Təkəbbürün 3 növü və 3 dərəcəsi
Mьəllif: admin1
Tarix: 2-12-2022, 11:05
Təkəbbürün 3 növü və 3 dərəcəsi
Təkəbbür – rəzil sifətlərdən olub, Quran və hədislərdə daima məzəmmət olunmuşdur.

Təkəbbürün növləri vardır. O cümlədən:

1. Allaha qarşı edilən təkəbbür.

2. İlahi Peyğəmbərlərə (ə) qarşı edilən təkəbbür.

3. İnsanlara qarşı edilən təkəbbür.

Təkəbbürün bu növləri içində ən pisi – Allaha qarşı edilən təkəbbürdür. Bu cür insan bütün başqalarını özündən aşağıda və həqir görür. Onun bu rəzil sifətini əməllərindən, sözlərindən də aydın görmək olur.

Təkəbbürün növlərinə ayrı-ayrılıqda baxaq.

Allaha qarşı edilən təkəbbür. Nəmrud və Fironun etdiyi təkəbbür kimi. Bu, təkəbbürün ən pis formasıdır. Ən böyük küfr hesab olunur. Bu təkəbbürün səbəbi isə cəhalət və nadanlıqdır.

“Rəbbiniz buyurdu: «Məni çağırın ki, Mən də duanızı qəbul edim. (Dua etməyi özünə sığışdırmamaq – ibadəti özünə sığışdırmamaq deməkdir və) əlbəttə, Mənə ibadət etməyi özünə sığışdırmayanlar tezliklə xar və xəcalətli şəkildə Cəhənnəmə daxil olacaqlar»”. (“Ğafir” 60).

İlahi Peyğəmbərlərə (ə) qarşı edilən təkəbbür. Əbu Cəhl və Əbu Süfyan kimilərinin təkəbbürü. Onlar o kəslər idilər ki, deyirdilər ki, məgər biz özümüz kimi bir insana itaət edə bilərikmi?

Allah Təala bu uğursuzlar haqqında buyurur: “Biz onların bəzilərini digər bəziləri ilə bu cür imtahan etdik ki, nəhayət (onların əyanları yoxsul möminlər barəsində) «Allahın bizim aramızda boyunlarına haqq qoyduğu şəxslər bunlardır?» desinlər. Məgər Allah şükür edənləri daha yaxşı tanımır?”. (“Ənam” 53).

İnsanlara qarşı edilən təkəbbür. Təkəbbürlü insan daima özünü başqalarında üstün və böyük hesab edər və başqaları onun gözündə həmişə həqir olar.

Bunlar təkəbbürün növləri idi. Təkəbbürün dərəcələri də vardır ki, onlarla tanış olaq:

1. Birinci dərəcə: Bu xəbis sifət insan qəlbində toxumlarını əkər və özünü başqalarından üstün hesab edər. Onu öz rəftar və dediklərində zahir edər. Bu, təkəbbürün ən pis dərəcəsidir. Çünki insanın qəlbinə yol tapmışdır. Orada məskunlaşmış və qol-budaq salmışdır.

2. İkinci dərəcə: Qəlbində təkəbbür vardır, ancaq onu dili ilə zahir etməz. Bu, dərəcə birinci dərəcədən bir budaq aşağıda yerləşir.

3. Üçüncü dərəcə: Qəlbində özünü böyük hesab edir. Ancaq nə rəftarında və nə də sözlərində bunu zahir etməz. Bu cür insan əslində təkəbbür ağacının köklərini kəsmiş olar. Allah ona bu rəzil sifətdən nicat verər.

Allah Təala bizləri bu rəzil sifətdən uzaq olanlardan qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930