Quran tilavət etməyin ləzzətini dadsaq, heç vaxt onunla aramızda fasilə yaratmarıq
Mьəllif: admin1
Tarix: 23-12-2019, 11:26
Quran tilavət etməyin ləzzətini dadsaq, heç vaxt onunla aramızda fasilə yaratmarıq
Ayətullahul-Üzma Şeyx Cavadi Amuli Qurani-Kərimin ərəbcə qiraət edilməsinin əhəmiyyəti barədə ona ünvanlanmış suala gözəl şəkildə izah verərək cavablandırmışdır.

"Ayələrin mənasını anlamadan insanın Qurani-Kərimi qiraət etməsinin nə kimi faydası və təsiri vardır?

Ayətullah Cavadi Amuli: "Əgər Qurani-Kərimi qiraət etməyin əhəmiyyət və fəziləti bizim üçün aydın olarsa və bilsək ki, Qurani-Kərim Allahın sözlərdir və həmçinin batini paklıqla Quranla ünsiyyət qurmaqla Qurani-Kərimi tilavət etməyin ləzzətini dadarıqsa, heç vaxt Qurani-Kərimlə öz aramızda fasilə yaratmarıq və gün ərzində heç olmasa Qurani-Kərimdən 50 ayə oxumuş olarıq".

Allah (subhanu təala) Hz. Rəsuləllahı (s) öz vilayəti altında tanıtdıraraq buyurmuşdur: "Şübhəsiz, mənim mövlam o Allahdır ki, kitabı nazil edib. Və o salehlərin mövlasıdır" (Əraf surəsi, ayə 196).

Bu ayə neçə mətləbi ehtiva edir:

1. Allah Rəsuləllahın(s) vəlisidir;

2. Quranı Rəsuləllahın(s) vəlisi olan Allah nazil etmişdir;

3. Allah həmçinin saleh bəndələrin də mövlasıdır.

Bu 3 mətləbə diqqət etsək, anlayarıq ki, Allahın insanın mövlası olması üçün insan saleh olmalıdır. Əgər insan saleh bəndə olmazsa, Allah onun vəlisi olmaz. Və saleh bəndə olmaq üçün ən gözəl yol Quranla ünsiyyət qurmaqdır.

Əgər bir şəxs Qurani-Kərimə əməl edərsə, saleh bəndə olacaqdır. Və əgər Allah kiminsə vəlisi olmaq istəsə ona Quran və vilayət vasitəsilə vəli olur. Elə məhz buna görə buyurmuşdur: "Qurandan müyəssər olduğunuz qədər oxuyun" (Müzəmmil surəsi, ayə 20).

Qurani-Kərimlə ünsiyyət qurun. Hətta bəzi ayə və surələrin mənası sizin üçün aydın olmasa belə. Deməyin ki, mənası anlamadan Quranı oxumağın nə təsiri vardır. Çünki Qurani-Kərim insan sözü deyil ki, mənasını bilmədən oxumağın xeyri olmasın. Qurani-Kərim ilahi bir nurdur ki, mənasını bilmədən oxumaq belə ibadətdir.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031