Təhlükəli və gizli “Ücb bəlası” – İmam Sadiqdən (ə) dəyərli tövsiyə
Mьəllif: admin1
Tarix: 12-03-2018, 12:30
Təhlükəli və gizli “Ücb bəlası” – İmam Sadiqdən (ə) dəyərli tövsiyə
İslam əxlaqı kitablarında insan xislətlərini iki qismə bölürlər. Bunlar insana məxsus yaxşı sifətlər-fəzilət sifətlər. Bir də insana məxsus mənfi sifətlər-rəzilət sifətlərdir.

Fizilət sifətlər adından da məlum olduğu kimi müxtəlif insani sifətlərdir ki, bunlara doğruçuluq, əminlik, əhdə vəfa, mərdlik, şücaət və bu kimi sifətləri aid etmək olar. Rəzalət sifətlər isə bütün fəzilət sifətlərin ziddi olan sifətlərdir.

İnsan elə bir mürəkkəb varlıqdır ki, onun “daxilində” bütün bu sifətlərin hamısı mövcudur. Bunların hansını ram edib susturmaq, hansını diri tutmaq insanın öz öhdəsində olan bir işdir.

İnsan fəzilət sifətlərini rəzalət sifətləri üzərində tam “qalib” etmiş olarsa, bu zaman həmin insan bütünlüklə fəzilət sahibi hesab olunur. Yox əgər bunun əksi olarsa, Quranın da buyurduğu kimi rəzillərin rəzili olmuş olur:

Biz insanı ən gözəl biçimdə yaratdıq!
Sonra da onu qaytarıb rəzillərin rəzili edərik! (Tin-4,5)

Quran ayələrinə və İslam etiqadına əsasən insan ixtiyar sahibidir, bu kimi sifətlərə yiyələnmək onun səyinə və niyyətinə bağlıdır. Quran bu barədə buyurur:

“İnsan üçün etdiyi səy və təlaşdan başqa bir şeyi yoxdur (öz zəhmətinin bəhrəsin görər). Onun səy və təlaşı tezliklə görünəcəkdir (ölən kimi və qiyamətdə). (Nəcm- 39, 40)

Adəm övladına məxsus olan rəzil sifətlərdən, onu fəzilətdən məhrum edən sifətlərdən biri də “Ücb” rəzalətidir. Əxlaq alimləri bu sifəti məna edərkən qeyd ediblər ki, ücb, özünü bəyənmək, özünü uca tutmaq mənasındadır.

Yəni insanın özünü, öz rəyini, fikrini, düşüncəsini, təhlilini, dünya görüşünü, bir sözlə özünü bəyənmək mənasındadır. Kərəbbürlə ücbün fərqi budur ki, insan təkəbbür etdikdə özünü başqaları ilə müqayisə edir və özünü digərlərindən üstün bilir.

Ücbdə isə təkəbbürün ilkin mərhələsi olaraq insan burada hələki yalnız özünü düşünür və özünü bəyənir.

Ücb təkəbbürdən daha gizli və təhlükəlidir. Çünki o gizli şəkildə gəlir. Bu səbəbdən İmam Sadiq (ə) ücbü təkəbbürün toxumu, rüşeymi adlandırıb.

Həmçinin İmam Sadiq (ə) buyurub:

“Ücbün dərəcələri vardır. Bunlardan biri süsləmək, bəzəməkdir. İnsan öz bəd əməlini bəzəyir. Onu gözəl bilir. O, ücb nəticəsində belə hesab edir ki, yaxşı əməl edib.
Həmçinin ücbün bir dərəcəsi də budur ki, iman gətirən bəndə öz pərvərdigarına minnət qoyur. Bunun halı budur ki, o insan, Allah üçün olan imanı ilə minnət edir.” (Ayətullah Xomeyni-40 hədisin şərhi)

Bütün bunlardan aydın olur ki, ücb özünü bəyənmək, düşüncəsini bəzəmək, təkəbbür isə özünü başqalarından üstün bilməkdir. Həmçinin ücb çox gizli və təhlükəli bir rəzil xislətlərdəndir.



(İslaminSesi)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031