Quranın ən çox ümid verən ayəsi hansıdır?
Mьəllif: admin1
Tarix: 11-07-2022, 08:19
Quranın ən çox ümid verən ayəsi hansıdır?

Həzrət Əmirəl-möminin (ə) bir dəstə insanın yanına gəlir və buyurur: “Qurani-Kərimin ən çox ümid verən ayəsinin hansı olduğunu bilirsinizmi?”.

Bəziləri dedi ki, bu ayədir: “Şübhəsiz, Allah Ona şərik qoşulmasını (bu günahı) bağışlamaz və ondan başqasını (yaxud ondan kiçik günahları) istədiyi şəxs üçün bağışlayar. Allaha şərik qoşan kəs həqiqətən böyük bir günah uydurmuşdur”. (“Nisa” 48).

Bəziləri dedi bu ayədir: “Hər kim pis bir iş görsə, yaxud özünə zülm etsə (özünə və ya başqasına zülm etsə, yaxud etiqad və ya əməldə günah etsə), sonra Allahdan bağışlanmaq diləsə, Allahın bağışlayan və mehriban olduğunu görər”. (“Nisa” 110).

Bəziləri dedi bu ayədir: “De: “Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!””. (“Zumər” 53).

Bəziləri dedi bu ayədir: “(Təqvalılar) həmin o kəslər(dirlər) ki, mallarını rifah və şadlıqda, mallarında və hallarında (maddi və mənəvi) yoxsulluqda xərcləyirlər, qəzəblərini udan və camaat(ın xətaların)dan keçənlərdirlər. Allah yaxşılıq edənləri sevir”. (“Ali-İmran” 134).

İmam Əli (ə) onların nəzərlərini eşidəndən sonra buyurdu: “Həbibim Allahın Rəsulundan (s) eşitmişəm ki, Quranın ən çox ümid verən ayəsi budur: “Və namazı günün iki tərəfində və gecənin gündüzə yaxın əvvəllərində qıl (sübh namazını günün birinci yarısında, zöhr və əsr namazlarını günün ikinci yarısında, məğrib və işa namazlarını isə gecənin əvvələrində qıl) ki, həqiqətən (namaz başda olmaqla) yaxşılıqlar günahları aradan aparır (günahın çirkinliyini nəfsdən, onun fəsadlarını aləmdən, onun ləkəsini əməl dəftərindən və əzaba düçar olmağı günah etmiş şəxsdən uzaqlaşdırır). Bu, yada salıb xatırlayanlar üçün bir öyüddür”. (“Hud” 114).

Sonra Peyğəmbər (s) davam etmişdi: “Ey Əli! Məni insanlara bəşir məbus edən Allaha and olsun ki, o zaman ki, insan namaz üçün dəstəmaz alar, günahları tökülər. O zaman ki, üzü qibləyə dayanar, pak olar. Ey Əli! Gündəlik namaz qılanların misalı, evinin qarşısında olan bulaqda beş dəfə yuyunan insanın misalına bənzəyir”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031