Həzrət Əlinin (ə) mübarək əli ilə yazıldığı bildirilən Qurani-Kərim nümayiş olunub
Mьəllif: admin1
Tarix: 9-04-2014, 15:04
Həzrət Əlinin (ə) mübarək əli ilə yazıldığı bildirilən Qurani-Kərim nümayiş olunub


Həzrət Əlinin (ə) mübarək əli ilə yazıldığı bildirilən müqəddəs Qurani-Kərim XIX Qurani-Kərim Sərgisində nümayiş olunub, - “İqna” xəbər verir.

XIX Qurani-Kərim Sərgisi Konfransı komitəsinin rəhbəri Səid Afşar bildirib ki, bu əlyazma Pakistandan gətirilib və Həzrət Əli (ə) tərəfindən yazıldığı bildirilir.

Tədbirdə müxtəlif xarici ölkələrdən qonaqlar, Quran xəttatları, alimlər və mütəfəkkirlər iştirak edib. Avqustun 15-də başlamış tədbir 23 saat davam edib. Sərgidə Suriya, Livan, Tunis, Sudan, Banqladeş, Əfqanıstan, Hindistan, Pakistan, Çin, Malaziya, Türkiyə, Azərbaycan və digər ölkələrdən qonaqlar iştirak edir.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031