə daxil edərik”. (“Nisa” 31).
Sonra deyir: “İstəyirəm ki, kəbirə günahları Qurandan eşidəm”. İmam Sadiq (ə) qəbul edir və buyurur:

1. Allaha şirk bəsləmək. “Şübhəsiz, Allah Ona şərik qoşulmasını (bu günahı) bağışlamaz və ondan başqasını (yaxud ondan kiçik günahları) istədiyi şəxs üçün (tövbəsiz) bağışlayar. Allaha şərik qoşan kəs həqiqətən böyük bir günah uydurmuşdur”. (“Nisa” 48).

2. İlahi rəhmətdən ümidsiz olmaq. «Ey mənim oğlanlarım, gedin Yusifi və qardaşını axtarın və Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz». (“Yusif” 87).

3. Ağvalideyn olmaq. “Hər kim ağvalideyn olar, zalım və bədbəxtdir. Bu haqda Quran buyurur: “Və məni anama xeyirxah edib və təkəbbürlü, itaətsiz və rəhmətdən məhrum etməyib”. (“Məryəm” 32).

4. İnsan öldürmək. “Kim bir mömini qəsdən öldürsə (və bu əməli halal hesab etsə), onun cəzası Cəhənnəmdir ki, orada əbədi qalacaqdır”. (“Nisa” 93).

5. İffətli qadına töhmət vurmaq. “Həqiqətən iffətli, (günahdan) xəbərsiz, imanlı qadınlara zina istinad verən kəslər dünyada və axirətdə lənətlənmişlər və onlar üçün böyük bir əzab vardır”.(“Nur” 23).

6. Yetimin malını yemək. “Həqiqətən yetimlərin mallarını zülm ilə yeyənlər əslində qarınlarına od daxil edirlər”. (“Nisa” 10).

7. Müharibədən qaçmaq. “Həmin gün – döyüşü davam etdirmək üçün başqa bir yer axtaran (yenidən hücum etmək üçün geri çəkilmə fəndi işlədən) və ya (döyüşçü) dəstəyə qoşulmaq üçün yeni bir mövqe seçən şəxs istisna olmaqla – onlara arxa çevirən kəs mütləq, Allahın qəzəbini özünə qoşmuşdur və onun sığınacağı cəhənnəmdir. Ora pis bir dönüş yeridir”. (“Ənfal” 16).

8. Sələm yemək. “(Sələm yeməyə) qayıdan kəslər isə Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar”. (“Bəqərə” 275).

9. Zina. “Və zinaya yaxınlaşmayın (hətta onun üçün müqəddimə ola biləcək əməllərdən uzaq olun), çünki o çox çirkin (bir əməl) və (cəmiyyətin pozulması və onun mənəviyyatsızlığı ilə nəticələnən) pis bir yoldur”. (“İsra” 32).

10. Yalandan and içmək. “Həqiqətən, öz əhd-peymanları və andları(nı - dini qəbul etmək barəsində olan əhd-peymanlarını və haqqa kömək üçün olan andlarını pozmaq) müqabilində ucuz bir qazanc (vəzifə və mal) əldə edən kəslərin axirətdə bir payları yoxdur”. (“Ali-İmran” 77).

11. Xəyanət. “Xəyanət edən hər bir kəs Qiyamət günü xəyanət etdiyi şeylə birlikdə gələcəkdir”. (“Ali-İmran” 161).

12. Zəkat verməmək. “Ey iman gətirənlər, şübhəsiz, kitab əhlinin alimlərindən və rahiblərindən bir çoxu camaatın mallarını haqsız yerə (Tövrat və İncili təhrif etmək və rüşvət almaq bahasına) yeyirlər və (camaatı) Allahın yolundan saxlayırlar. (Kafirlərdən, yaxud müsəlmanlardan) qızıl və gümüş yığıb onu Allah yolunda xərcləməyən (onda olan vacib haqqı ayırmayan və qalanını ümmətin iqtisadiyyatının güclənməsinə sərf etməyən) kəslərin hamısını ağrılı bir əzabla müjdələ”. (“Tövbə” 34).

13. Yalandan şahidlik etmək. “O kəslər ki, yalandan şahidlik etmir (yalan, ğina, söyüş və sairə məclislərində iştirak etmir) və bihudə və boş şeyin yanından keçən zaman etinasız və alicənablıqla keçirlər”. (“Furqan” 72).

14. Şəhadəti gizlətmək. “Əgər sizdən kimsə digər birinə inansa (və girov almasa), gərək inanılan şəxs əmanətini (borcunu) qaytarsın və Rəbbi olan Allahdan qorxsun. (Lazım olan zaman) şəhadəti gizlətməyin. Kim onu gizlətsə, onun qəlbi günahkardır”. (“Bəqərə” 283).

15. Şərab içmək. “Bu barədə hədisdə deyilir ki, şərab içmək bütə pərəstiş etmək kimidir”.

16. Namazı tərk etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bilərəkdən namazı tərk edər, Allah və Rəsulu (s) ondan bezar olar”.

17. Naşükürlük. “Və (yada salın) o zaman(ı) ki, Rəbbiniz (belə) elan etdi: «Əgər şükür etsəniz, sizə (olan nemətləri) mütləq artıraram və əgər kafir olsanız, ya naşükürlük etsəniz, Mənim əzabım, əlbəttə çox şiddətlidir». (“İbrahim” 7).

/Deyerler.org/
Müəllif: Admin | 14-01-2015, 10:21
Baxılıb: 668
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.