Peyğəmbərin (s) qızı Fatimənin (ə.a) şəhadəti əfsanə deyil
Mьəllif: Admin
Tarix: 13-02-2022, 22:56
Peyğəmbərin (s) qızı Fatimənin (ə.a) şəhadəti əfsanə deyil
"O kəslər ki, Allahı və Onun Peyğəmbərini incidərlər Allah dünyada və axirətdə onlara lənət eləmişdir. Onlar üçün həqarətli bir əzab hazırlamışdır". (Əhzab ayə. 57)

"Fatimə mənim canımın bir parasıdır hər kəs ona əziyyət etsə elə bil mənə əziyyət edib" (Səhih Buxari və Səhih Muslim)

Müqəddimə:

Bu məqalə Rəsulullahın (s) vəfatından sonra yeganə qızı Fatimənin (ə) şəhadətini, Əhli beytə qarşı törədilmiş cinayətləri və zülmləri ya cəhalətdən yaxud da inadkarlıqdan inkar edib onu sübutsuz əfsanə adlandıranlara və həzrət Fatiməyə olunmuş sitəmləri, evinə hücum çəkib yandırılmasını, gecə vaxtı təşiyyə cənazə olub məxfi surətdə dəfn olunmasını və şəhid olana qədər bəzilərindən narazı olmasını inkar edənlərə cavabdır!

Həqiqətdən xəbərsiz və tarixi təhqiqat etməyə fürsəti olmayanlar bu həqiqətləri inkar edənlərin meydana atdığı şübhələri eşidəndə sadəlövhlüklə onlarin dediklərini qəbul edirlər.

Bu cür sadəlövhlər tarixi kitablar və həqiqətlərin araşdırılması zəminində yazılmış kitabları mutaliə etsələr başa düşəcəklər ki, islam tarixinin bu kəşməkeşli yolları nə qədər acınacaqlı bir yol keçib.

İslam dininin keşiyində durmuş və rəsulullahın Əhli-beytinin qeyrətini çəkən alimlər bu məsələləri gizlətməyə çalışıb irad etdikləri şübhələri heç vaxt cavabsız qoymamışlar. Amma yenə də bəziləri yenidən həmin cavabı verilmiş şübhələri yeni üsullarla meydana gətirməyə çalışırlar.

Tarixin acı səhifələrindən xəbəri olmayan yeni nəsli təzədən şübhəyə salmaq istəyirlər. Onlar qarşılarında qoyduqları vəzifələrinə yaxşı əməl edirlər.

Biz Peyğəmbər (s) Əhli beytinin məhəbbətini qəlbimizdə daşıdığımızı iddia etdiyimiz halda görəsən vəzifəmizi bilib ona əməl edirikmi? ıslam tarixinin mühüm məsələləri haqqında axtarış aparırıqmı?

Bir para qərəzli yazıçıların qələmləri altında həqiqət itib savadsız kütlələri azdırmağa xidmət etdiyi zamanda bu məsələləri mutaliə edib camaata çatdırmaq bizə daha çox vacibdir.

Xatırladaq ki, bu məqalə qeyri şiələr tərəfindən irad olunmuş şübhələrə cavab əsasında tərtib olunduğuna görə bütün istinad mənbələri əhli sünnətin mötəbər saydıqları kitablardan əxz olunmuşdur.

Əsl həqiqətdə şiə məzhəbinin Koleyni, Səduq, Təbərsi, Məclisi və Əmini kimi istinad nöqtələri olduğu halda əhli sünnətin kitablarına ehtiyac yoxdur. çünki şiə alimləri islamın 14 əsrlik tarixində min bir əziyyətlərə qatılaraq bəzən də qanları bahasına Əhli-beytin (ə) səhih hədislərini hifz edib bizə çatdırmışlar. ümüd edirik Əhli-beytin eşqi ilə nəfəs alan qardaşlar bu qısa məqaləni oxumaqla daha dərin təhqiqatlar aparmaq imkanı əldə edəcəklər.

Birinci fəsl: - "Fatiməye Zəhranın (s.ə) çəkdiyi müsibətlər".

1-ci şübhə: Fatimənin (s) evinə od vurulub oğlu Möhsinin şəhid olunması və s....kimi hadisələrin yalnız siələrin uydurmaları olduğunu iddia edilməsi.

Bu şübhəni irad edənlər həqiqətdən xəbərdar olmayan insanları azdırmaq üçün deyirlər ki, bütün bunların heç bir etibarlı sənədi yoxdur.

Deyilənlər ancaq şiə kitablarında nəql olunub. Hicrətin 3-cü əsrindən bu yana əhli sünnət alimlərinin kitablarında bu dəhşətli hadisəyə dair yazdıqlarını göstərəcəyik. Onları mutaliə edəndən sonra hadisələrin nəqlinin yalnız şiə məzhəbinə məxsus olmadığının şahidi olacaqsınız.

Xatırladırıq ki, bu mənbələr əslində ərəb dilində yazılıb və Azərbaycanda çox cüzi bir kütlənin bu dili bildiyi üçün onlar bundan istifadə edib həqiqəti arxayınlıqla inkar edirlər. Amma bununla belə Allah-təala heç vaxt haqqı xəyanətkarların əlində məhv olmağa qoymur.

Birinci bölmə: -Fatimənin (s.ə) evinə hucum və onun odlanması:

Bu məsələ ətrafında əhli sünnətin kitablarında çoxlu rəvayətlərin nəql olunmasına baxmayaraq biz onlardan bir neçəsini dərc edirik.

1.“...Ömər Fatimənin evinə tərəf yollandı və onun evinə yetişəndə dedi:- Ey peyğəmbərin qızı and olsun Allaha sənin atandan başqa heç kəs bizə əziz deyil və atandan sonra heç kəs bizə sənin qədər əziz deyil. Lakin and olsun Allaha bu məhəbbət heç vaxt başına yığdığın adamlara görə evi yandırmaq əmrini verməkdə mənə mane ola bilməz” ıbn Əbu şeybə (hicrətin 235-ci ildə vəfat edib “əl-Musənnəf” 7/432 hədis 37045 Beyrut nəşri kitabu məğazi –ma caə fi xilafət Əbi Bəkr).

2- "....Sonra Əbu Bəkr öməri Əlinin evinə yığışanların ardınca göndərdi. Onlar evdən çıxmaqdan imtina etdilər. Bu zaman ömər əmr etdi ki, odun gətirsinlər və Əlinin evinə yığışanlara dedi:- And olsun o kəsə ki, ömərin canı onun əlindədir! Gərək evdən çıxasınız. Əgər evdən çıxmasanız evi içindəkiləri ilə yandıracağam.

Orada olanlardan biri ömərə dedi:- Bilirsən ki, Fatimə də evdədir?

ömər dedi:- Hətta Fatimə də evdə olsa belə yandıracağam...." (ıbni Quteybə. (hicrətin 276-cı ilində vəfat edib) “əl-ımamətu vəs-siyasət” 1/12 Misir nəşri).

Xatırladaq ki, bəzi əhli sünnət alimləri “əl-ımamətu vəs-siyasət” kitabının müəllifinin ıbn Quteybə olduğunu inkar edirlər. Onların cavabında deyirik:- Muhəmməd Fərid Vəcdi “Dairətul-məarif” kitabının 3-cü cildinin 750-ci səhifəsində yazır:- ıbn Quteybənin “əl-ımamətu vəs-siyasət” kitabı xilafət məsələsi haqqında yazılmış ən qədim və etibarlı kitablardan biridir.

3- “Əbu Bəkr Əlidən beyət almaq üçün onun ardınca adam göndərdi, amma Əli beyət etmədi. Bu vaxt ömər Əlində məşəl Əlinin evinə tərəf yollandı. Fatimə qapının arxasından ömərə dedi:- Ey Xəttabın oğlu nə xəbərdir, mən səni evimin qapısını odlayan görürəm?

ömər dedi:- Bəli! Məni inkar etmək sənin atanın dinindən ağırdır” (Bəlazəri (hicrətin 279-cu ilində vəfat edib) “Ənsabul-əşraf” 1/576 Misr nəşri, səqifə əhvalatı hədis 1184).

4- "Təlhə, Zubeyr və mühacirlərdən bir dəstə Əlinin evində cəm olduqları bir vaxt ömər ibn Xəttab ora gəlib dedi:-And olsun Allaha əgər beyət etmək üçün çölə çıxmasanız evi sizin üstünüzə yandıracağam" (Təbəri (hicrətin 310-cu ilində vəfat edib) “Tarixul-uməmi vəl-muluk” 2/443 nəşr Beyrut).

5- "....Sonra Əmirulmöminin bir dəstə tərəfdarları ilə öz mənzilində yığışıb mübarizəyə əl atdılar. çünki Peyğəmbər ona bu cür göstəriş vermişdi. Bu vaxt bir dəstə onun evinə hücum çəkib evinin qapısını odladılar. Onu zorla evdən çıxartdılar. Hücum çəkənlər qadınların seyyidəsi (Fatiməni) qapı ilə divar arasında elə sıxdılar ki, hətta bətnindəki uşağı Möhsin ziyan oldu". (Məsudi (hicrətin 346-cı ilində vəfat edib) “ısbatul-vəsiyyət” səh 142 hekayətus-səqifə bəhsi).

6- “Əbu Bəkr ömərə göstəriş verdi ki;- Əgər Əlinin evinə yığışanlar evdən çıxsmaqdan imtina etsələr onda onlarla cəng et. ömər də əlində məşəl Fatimənin evinə tərəf yollandı ki, oranı odlasın. Bu arada ömər Fatimə ilə qarşılaşdı.

Fatimə ona dedi:- Ey Xəttabın oğlu mənim evimi yandırmağa gəlmisən? ömər dedi:- Bəli, necə ki, ümmət Əbu Bəkrə beyət edib gərək siz də beyət edəsiniz......” (ıbn Əbdi Rəbbih (hicrətin 327-ci ilində vəfat edib) “Əqdul-fərid” 3/64 nəşr Misir)

7- İbni Əbil Hədid (hicrətin 655-ci ilində vəfat edib, “şərhu Nəhculbəlağə” 2/56 nəşr Beyrut) Covhəridən (4-cü əsrin alimlərindəndir “Səqifə və Fədək” kitabının müəllifidir.

Əhli-sünnətin bu mövzuda ən mühüm mənbələrindən sayılır) nəql edib:- “... Ömər onlara tərəf yollandı və onlara dedi:- And olsun o kəsə ki, mənim canım onun əlindədir ya gərək beyət etmək üçün evdən çıxasınız ya da ki, evi sizin üstünüzə yandıracağam”.

Həmçinin adı çəkilən kitabın həmin səhifəsində Covhəri Əbu Bəkrin dilindən nəql edir:- “....Bu zaman ömər evi odlamaq üçün onlara hücum çəkdi. Zubeyr əlində qılınc ömərin üstünə gəldi”.

Müəllif Kitabın 2-ci cildinin 57-ci səhifəsində yazır:-“ Əbu Bəkr dedi:- Ey ömər və ey Xalid ibn Vəlid! Durun ayağa və onların üstünə gedin. O iki nəfəri mənim yanıma gətirin. Sonra o iki nəfər Əlinin evinə tərəf yollandılar. ömər içəri daxil oldu və Xalid ibn Vəlid qapının astanasında dayandı”

Qeyd:-Bəziləri ıbn Əbil Hədidin Sünnü olmasında şübhə ediblər. Cavabında deyirik ki, Zəhəbi“Sirətu ə`əlamunnəbla” kitabında (23/274) yazır:-“ıbn Əbil Hədid kəlam, nəzm, nəsr və bəlağət elminin ərbablarındandır. O mötəzili məzhəbindən olubdur”.

8- “Əl- Muxtəsər fi əxbaril-bəşər” (Misr nəşri 1/156. müəllif Ismayil ımaduddin 732-ci ildə vəfat edib). “... Sonra Əbu Bəkr ömərə Əli və onun ətrafına yığışanları Fatimənin evindən çıxarmağı göstəriş verdi.

Əbu Bəkr ömərə göstəriş verdi ki, əgər onlar evdən çıxmaqdan imtina etsələr onlarla cəng etsin. ömər də əlində məşəl Fatimənin evinə tərəf yollandı ki, oranı odlasın. Fatimə ona dedi:- Hara gəlirsən istəyirsən evimizi yandırasan? ömər dedi:- Bəli, əks halda gərək siz də ümmət kimi Əbu Bəkrin beyəti altına daxil olasınız”.

9- Ömər Rza Kuhalə, əhli sünnətin müasir alimlərindəndir. “Ə`əlamunnisa” kitabında Beyrut nəşri, “F” hərfi bölməsində Fatimə bintə Muhəmməd adı altında istinad mənbələrini söyləyib yazır:- “...

Ömər Fatimənin evinə tərəf yollandı fəryad çəkirdi. Evdə yığışanları Əbu Bəkrə beyət etmək üçün çölə çıxmağa çağırırdı. Amma onlar evdən çıxmağa imtina edirdilər.

Bu zaman ömər odun gətirməyi əmr etdi və and içdi:- And olsun o kəsə ki, ömərin canı onun əlindədir! Ya evdən çıxın ya da ki, evi onun içində olanların üstünə yandıracağam. Bir nəfər ömərə dedi:- Ey Əbu Həfs! Fatimə bu evdədir! ömər dedi:- Hətta Fatimə belə bu evdə olsa yandıracağam”.

10- Əbdul Fəttah Əbdul Məqsud, əhli sünnətin müasir alimlərindəndir. “əl-ımam Əli ibn Əbu Talib” kitabında (Beyrut çapı 1/190) yazır:- “.... Bəli belə deyirlər ki, Ömər ibn Xəttab o gün əshabı ilə bir yerdə Fatimənin evinə tərəf yollandı. ömər bu nəticəyə yetişmdi ki, musəlmanlar arasında vəhdəti və sakitliyi qorumaq üçün yeganə yol oddur”.

12- Muhəmməd Hafiz ıbrahim (1351-ci hicri ilində vəfat edib):- Əhli sünnətin müasir və mühüm saydıqları şairlərdəndir. Divanında (Beyrut nəşri.1/82 Öməriyyə qəsidəsində) deyib:- Və qovluhu li Əliyyin qaləha Omər, Əkrim bi samiiha əəzim bi mulqiha.

Hərrəqtu darəkə la əbqi ələyha biha, ınləm tubaye bə bintul Mustəfa fiha.

Tərcümə: “Ömər necə də Əliyə gözəl deyib, Bu kəlamı eşidəni əzizlə və deyəni böyük bil. Evini odlayaram və qoymaram orda qalasan, Əgər beyət etməsən hətta Mustəfa qızı Fatimə evdə olsa yandıraram!”

Söhbətimizin əvvəlində işarə etdiyimiz kimi əhli sünnət alimlərinin bu mövzuya dair nəql etdikləri rəvayətlər çoxdur. Onların hamısını burada nəql etməyə imkan olmadığından biz mövzuyla bağlı bir neçə əhli sünnət aliminin ünvanını sizə yaddaş kimi göstəririk. Onların nəql etdikləri rəvayətlər yuxarıdakılarla oxşarlıq təşkil etdiyindən onları nəql etmədən ünvanlarını sənədli şəkildə dərc edirik:

1- “Kənzul-ummal” 5/651 müəllif: Muttəqi Hindi
2- “Nihayətul-ərib fi fununil-ədəb” 19/40 müəllif: Nuveyri
3- “əl-Vafi bil-vafiyat” 17/311 müəllif: Səfdi
4- “əl-ıstiab” 3/975 müəllif: ıbn Əbdulbir
5- “Tarix Yəqubi” 2/123 müəllif: Yəqubi

Əhli-sünnətin mühüm saydıqları kitablarda Fatimənin evinə olunan hücumlar və yandırılması haqqında rəvayətləri mutaliə edəndən sonra məlum olur ki, bu hadisənin baş verməsi inkar olunmaz dəlillərə malikdir. Baxmayaraq ki, bir dəstə cahil və mütəəssib adamlar onun müqabilində ya sükut ediblər ya da inkar etməyə çalışıblar. Əlbəttə bu macəranı üçüncü fəsldə ətraflı şəkildə təhlil edəcəyik.

İkinci bölmə:- Möhsin ibn Əlinin şəhadəti:

1- İbn şəhr Aşub «əl-Mənaqib» kitabında (3/132) Ibn Quteybə Dinurinin «əl-Məarif» kitabından nəql edir: “Fatimənin (s) övladları ibarətdirlər: Həsən, Huseyn, Zeynəb, Ummu Gulsum və Muhsin. Muhsin Fatimənin evinə hucum olunan zaman Qunfuzun zərbəsi ilə həlak oldu”

2- Məsudi «İsbatul-vəsiyyət» kitabında (səh. 142) yazır:- «....Onlar Fatimənin evinə hücum çəkəndə Xanımların seyyidəsini qapı ilə divar arasında elə sıxdılar ki, O, Möhsini ziyan etdi!»

3- şəhrestani «əl-Miləlu vən-nihəl» kitabında (1/57 Beyrut nəşri) yazır: Nizam deyib:- “ömər beyət alınan günü Fatimənin qarnına elə bir zərbə vurdu ki, Fatimə bətnində olan uşağı saldı”

4- Zəhəbi «əl-Mizanul-iitidal» kitabında (1/139, 552-ci bölümdə) yazır:- “...Heç şübhəsiz ömər Fatiməyə elə təpik vurdu ki, hətta Muhsin onun bətnindən ziyan oldu”.

5- Səfdi «əl-Vafi bil-vafiyat» kitabında (6/17) yazır:- “Nizam mötəzili bu əqidəyə qaildir ki, ömər beyət alınan günü Fatiməni elə vurdu ki, Muhsini onun bətnindən saldı”.

6- İsfəraini Təmimi «əl-Fərq beynəl-firəq» kitabında (107-ci səh) cərəyanı yuxarıdakı ibarətə oxşar şəkildə nəql edib.

7-Həmui Cuvəyni şafei «əl-Fəraidus-səmtəyn» kitabında (2/35) İbn Əbbasa istinad edərək rəvayət edir:- Rəsulullahm (s) buyurdub:-“Həqiqətən mən gözlərimlə görürəm ki, məndən sonra qızım Fatimənin evinə qəm və qüssə varid olur. Görürəm ki, onun ehtiramı sındırılıb haqqı qəsb olunur. Görürəm ki, onun irsi əlindən alınıb qabırğası sındırılır. Fatimə fəryad edir ya Muhəmməda! Kimsə onun fəryadına cavab vermir”.

8- ıbn Əbil Hədid Mötəzili «şərhu nəhcul-bəlağə» kitabında (14/192 Beyrut nəşri) yazır:- “Muşriklərdən bir dəstə o cümlədən Hibbar ibn Əsvəd Rəsulullahın qızı Zeynəbi incitmək qəsdi ilə (Zeynəb Məkkədən Mədinəyə tərəf yola düşmüşdü) onu təqib edirdi.

Zeynəbin dəvəsinə birinci özünü yetirən Hibbar ibn Əsvəd oldu. Hibbar yetişən kimi əlindəki nizəni Zeynəbin kəcavəsinə tərəf atdı. Zeynəb bu vaxt hamilə idi və ona olunan hucumdan bərk qorxdu. Mədinəyə yetişəndə bətnindəki uşaq ziyan oldu. Ona görə də Rəsulullah (s) əmr etdi ki, hər yerdə Hibbar ibn Əsvədi gördülər onu qətlə yetirsinlər”.

ıbn Əbil Hədid bu xəbəri nəql edəndən sonra deyir: Mən bu xəbəri Nəqib Əbu Cəfərə oxudum. Nəqib dedi:- “Rəsulullah (s) Hibbar ibn Əsvədin qanını Zeynəbi qorxudub onun bətnindəki uşağın ziyan olduğuna görə mubah edib. Elə isə əgər Rəsulullah (s) dünyada olsaydı heç şübhəsiz Fatiməni qorxudub uşağının ziyan olmasına səbəb olanların qanını da mubah edərdi”.

ıbn Əbil Hədid deyir: Nəqibə dedim ki, «Bir dəstə Fatimənin evinə hücum edib onu qorxutdular və nəticədə Fatimə bətnindəki uşağı saldı» xəbəri sənin adından nəql etməyə icazə verirsənmi?

Nəqib dedi:- “Yox! Mənim adımdan nəql etmə və xəbərin batil olmasını da mənim tərəfimdən nəql etmə. çünki mən bu barədə heç bir fikir söyləmirəm”.

Nəqibin söylədiklərini təhlil edəndə məlum olur ki, Fatimənin uşağını salması hadisəsi onun üçün sübuta yetmiş olub. çünki bu xəbər sübut olmasaydı mənsub olduğu sünnü məzhəbinin əqidəsinə görə gərək onu inkar edəydi.

Deyərdi ki, xeyir mən bu xəbəri batil olduğu üçün qəbul etmirəm və onun yalan olduğunu mənim tərəfimdən nəql et. Amma məlum olur ki, xəbərin səhih olduğu ona sübüt olub, lakin məzhəbinə olan təəsübü qəti şəkildə onu təsdiq etməyə imkan verməyib. Nəticədə bu macəranı qəti şəkildə təsdiq etməyib hadsənin baş verməsində şəkk etdiyini bildirib.

Üçüncü bölmə: Əbu Bəkr səhv və xəta etdiyini etiraf edir.

Fəsilin kamil surətdə başa çatması üçün bu bölmədə Əhli sünnət alimlərinin kitablarında Əbu Bəkrin ömrünün axırlarında aşkar şəkildə Fatmənin evinə hucum haqqında etdiyi səhvlərinə etirafı haqqında xəbərləri dərc edirik. Bu barədə rəvayətlərin çox olmasına baxmayaraq biz yalnız onların bəzilərinə işarə edirik.

1- İbn Cərir Təbəri “Tarixul-uməmi vəl-muluk” (2/619) “....Əbu Bəkr dedi:- Dünyada heç bir şey haqqında təəsüf etmirəm. Yalnız gördüyüm üç işə görə təəssüf edirəm. Ey kaş onları etməyəydim!......Ey kaş Fatimənin evinə qarşı hörmətsizlik etməyəydim, hətta əgər mənə qarşı müharibə elan etsəydilər!”

2- Məsudi «Murəvvicuz-zəhəb» (2/194) “....Əbu Bəkr dedi:- Mənim əncam verdiyim üç işdən başqa heç bir şeydən qorxum yoxdur. ....Ey kaş Fatimənin evinin təftişinə əmr verməyəydim”.

3- Təbərani «əl-Mucəmul-kəbir» (1/62) “....Əbu Bəkr dedi:- Ey kaş Fatmənin evinə hucum etməyəydim. Gərək onları öz başlarına buraxaydım hətta mənim əleyhimə müharibə əhdi-peymanı bağlayaydılar”.

4- ıbn Əbil Hədid «şərhu Nəcil-bəlağə» (2/47) “....Əbu Bəkr dedi:- Ey kaş Fatimənin evinə hücum etməyəydim! Gərək oranı öz başına buraxaydım, hətta əgər mənim əleyhimə müharibə etməyə əhdi-peyman bağlayaydılar”.

5- Muttəqi «Hindi Kənzul-ummal» kitabul-xilafət (5/631) “....Əbu Bəkr dedi:- Ey kaş Fatimənin evinə hucum etməyəydim! Gərək oranı öz başına buraxaydım, hətta əgər mənim əleyhimə müharibə etməyə əhdi-peyman bağlayaydılar”.

Bu məsələni eyni və ya oxşar ibarətlərlə kitablarında nəql edən əhli sünnət alimlərinin bəzilərinə işarə edirik.

1- Dəhləvi Hindi «ızalətul-xifa» 2/29 2- Zəhəbi «Mizanul-iitidal» 2/215

3- ıbn Həcər Əsqəlani «Lisanul-mizan» 4/219 4- ıbn Quteybə Dinuri «əl-ımaməti vəs-siyasət» 1/18 5- Hafiz Əbu Ubeyd «əl-Əmval» səh. 194

Əhli sünnətin böyük alimlərinin kitablarında Əbu Bəkrin dilindən nəql olunmuş etirafları mutaliə edən insaf sahibi olan hər bir insan ağlını və vicdanını hakim qərar versə Fatimənin evinə hücum edib oranı yandırmaq məsələsi ona asanlıqla sübüt olar.

Əbu Bəkrin etirafı məsələni malalayıb evin yandırılmasının baş vermədiyini fəqət ömərin yandırmaqla onları qorxutmaq istədiyini iddia edənlərə möhkəm bir cavabdır.

Onlar iddia edirlər ki, ömər yandırmaqla qorxudandan sonra onlar evdən adi şəkildə çıxıb beyət etdilər. Fatmənin evi yandırılmadı və heç kəsdən zorla beyət alınmadı.

Cavab:- Əgər beyət alma adi şəkildə olubsa və evi yandırma məsələsi olmayıbsa bəs onda Əbu Bəkrin peşiman və təəssüf etməsinə yer yoxdur. Nəyə görə Əbu Bəkr etdiyi işin səhv və ona görə peşiman olduğunu bildirirdi?

Əbu Bəkrin bu peşimançılığından və etiraf etməsindən məlum olur ki, beyət almada yəqinən Peyğəmbərin (s) Əhli beytinə qarşı sonsuz dərəcədə hörmətsizlik olunub.

İkinci Fəsl:- Fatiməye Zəhranın (s.ə) narazılıqlarına bir işarə

Əhli sünnətin bəhs etməkdən boyun qaçırdıqları məsələlərdən biri Həzrət Fatimənin (s.ə) şeyxlərdən narazı olması məsələsidir. çünki Fatmənin (s.ə) narazılığı Rəsulullahın (s) narazılığı və nəticədə Allah-taalanın narazılığıdır. Əhli sünnətin sələflərinin etimad etdikləri böyük alimlərə istinad edərək bu məsələni və ona dair dəlilləri araşdıracağıq. Nəticə çıxarmağı isə vicdanlı, insaflı və şuurlu insanların öhdəsinə qoyuruq.

Birinci bölmə:- Fatimənin (s.ə) gecə dəfn olunması

Həzrət Fatimənin (s.ə) narazı halda dünyadan getməsini sübut edən dəlillər təkcə şiə mənbələrində deyil, əhli sünnətin mötəbər saydıqları mənbələrdə də zikr olunub.
Maraqlıdır nə səbəbə Rəsulullahın (s.ə) əziz qızı gizli dəfn olunmasını vəsiyyit edib?

Sualın cavabını gərək əhli sünnətin mötəbər mənbələrindən arayıb çıxaraq.

1- Muhəmməd ibn ısmail Buxari “Səhih Buxari” kitabında (5/77 Beyrut nəşr ihyaut turas) səihih saydığı sənədlə Aişədən nəql edir: “....Fatimə Fədək məsələsinə görə qəzəbli halda Əbu Bəkrdən ayrıldı və ölənə qədər onunla danışmadı. Fatimə Rəsulullahdan (s) sonra altı ay yaşadı. Fatimə vəfat edəndə həyat yoldaşı Əli onu gecə dəfn etdi. Əbu Bəkrə ona namaz qılmağa və dəfndə iştirak etməyə icazə vermədi.....”

Əhli sünnət alimlərinin nəzərində “Səhih Buxari” kitabı Allahın Quranından sonra ən etibarlı və dəqiq kitabdır. (“Səhih Muslim” 1/15, “ırşadus-sarı”1/19)

2- Əhməd Beyhəqi “əs-Sünənul-kubra” kitabında (6/300 Beyrut nəşri) yazır:- “Fatimə Əbu Bəkrə qəzəblənib ondan üz döndərdi. Ondan ayrılıb ölənə qədər Əbu Bəkrlə danışmadı. Əli Fatiməni gecə ikən dəfn etdi”.

Buna oxşar daha çox rəvayətlər əldə etmək üçün Gəncinin “Kifayətut-talib” kitabının 225-ci səhifəsinə, şeybaninin “Təsəyyərul-vusul ila camiul-usul” kitabının 1-ci cildinin 209-cu səhifəsinə və “ıhqaqul-həqq” kitabının 10-cu cildinin 479-cu səhifəsinə müraciət edə bilərsiniz.

3- Muslim ibn Həccac (“Səhih Muslim” 3/1380 Misir çapı) “Fatimə vəfat edəndən sonra əri Əli gecə ikən ona namaz qılıb dəfn etdi. Əbu Bəkrə xəbər vermədi ki, gəlib ona namaz qılıb dəfnində iştirak etsin”.

4- ümumiyyətlə bu haqda daha geniş məlumat üçün ıbn Əsir “əl-Kamil fit-tarix” kitabında 2/126, “Səhih Buxari” kitabul-məğazi 3/38, Muhəmməd ibn Cərir Təbəri “Tarixurrəsul və-muluk” 2/448, “Səhih Muslim” 1/72 və 5/153, ıbn Əbil Hədid “şərhu nəcul-bəlağə” 1/122, Məsudi “Murəvvicuz-zəhəb” 2/144, “Tənbih vəl-Əşraf” səh. 250, “əs-Səvaiqul-muhriqə” ıbn Həcər Heysəmi 1/12, “əl-ıstiab” ıbn Əbdulbir 2/244, “Tarixul-xəmis” Diyar Bəkri 1/193, “əl-ımamətu vəs-siyasət” ıbn Quteybə 1/14, “əl-Bəda vət-tarix” Muqəddəsi 5/66.

Bu kitabların hamısında belə bir ibarətlə nəql ilunub:- “Fatimə ilə Əbu Bəkr arasında Rəsulullahın irsi haqqında baş verən ixtilafı Muəmmər Zuhəridən, O da Aişədən nəql edib ki;- Həzrət Zəhra ondan üz döndərdi, vəfat edənə qədər bir daha onunla danışmadı. Fatimə Peyğəmbərin (s) vəfatından sonra altı ay yaşadı. Vəfat edəndən sonra əri Əli onu dəfn etdi və Əbu Bəkrə dəfndə iştirak edib ona namaz qılmağa icazə vermədi”.

5- Hafiz Əbduddin Muhəmməd ibn Əbi şeybə (“əl-Musənnəf” 4/141) yazır: “Həqiqətən Əli Fatiməni gecə vaxtı dəfn etdi”.

6- Ubey Fəllah Hənbəli (“şuzuratuz-zəhəb” 1/15, Qahirə çapı) yazır: Əli ilə Əsma bintə Umeys Fatiməyə qusl verdilər və gecə onu dəfn etdilər.

7- Syuti (“əs-Suğurulbasimə” səh.15 Bombey çapı) yazır: Fatimənin əri Əli ona qusl verəndən sonra namazını qılıb gecə onu dəfn etdi.

8- Əbdurrəhman ibn Əmr Dəməşqi:- (“Tarixu Əbi Zərə” 1/290 Dəməşq çapı) yazır: Fatimə atasından altı ay sonra vəfat etdi. Əli ibn Əbi Talib onu gecə dəfn etdi.

9- İbn Əbil Hədid (“şərhu nəcul-bəlağə” 6/50) yazır:- Mənim yanımda Fatmənin vəfat etdiyi zaman Əbu Bəkr və ömərə qəzəbli olması xəbəri səhihdir. Həqiqətən Fatimə vəsiyyət etmişdi ki, o iki nəfər onun cənazəsinə namaz qılmasınlar.

Xatırlatmaq lazımdır ki, istinad olunan mənbələrdə Fatimənin gecə dəfn olunması ilə bərabər Onun Əbu Bəkrdən üz döndərməsi də xatırlanır. Fatimə ömrünün axırına qədər onunla danışmayıb. Bu Fatimənin dünyadan gedəndə ona qarşı necə qəzəbli olmasını göstərir.

Görəsən Rəsulullahın ürəyini bu cür dağlayanlar Qiyamətdə o Həzrətlə necə üz-üzə gələcəklər? O Həzrətə əmanət qoyduğu yeganə yadigarını ondan sonra işgəncələrlə yola saldıqlarına dünyada olduğu kimi hansı donu geyindirəcəklər? Bəlkə əziz qızının başına gətirdikləri müsibətlərə görə yaxşı etmişik deyəcəklər?

İkinci bölmə:- Həzrət Zəhranın (s.ə) məsciddə və yataqda söylədiyi xütbələri

Həzrət Fatimənin (s.ə) iki şeyxdən narazı olması haqqında xəbərlərdən əlavə daha kədərli əhvalatlar əhli sünnətin kitablarında bəyan olunub. ıbn Quteybə “əl-ımamətu vəs-siyasət” səh. 14, Muhəmməd ibn Yusuf Gənci şafei “ Kifayətut-talib” bab 19, yazıblar:- Həzrət Zəhra o iki nəfərə dedi: “Allahı və mələkləri şahid tuturam ki, siz iki nəfər (Əbu Bəkr və ömər) məni qəzəbə gətirdiniz və narazı saldınız! Peyğəmbərin hüzuruna yetişəndə sizdən ona şikayət edəcəyəm”.

Daha sonra ıbn Quteybə “əl-ımamətu vəs-siyasət” kitabının 14-cü səhifəsində yazır: Fatimə Əbu Bəkrə dedi: “And olsun Allaha bütün qıldığım namazların sonunda sənə nifrin edəcəyəm”.

İndi insafla deyin, Fatimənin bu dərəcədə aydın söylədiyi kəlamından sonra daha möhkəm bir dəlilə ehtiyac varmı? Fatimənin (s.ə) o iki nəfərə qəzəbli olduğunu göstərən mənbələrdən biri də Onun məsciddə söylədiyi xütbədir. Həmin xütbə əhli sünnətin mötəbər saydıqları kitablarda nəql olunub. “Bəlağatunnisa” səh. 23-24

Beyrut çapı müəllif Əbul Fəzl Əhməd ibn Əbi Tahir Muruzi (204-280 hicri) ən qədim kitablardan biridir. “şərhu Nəcul-bəlağə” 4/78 ıbn Əbil Hədid, “əl-Mənaqib” Əhməd ibn Musa Aişədən nəql edib, “əs-Səqifə” Əbu Bəkr Əhməd ibn Əbduləziz Cövhəri (əhli sünnətin ən mötəbər saydıqları alimlərdən biridir, bu məsələni müxtəlif səndlərlə nəql edib)

“....Həzrət Fatimə (s.ə) hər yerdən məyus olandan sonra müsəlmanların rəhbərliyini əllərinə keçirənlərin azğınlığının qabağını alıb camaatı həqiqətdən xəbərdar etmək və iki şeyxə höccəti tamamlamaq üçün məscidə gəldi. Fatimə Bəni Haşim xanımlarından bir dəstə ilə izzətlə məscidə daxil olub təyin olunmuş məxsus yerdə dayandı fəsahətli və bəlağətli bir xütbə söylədi. Biz həmin xütbənin bəhsimizə aid olan hissələrini ixtisarla dərc edəcəyik.

Fatimə əvvəl bir ah çəkdi ki, məclisdə olanlar ağlamağa başladılar! Camaat sakit olandan sonra Allah-taalaya həmd və səna deyəndən sonra Rəsulullahın (s) risalətinə şəhadət verdi.

Peyğəmbərin (s) risalət yolunda çəkdiyi zəhmətlərini və Əlinin göstərdiyi rəşadətlərinə işarə edib dedi:- “Rəsulullah (s) vəfat edəndən sonra sizin daxildə gizlətdiyiniz nifaq aşikar oldu. Onda dinin xəridarı olmadı, hər yolunu azmış və kölgədə gəzənlər ağalıq iddiasına başladı, müsəlmanlara və Rəsulullaha qarşı pis mövqedə olanlar bazarlarını qızışdırmağa çalışdılar.....”

Sonra Fatimə dində yolunu azıb icad olmuş bidətlərə və zülmə işarə etdi. Mühacirlərin və ənsarın Fatimənin ehtiramının sındırılmasını görərək sükut etdiklərini onlara xatırlatdı:- “....

Ey muhacirlər vay olsu sizə! Bu Allahın hökmüdür ki, Atamın mənə saxladığı irsimi oğurlayıb hörmətimi sındırsınlar?! Siz də məni himayət etməyib təhqir olunduğumu eşidib sukut edirsiniz! .... Ey Əbu Quhafənin oğlu Allahın kitabında yazılıb ki, sən atandan irs aparasan, amma mən Atamdan irs aparmayım? Necə də böyük iftiradır! Bu necə bidətdir ki, Allahın dininə daxil edirsiniz?

Məgər qarşıdan gələn məhşərdən xəbəriniz yoxdur və qorxmursunuz? ... ındi ki, sən mənim haqqımı əlimdən aldın və nə istəyirsən elə.....Tezliklə həmin vədəgahda sitəmkarın rüsvay olub məzlumun haqqı bərqərar olan gündə görərsən ki, hər bir xəbərin öz yeri və hər məzlumun pənahı var!”

Sonra Fatimə mübarək üzünü Rəsulullahın (s) qəbrinə tutub bu beyti dedi:-

“Ey Rəsulullah! Səndən sonra bizə musibətlər üz tutdu, Əgər sən olsaydın bu musibətlər belə çoxalmazdı!

Ey Rəsulullah! Yer yağışı əldən verdiyi kimi biz də səni əldən verdik, Sənin ümmətin pərakəndə oldular özün şahid ol!

Daxildə bizə qarşı kinələrini gizlədənlər sən torpaq altına gedəndən sonra onu aşikar etdilər,

Səndən sonra bir dəstə üstümüzə hücum çəkdilər, Bizi zəlil sayıb bütün irsimizi oğurladılar”.

Xanımın yataqda söylədiyi bu kəlamlar Rəsulullah (s) dunyadan gedəndən sonra Fatiməyə edilmis zülmlərin şiddətinə dəlalət etmirmi?

Həmin müsibətlər və vurulan zərbələr Fatimənin (s.ə) yatağa düşməsinə səbəb olmadımı?

Muhacir və Ənsar arvadları Fatimənin (s.ə) ölüm yatağına düşdüyünü eşidəndə ərlərinin etdikləri səhvlərin əvəzini çıxmaq ücün ona baş çəkməyə gəldilər.

Onun əhvalını soruşanda onların cavabında buyurdu:- “And olsun Allaha sizin vurulduğunuz dünyadan bizaram və kişilərinizə qarşı ürəyimə qəzəb dolub”.

İndi butun müsəlmanlardan sorusuruq bu ürək dağlayan sözlər kimindir?

Bu Rəsulullahın “Men onun sevincinə sevinirəm və narahatlığına görə narahat oluram” əziz yadigarının sözləri deyilmi?

Rəsulullaha iman gətirdiyini iddia edən hansı şəxs Onun əzizinin bu məzlumiyyətini inkar etməklə yaralı qəlbinə bir daha dağ basmağı rəva görür?

Deməli onların fikrincə kiminsə cinayətini ört basdır etmək üçün hətda Rəsulullahın ürəyini dağlamaqdan çəkinmək lazım deyil.

Əhli sünnətin kitablarında Rəsulullahın qızı Fatimə (s.ə) haqqında buyurduğu bu kəlam məşhurdur:- “Fatimə mənim canımın bir parasıdır. Hər kəs onu qəzəbləndirsə elə bil məni qəzəbləndirib” “Səhih Buxari” 5/36 Beyrut çapı, “Səhih Müslim” 3/16, “Sunənul-kubra” Beyheqi 10/201, İbn Hacər “Əs-Sevaiq” səh 112, “Yenabiul-məvəddə” səh 171 Qunduzi, “Miskatul-məsabih” səh. 560 Xətib Təbrizi. Əllamə Əmini “Əl-Ğadir” kitabında 7/232 Rəsulullahın bu hədisini təsdiq edən Əhli sünnətin 60 aliminin adını sadalayıb.

Rəsulullah (s) buyurub: “Allah-taala Fatimənin qəzəbinə görə qəzəblənər onu razılığına görə razı olar “FatimeyeZəhra” Əllamə Əmini səh 94. Əllamə bu hədisi nəql etmiş əhli sünnətin 15 aliminin adını dərc edib, o cümlədən İbn Həcər Əsqəlani, Əbu Həkim Nişaburi, İbn Cuzi, Əbu Nəim İsfəhani.....

Rəsulullah (s) buyurub: “Hər kəsə qızım Fatimə qəzəb etsə mən də ona qəzəb edərəm. Hər kəsə Mən qəzəb etsəm Allah ona qəzəb edər” (“Fəslul-xitab” Buxari, “Musnəde Əhməd ibn Hənbəl”)

İndi Siz oxuculardan soruşuruq bütün bu hədisləri söyləyəndən sonra görəsən bir bəhanə yeri qalırmı?

Ağıllı insanın cavabı qətidir, Yox! Amma inadkar, xəbis və təəssübkeş yenə də bəhanəyə yer axtarar, necə ki, həmişə tarix boyu belələri tapılıb ki, müxtəlif gülünc izahatlar verməklə özlərini biabır ediblər.

Bəzən elə izahatlar veriblər ki, əgər onu cavan oğlunun yasında ağlayan ana eşitsə gülməkdən qəşş edər!

Əhli sünnətin etirafına əsasən Fatimənin (s.ə) müsibəti o iki nəfərin və onlara tabe olanların zülmünün nəticəsi olması inkar olunmaz sübutdur.

Səhih hədislərə əsasən hz. Fatiməyə (s.ə) edilmiş zülm və əziyyət eyni ilə Rəsulullaha (s) edilmiş zülm və əziyyətdir. Bunun da nəticəsi Allaha zülm və əziyyət deməkdir. Qurani-Kərimin ayələrindən azacıq xəbərdar olan hər kəs bu nəticəyə yetişəcək:

1- Fatiməyə əziyyət edib azar yetirmək Rəsulullaha azar və əziyyət etməkdir ki, Allahın qəzəbinə bais olub insanı dünya və axirətdə ilahi rəhmədən uzaq və naümüd edəcək: "Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət etmişdir. Onlar üçün xar edici bir əzab hazırlamışdır!" (Əhzab ayə 57)

"Allah Rəsuluna əziyyət verənlərə şiddətli bir əzab müəyyən olunub" (Tövbə ayə 61)

2- Allah-taalanın qəzəbinə düçar olmuş kəslər yollarını azmışlardır. çünki Allah-taala iman sahiblərinə heç vaxt qəzəb etməz: "Hər kəsə mənim qəzəbim yetişsə o xar və həlak olarr" (Ta Ha ayə 81)

3- Allahın qəzəbinə layiq olmuş insanı sevib onunla dost olmaq olmaz: "Ey iman gətirənlər Allahın qəzəb etdiyi adamlarla dostluq etməyin" (Mumtəhənə ayə 13)

Nəticə budur ki, Allah-taalanın əmrinə əsasən Allahın və Rəsulullahın qəzəbinə səbəb olmuş adamlarla dost olub onları sevmək olmaz. Çünki Allah və Rəsulu Fatimənin (s.ə) qəzəbinə görə qəzəblənər və ona əziyyət edib azar edənlərə nifrət edər.

Həzrət Fatimənin (s.ə) narazı olduğunu, atasından aldığı irsdən məhrum edilməsini və qəbrinin məxfi saxlanılması kimi məsələləri təhqiq etməklə başa düşmək olar.

Əziz oxucu bir anlığa fikirləş yeganə qızı haqqında bir belə sifarişlər söyləyən Rəsulullahın vəfatından sonra nələr baş verdi?

Səbəb nə oldu ki, qızı Fatimə gecə ikən onu dəfn etməyi və onların təşiyə cənazədə iştirak etmələrinə razı olmadığını vəsiyyət etdi?

Deməli Fatimənin (s.ə) müsibəti və ona olan əziyyətlər onu nəhayət dərəcədə narahat edib.

O xanım özlərini onun atasının ümmətindən sayanların əməllərindən narahat olduğu üçün belə sərt vəsiyyət edib. Nəyə görə Rəsulullahın (s) canının bir parası saydığı yeganə əziz qızı ondan sonra qısa bir fasilə ilə mübarək qəlbi qüssə ilə dolu halda dünyanı tərk edib gecə vaxtı dəfn olunsun?

İndiyə qədər də qəbri naməlum qalıb. Bütün bunlar Fatimənin (s.ə) musibətini və məzlumiyyətini göstərmirmi? Bunları görməməzliyə vurub inkar edənlər Qiyamətin günündə Rəsulullahın (s) üzünə necə baxarlar?

Üçüncü fəsil:- Əhli sünnətin Əlinin (ə) beyət etməsi haqqında iddiaları

Əhli sünnətin bəzi təəsübkeş alimləri xəlifələrin səhvlərini örtbasdır etmək üçün Əbu Bəkrə olunan beyətin adi qaydada baş verdiyini göstərməyə çalışıblar.

Onlar iddia edirlər ki, Ömər ibn Xəttab Əlinin (ə) evinə cəm olmuş səhabələri evi yandırmaqla hədələyəndən sonra hamısı evdən çıxıb Əbu Bəkrə beyət etdi.

Əlidən (ə) beyət almaq üçün ona qarşı heç bir zor tətbiq olunmayıb. Əli (ə) də hamı kimi adi qaydada beyət etdi. Amma biz bu iddianın nə dərəcədə həqiqətə uyğun olmayıb yalan və böhtandan olduğunu göstərmək üçün tarixi sənədlərə müraciət edək:

1. “Əl-İmamətu vəs-siyasət” 1/13, ıbn Quteybə yazır:- “...Ömər və əshabı Fatimənin evinin qapısı arxasında yığışdılar. Ömər qapını taqqıldatdı.

Camaat Fatimənin ağlayıb fəryad etdiyini eşidəndə ağlaya-ağlaya oradan dağılışdılar, lakin Ömər və əshabı onlardan əl çəkməyib Əlini zorla evdən çölə çıxartdılar.

Əlini çəkə-çəkə Əbu Bəkrin yanına apardılar. Əliyə dedilər ki, beyət et! Əli dedi: Əgər beyət etməsəm nə edərsiniz? Dedilər:- Əgər beyət etməsən and olsun Allaha ki, ondan başqa heç bir Allah yoxdur boynunu vuracağıq”.

2- “Ənsabul-əşraf” 1/587, Bəlazəri yazır: “...Əbu Bəkr Öməri Əlinin ardınca göndərdi və ona göstəriş verdi: Əlini ən pis vəziyyətdə mənim yanıma gətir!”

3- “İsbatul-vəsiyyət” səh 142, Məsudi yazır: “Onlar istəyirdilər Əlidən beyət alsınlar. Əli imtina edib dedi: Heç vaxt beyət etməyəcəyəm.

Onlar dedilər: Əgər beyət etməsən səni öldürəcəyik. Əli dedi: Əgər məni öldürsəniz həqiqətdə Allahın bəndəsini və Rəsulullahın qardaşını öldürmüş olarsınız.

Onlar Əlinin əlini zorla Əbu Bəkrin ona tərəf uzdılmış əlinə tərəf dartdılar. Bununla da istəyirdilər beyət alsınlar. Əlinin əli düyünlənmiş halda ikən zorla Əbu Bəkrin əlini ona çəkdilər”.

4- “Şərhu nəhcil bəlağə” 2/21, ıbn Əbil Hədid Mötəzili yazır: “Səqifə əhvalatı haqqında rəvayətlər müxtəlifdir. şiələrin və kifayət qədər əhli sünnət alimlərinin nəql etdikləri rəvayətlərdən belə məlum olur ki, Əli Əbu Bəkrə beyət etməkdən imtina etdiyinə görə ondan beyət almaq üçün onun evinə hücum etdilər.

Əlini (ə) zorla evdən çıxartdılar” Sonra ıbn Əbil Hədid yazır: “Deyirlər ki, ömər Zubeyrin əlindən qılıncı alıb daşa vurub sındırdı. Sonra Ömər Əlini və evində cəm olmuş səhabələri Əbu Bəkrin yanına çəkdi”.

5- “Şərhu Nəhcul-Bəlağə” 6/48 Cövhəridən nəql edilir: “...Sonra Ömər evə girib Əliyə dedi: Dur ayağa beyət et! Əli ayağa durmaqdan imtina etdi.

Ömər Əlini zorla qaldırıb evdən çıxartdı. Onu və digər beyət etməyənləri çox pis vəziyyətdə Əbu Bəkrin yanına çəkməyə başladılar. Mədinə küçələri adamlarla dolu idi...Əbu Bəkrin yanına aparılanların boyunlarına kəndir salıb Mədinə küçələrində çəkirdilər”.

6- “Sirətun-nəbəviyyə” 4/495, ıbn Kəsir yazır: “...Əbu Bəkr minbərə qalxıb camaatı süzməyə başladı, Əlini görməyəndə soruşdu: Əli haradadır? Bu vaxt ənsardan bir dəstə ayağa qalxıb Əlini zorla gətirdilər”.

7-“Əs-Səqifə” Əbu Bəkr Cövhəri yazır: “Əlini beyət etmək üçün Əbu Bəkrin yanına apardılar və nə qədər Onu hədələdilərsə Əli beyət etmədi. Əli beyət etmədən evinə qayıtdı”.

8- “Əs-Səqifə vəl-xilafət” səh 15, Əbdul Fəttah Əbdul Məqsud yazır: “Həmçinin mötəbər tarixçilər nəql edirlər ki, ....Əli Əbu Bəkrə beyət etməkdən imtina etdi, lakin onun boynuna kəndir salıb zorla beyət etməyə apardılar”.

İbn Əbdi Rəbbih “Əqdul-fərid” 2/285, Əbul Həsən Nofəli “əl-Əxbar” səh 142. Əlidən beyətin zorla alınmasına işarə ediblər.

Demək lazımdır ki, İslam tarixinin bu mərhələsi öncə bəyan etdiyimiz mərhələləri kimi dərdli və acınacaqlı olub. Çünki qabaqkı xəlifələr Peyğəmbər (s) Əhli-beytinə (ə) o dərəcədə hörmətsizlik ediblər ki, sonralar Müaviyyə kimi bir şəxs Əliyə (ə) göndərdiyi məktubda ona tənə vurub yazır: “.... Xəlifənin əmri ilə səni ram olmayan dəvə kimi bağlayıb beyət etmək üçün məscidə çəkdilər”.

Əli Muaviyyəyə yazdığı cavabda həmin faciənin baş verdiyini özünün məzlumluğu kimi qəbul etməklə yanaşı bu hadisənin xəlifə tərəfindən islama və Rəsulullaha vurulan ləkə olduğunu göstərib: “Deyirsən səni boynuna dikbaş dəvə kimi kəndir salıb beyət almaq üçün məscidə çəkdilər. And olsun Allaha bununla istəyirdin məni təhqir edəsən, amma məni ucaltdın. İstəyirdin məni rüsvay edəsən, amma özünü rüsvay etdin. Məzlum olmuş müsəlmana heç vaxt irad tutulmaz” (şərhu nəhcil bəlağə 15/186, Əqdul-fərid 2/285)

Əhli sünnətin “Əlidən beyət alınanda xəlifələrin zor işlətdiklərinə və Əlinin beyət etməkdən şiddətli dərəcədə imtina etməsi” etirafı bunu göstərir ki, Əli hakim xəlifələrin işindən narazı olub. Tarix bütün gələcək nəsl üçün danılmaz və möhkəm sənədlərdən ibarət irs qoyubdur.

Dördüncü fəsl:- Əlinin evi yandırılanda etdiyi səbrin səbəbləri və şübhələrə cavablar:

Baxmayaraq ki, baş vermiş faciənin hamısı əhli sünnətin kitablarından nəql olunub, amma bir dəstə bu barədə daim şübhə icad etməklə əsl məsələni inkar etməyə cəhd edirlər.

Həmin şübhələrdən biri də budur: Niyə Əli evdə olduğu halda qapını Fatimə açdı? Əlinin cihadlarda göstərdiyi şücaətləri olduğu halda necə olur ki, yoldaşı Fatimə (s.ə) gözləri önündə təhqir olunub vurulanda o sakit durub?

Cavab:- Rəsulullahın (s) yanında Fatimənin (s.ə) nə dərəcədə əzəmətli və şərafətli olması bütün əhli sünnətə bəllidir. Yaxşı olar ki, onların bir neçəsinə işarə edək.

Rəsulullah (s) Fatimənin (s.ə) əlindən tutub buyurdu: “Hər kəs bunu tanıyıbsa tanıyır, və hər kəs ki, indiyə qədər tanımayıbsa bunu bilsin ki, O, Mənim canımın bir parasıdır. O mənim bədənimdə olan ruhumdur. Hər kəs onu incitsə həqiqətdə məni incidib”.

Rəsulullah (s) buyurub: “Allah-taala Fatimənin qəzəbinə görə qəzəblənər onun razılığına görə razı olar”. (“Fatiməye Zəhra” Əllamə Əmini səh 94) Əllamə bu hədisi nəql etmiş əhli sünnətin 15 aliminin adını dərc edib, o cümlədən İbn Həcər Əsqəlani, Əbu Həkim Nişaburi, İbn Cuzi, Əbu Nəim ısfəhani.....

İbn Əbil Hədid “şərhu nəhcil bəlağə”də 9/193 yazır: “Rəsulullah (s) Fatiməni camaatın güman etdiyindən artıq dərəcədə sevirdi. Rəsulullah Fatiməyə camatın qızlarına etdikləri ehtiramdan daha artıq dərəcədə ehtiram edirdi.

Hətta o dərəcə də idi ki, ataların övladlarına olan məhəbbətin hududundan xaric idi. Rəsulullah (s) dəfələrlə, dəfələrlə müxtəlif yerlərdə umumi və xüsusi yerlərdə buyurub: “Fatiməni incidən məni incidib, Fatiməni qəzəbləndirən məni qəzəbləndirib”.

Bütün bunları biləndən sonra deyə bilərik ki, Fatimə (s.ə) ümmət arasında olan məqamı onların azğınlaşmış gözlərinə çəkmək istəyibdir. Bəlkə onlar Fatimənin (s.ə) evini yandırmaq fikrindən əl çəksinlər. Bəli həmin faciəni nəql edən tarixçilər deyirlər ki, hücum çəkənlərin bir dəstəsi Fatimənin (s.ə) eşitcək geri qayıtdılar. Ömər və başqa bir dəstə əl çəkmədilər.

Əhli sünnətin bəziləri etiraf edirlər ki, Rəsulullah (s) ondan sonra baş verəcək hadisələr haqqında Əliyə xəbər vermişdi və baş verəcək bütün bəlaların müqabilində səbr etməsi haqqında Ondan peyman almışdı. “Mənaqib” səh. 146 hədis. 171 Xorəzmi, “Fəraidus-səmteyn” 1/270 kitablarında buna dəlalət edən rəvayətlər mövcuddur.

Hücum çəkənlərin qəsdi bu idi əgər Əli (ə) qapını özü açıb beyət etməkdən boyun qaçırsa onlar Həzrəti vura vura məscidə aparacaqdılar.

Sonralar məsələni təhrif edib əllərində olan qüdrət və nüfuzdan istifadə edərək deyərdilər; biz Fatiməyə Atasının vəfatına görə baş sağlığı verməyə getmişdik. Əli əvvəl xəlifəlikdən imtina etmişdi, amma indi peşiman olub ona görə də bizimlə müxalifət edir.

Biz özümüzü müdafiə edib ümumi müsəlmanların məsləhətinə görə bu işi gördük. Nəticədə tarixdə onlara haqq qazandıracaqdılar.

Gələcək nəsil bu macəradan xəbərsiz qalıb onu təhlil edə bilməyəcəkdi. Amma Əlinin sükutu və Fatimənin onların qabağına çıxması onların bütün planlarını puç etdi.

Fatimənin (s.ə) bu hərəkəti gələcək nəsil üçün hadisəni təhqiq etməyə fürsət yaratdı. Söylədiyimiz cavabın haqq olduğuna dair tarixi dəlillər mövcuddur.

Əhli sünnətin bəzi alimləri deyirlər, bəli biz qəbul edirik ki, bəzi rəvayətlərdə bu hadisəyə işarə olunub. Rəvayətlərdə odunun gətirilməsinə və evdəkilərin evdən çıxmadıqları halda hədələnməsinə işarə olunub. Evin odlanmasına aşkar dəlalət edən rəvayət yoxdur?

Əvvəla: Birinci fəsildə göstərdiyimiz Məsudinin və Nəzzamın nəql etdikləri rəvayətlərdə Fatimənin (s.ə) odlanmasına açıq şəkildə işarə olunmuşdur. Burada məsələni qarışdırmaq üçün təzədən şübhə və sualı yaratmağa çıxış yolu yoxdur. Çünki əhli sünnətin bu mövzuya aid hətta bir rəvayəti belə bizim üçün kifayətdir.

İkinci: Sağlam ağla malik olan insan hər hansı bir məsələ ilə əlaqədar Quranda ona dair sübüt olsa onu təhqiq edəndə vicdanı və insafını hakim qərar verib sonra hökm etməlidir. İndi üzümüzü sizə tutub deyirik siz də bu məsələdə vicdanınızın səsinə hay verib insafla hökm edin: Bəzi rəvayətlərdə deyilir, Əbu Bəkr dedi: Əgər beyət etməkdə müxalifət etsələr onlarla vuruşun.

Bəzi rəvayətlərdə aşikar surətdə onların Fatiməni (s.ə) içindəkilərlə bir yerdə yandıracaqları ilə hədələdikləri göstərilir.

Bəzi rəvayətlərdə deyilir: Ömər evdəkilərin çıxmayacaqları halda evi yandıracağına and içdi. Bəzi rəvayətlərdə deyilir ki, onlar evdən çıxmaqdan imtina etdilər.

Bəzi rəvayətlərdə Ömərin əmri ilə qapının arxasında odlamaq üçün odun yığdıqlarına işarə olunur. Bəzi rəvayətlərdə deyilir ki, Ömər evi odlamaq üçün ora gələnlərin üstünə çığırıdı.

Fatimənin (s.ə) əsasən şeyxlərin onun dəfnində iştirakına razı olmayıb gecə vaxtı dəfn edilməsi və indiyə qədər qəbrinin məxfi qalmasını əhli sünnətin mütəvatir hədislərinə əsasən nəql etdik.

Onların törətdikləri cinayətlər haqqında bu qədər sübut və dəlil olduğu halda necə ola bilər ki, insan yəqinə çatmasın. Deməli kimlərsə ya nadanlıqdan və ya inadcıllıqdan bu inkarda maraqlıdır. Bəli biz bunu qəbul edirik ki, ev içindəkiləri ilə bir yerdə yandırılmadı, amma onlar evi yandırmaq istəyirdilər. Çünki bacarmadılar. Yalnız evin qapısını yandırdılar.

Üçüncü: Tarix boyu ravilər gözləri ilə gördükləri hadisələri nəql ediblər. Məxsusən izdihamla baş vermiş hadisələri. Hər bir ravi hadisəni nəql edəndə mümkündür onun bəzi epizodunu nəql etsin. Hadisənin bir hissəsini nəql etmək digər bir qismətinin rəddinə dəlalət etmir. Fatimənin (s.ə) hucum edilib yandırılması, bətnindəki uşağın siqt olunması, Əlinin zorla məscidə aparılması kimi nəql olunan rəvayətlər buna misaldır.

Dördüncü: Əgər baş verilmiş faciə eyni ilə nəql olunsaydı o zaman onu törədənlərə böyük bir ar olacaqdı. Hadisəni törədənlər və baş vermiş hadisəni təhrif etməyə çalışanlar daha böyük zillətə məruz qaldılar. çünki bəziləri yalnız evin odla yandırılması ilə hədələndiyinə işarə ediblər.

Bəziləri odunun gətirildiyini təsdiq edib, amma yandırılmasını inkar edib. Elə bu qədər etiraf etmələri onların nə qədər dəhşətli bir əmələ əl atdıqlarından xəbər verir. Bu işi görənlər heç vaxt Peyğəmbərin əhli beyti olan evi yandırmaqdan çəkinməzlər.

Ev nə ev! Bu ev Allah-taalanın ehtiramını vacib edib ali məqama layiq etdiyi evlər zümrəsindədir. “Allah-taala onun ucaldılmasına izn verib. (Bununla da şeytanların və nəfslərinə tabe olanların fitnələrindən amanda qalsınlar) Elə evlərdir ki, orada Allahın adı səhər axşam zikr olunur, Onun şəninə təqdislər deyilir”. (Nur ayə 36)

Evin sakinləri kim idi? Onlar Rəsulullahın Əhli-beyti, behişt cavanları idi. Əllamə Cəfər Sübhaninin ayənin təfsirində söylədiyi haqq sözünə diqqət edin: Evin şərafəti onun sakinlərinin əzəmətilə ölçülür. Nə qədər ki, evin əhli gecə və gündüz Allahın zikri ilə məşğuldurlar bu şərafət və əzəmət günbəgün aliləşir.

Kim Peyğəmbər (s) Əhli-beytinin (ə) inkar etməyə cürət edər? Bəli imanı olmayalar bu evə qarşı hücum çəkib Rəsulullahın (s) xəyanət edər. Allah-taala Quranida bizə xəbərdarlıq edir:- “Ey iman gətirənlər! Peyğəmbər sizə evinə icazə verməmiş daxil olmayın.” (Əhzab. ayə 53)

Bəs onda Fatimənin (s.ə) hücum edənlər kimin icazəsi ilə bu faciəni törədib onları odla hədələdilər? Onlar bilirdilər ki, evin içindəkilər kimlərdir və onlar zikr əhlidirlər.

Onların behişt əhli olduqlarını bildikləri halda nə haqla icazəsiz evə daxil olub sakinləri zorla çölə çıxartdılar? Onlar qəzəbi Allahın qəzəbi və razılığı Allahın razılığı olan şəxsi qorxutduqlarına görə məhkum deyillərmi?

Atasının əzasında sinəsi dağlanmış insanın musibətinə məhəl qoymadan ona bir daha əzab vermək necə də dəhşətdir!

Deyirlər: Fatimə Əbu Bəkri və öməri bağışladı. Allah bağışlayan və mehribandır. Əgər onlar günah ediblərsə xırda bir günah olub və onlardan üz döndərməyə səbəb olmamalıdır. (şərhu nəhcil bəlağə ıbn Əbil Hədid)

Burada belə bir sual yaranır ki, bunu deyən hardan bilir ki, Fatimə onları bağışlayıb? Həzrət (s.ə) onları necə bağışlayıb ki, əhli sünnətin alimləri özləri iddia edirlər ki, Fatimə dünyadan gedəndə onlara qarşı qəzəbli idi.

Necə iddia edirlər ki, Allah və Rəsulu (s) onları bağışlayıb? Bunu sübut etmək lazımdır. Allahın və Rəsulullahın razı olmasının şərti Fatimənin razılığı olduğu haqda rəvayətləri oxuduq.

Dediyimiz kimi Fatimənin (s.ə) azar və əziyyəti eynən Allahın və Rəsulullahın azar və əziyyətidir. Quran ayəsi bü əziyyəti rəva görənlərin dünya və axirətdə əbədi lənətə layiq olub ən şiddətli əzabla cəzalanmasını təkid edir.

Əbədi lənətə və əzaba layiq olan əməl bağışlanıb kiçik sayıla bilərmi. Fatiməni incidib qəzəbə gətirəndən üz döndərmək lazımdır çünki bu Rəsulullahın (s) sünnətidir.

“Allaha və axirət gününə iman gətirən heç bir tayfanın Allahın və Onun Peyğəmbərinin düşmənləri ilə dostluq etdiyini görməzsən. hərçənd bu düşmənlər onların ataları, övladları, qardaşları və yaxın qohumları olsalar belə” (Mucadilə ayə 22)

Quranın hökmünə əsasən dostluq və düşmənçilik qarışdırılmamalıdır. Rəsulullahın və Fatimənin dostu onların dostları ilə dost düşmənləri ilə düşmən olmalıdır. Fatiməni incidib Onu və Rəsulullahı qəzəbləndirən, Fatimənin qüssəli və qəzəbli halda dünyadan getməsinə səbəb olanlar şübhəsiz Rəsulullahın və Fatimənin düşmənləridirlər. Rəsulullahın və Fatimənin düşməni ilə dost olmaq olmaz.

şübhələrin hər dəfə müxtəlif şəkillərdə meydana gətirilməsi tarixi həqiqətləri qəbul etməkdən boyun qaçırıb təhrif etmək üçündür. Bu təzə bir metod deyil, xəlifələrin zamanından davam edir.

Şeyx Nəsiruddin Tusi Seyyid Murtəzanın “Kitabuşşafi” əsərinə yazdığı “Təlxisuşşafi” kitabında 3/76 yazır: “ Əvvəllər hədis yazanlar Rəsulullahın qizına qarşı edilən hörmətsizlikləri nəql etməkdən imtina etmirdilər.

Onlar bu kimi həqiqətləri “Xəlifənin məmuru Fatiməni üstünə qapını çırpıdı ....... bətnində olan uşağı düşdü. Qunfuzun ömərin əmrilə Fatiməni qamçı ilə vurmağa başladı ki, Əlidən əl çəksin” rahat nəql edirdilər” Sonralar başa düşdülər ki, bütün bunlar xəlifənin məqamına uyğun gəlmir ona görə də daha onları nəql etməkdən imtina etdilər. ıbrahim ibn Səyyarın (Nəzzam ləqəbi ilə məşhurdur) “əl-Miləlu vənnihəl” kitabında 1/57 (Beyrut çapı) dedikləri buna sübutdur: “Beyət alan gün ömər Fatimənin evinə hücum edib qapını onun üstünə çırpdı. Fatimənin bətnindəki uşaq siqt oldu. ömər əmr etdi, evi içindəkiləri ilə bir yerdə odlasınlar. Bir halda ki, evdə Əli Fatimə Həsən və Hüseyndən başqa kimsə yox idi”.

Bütün bu söylədiklərimizdən başqa tarixdə şiə və digər firqələrin böyük alimləri (ısmailiyyə firqəsi kimi) tərəfindən nəql olunmuş etibarlı sənədlər mövcuddur. Onların hamısında Rəsulullahın əhli-beytinin faciəsi və evin odlanması təsdiq olunur.

ısmailiyyə məzhəbindən Qazi Nöman bu faciəni şerə çəkib yazır:- “Ömər ətrafındakılarla Fatimənin evinin qapısına yetişdilər. Fatimə onların əlindən narahat olmuşdu qapının arxasında durdu ki, onları evə soxulmaqdan dayandırsın. Amma onların sərkərdəsi (ömər) qapını sındırdı hücum çəkənlər evin içinə töküldülər. Fatimə fəryad etdi. Sonra onu elə vurdular ki, qarnındakı uçaq siqt oldu” Daha sonra Fatimənin gecə dəfn olunmasına işarə edib yazır:- “Allah ona salavat və rəhmət göndərirdi, amma O, ümmətdən narazı dünyadan getdi” (Urcuzətulmuxtarə səh. 188)

ıslamın əvvəl günlərindən şairlər Fatimənin məzlumiyyətini qələmə alıblar. Bu şairlərin bəziləri imamlarla həməsr olublar və bəziləri imamların əsrlərinə yaxın zamanda yaşayıblar. Tarixçilər şerin tarixi bir sənəd olduğuna etiraf edirlər və şerin məzmunu ravilərin nəql etdikləri hədislərdən daha təkidlidir.

Seyyid Himyəri (vəfat 173-cü hicri ili) imam Sadiq və imam Museye Kazim (ə)-la bir əsrdə yaşayıb. şerlərində həzrət Fatimənin necə incidilməsini aşikar qələmə alıb. (Siratul-mustəqim 3/13)

Əbdullah Əmmar Bərqi (vəfat 245-ci hicri ili) şerlərində belə yazır:-“Onun evində odundan qalanmış tonqalı şölələndirdilər və qapını odlanmış evin sakinlərinin üzünə bağladılar. Onları nasaza atəşinə tutdular, amma evdə qadınların pakizəsi Fatimə, siddiq Əli, Peyğəmbərin nəvələri Həsən və Hüseyndən başqa kimsə yox idi”.

Əbu Əbdillah ibn Heysəm (vəfat 296-cı hicri ili) “Kitabul-munazirat”-da səh. 61 Mərakeşin Fatimiyyə hərəkatının rəhbəri Əbu Əbdillah ilə həzrət Fatimə (ə) haqqında bəhs etdiyi zaman çox gözəl ibarətlərlə məsələni bəyan edib. Həmin munazirədə Fatimənin irsinin qəsbi, bətnindəki uşağın siqti və hətta şəhadəti məsələsinə dəqiq şəkildə işarə olunub.

Mümkündür bəzi qardaşlarda belə bir sual yarana:- Niyə şübhə yaradanlar tarixi təhrif etməyə çalışırlar və həqiqəti nəql etməkdən boyun qaçırırlar? Sualın cavabını altı bəndlə xulasələndiririk:

1- Onların xəlifələrə hədsiz sevgisi və Rəsulullahın bütün səhabələrinə şiddətli dərəcədə məhəbbəti sözü gedən acınacaqlı tarixi hadisəni inkar etməyə vadar edir. Bir halda ki, Qurani-kərim və çoxlu sayda rəvayətlər bəzi səhabələrin munafiq olduğuna dəlalət edir.

2- Onlar bütün səhabələri adil bilirlər. Bir halda ki, səhabələrin arasında münafiq və xəyanətkarların olduğunu həm Quran və həm də Rəsulullah bizə çatdırıb. Əgər səhabələr hamısı adil olsaydı onda onlar arasında baş vermiş çəkişmələr bizə nəyi çatdırır. Bütün bunları əhli sünnətin səhih kitabları nəql edib.

3- Onlar deyirlər ki, Allah səhabələrin bütün günahlarını bağışlayıb. Elə isə Allahın bağışladığı günahları biz nəql etməməliyik.

4- Onlar səhabələrin etdikləri bütün cinayətlər haqqında sükut etməyi vacib bilirlər. Əhməd ibn Hənbəl deyir:- “Hər kəs Rəsulullahın səhabələrindən birinin haqqında pis fikirdədirdə olub onun Peyğəmbərə sədaqətinə və həqiqi iman gətirməyinə şübhə edirsə, bilin ki, o dindən çıxıbdır” (Fəxru tarix Dəməşq 2/75)

5- Əhli sünnət alimləri tərəfdarları arasıda nail olduqları məqam və mənsəbi əldən verməmək üçün həqiqəti nəql etməkdən qorxurlar. Məbada ümumi camaat həqiqətdən xəbərdar olandan sonra bu məqam və mənsəb əllərindən çıxacaq.

6- Onlar səhih elan etdikləri kitablarındakı hədislərin sənədlərini ortaya qoyub təsdiq etməkdən qorxurlar. Qorxurlar məbada camaat xəbərdar olandan sonra şiələrə qoşularlar.

Beşinci fəsl:- baş vermiş faciənin təhlili

Əvvəla biz heç də Fatimənin (s.ə) başına gəlmiş müsibətin və şəhid olmasına gətirib çıxarmış faciənin bütün xırdalıqları ilə əhli sünnətin kitablarında nəql edilməsinə ümüd etmirik. ümüd də etmirik ki, onların alimləri bu məsələyə etiraf etsinlər.

Qəlbində xəlifələrin məhəbbəti olan kəslərdən bu faciələri eşidəndə onları təsdiq etmələrini gözləyirsinizmi? Heç vaxt. çünki bir şeyi sevmək insanı kor və kar edir.

Səhih saydıqları kitablarda təvatora yetişmiş Qədir Xum kimi bir həqiqəti mənəvi təhriflə camaatı azdıranlardan nə gözləyirsiniz? İstəyirsiniz Peyğəmbərin (s) Əhli-beytinə (ə) qarşı yol verilmiş ləkəli faciəyə açıqca etiraf etsinlər? Qabaqkı fəsillərdə söylədiyimiz bəzi xəbərləri təhlil etməklə nəticə çıxarmağı oxucuların vicdanlarının öhdəsinə qoyuruq.




Oxşar xəbərlər
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031