Təkəbbür edən özünü İlahi cəzadan amanda hiss edəndir – İmam Hadinin (ə) nəzərində təkəbbürün zəlaləti
Mьəllif: admin1
Tarix: 18-09-2016, 21:29
Təkəbbür edən özünü İlahi cəzadan amanda hiss edəndir – İmam Hadinin (ə) nəzərində təkəbbürün zəlaləti
Məsum İmamlarımız (ə) bütün həyatları boyu insanları gözəl əxlaqa dəvət etmiş və çirkin əməllərdən çəkindirmişdilər. İmam Hadinin (ə) nəzərinə görə, əgər bəndə təkəbbürdən uzaq olarsa öz çirkin və rəzil sifətlərini aradan apara biləcəkdir. Belə ki, İmam (ə) buyurur: “Hər kim özünü Allahın məkrindən amanda hiss edər – təkəbbür edər, o zamana qədər ki, Allahın qəza və təqdiri ilə üzləşər. Ancaq o kəs ki, aydın dəlillərlə Allahına çatmışdır – dünya müsibətləri onun üçün ağır olmaz. Baxmayaraq ki, tikə-tikə olsa və (bədəninin hissələri) dağılsa belə”.
Ona görə də insan gərək təkəbbürü kənara qoysun və təkamülə çatmaq üçün səy göstərsin. Bu yolda Allahın məkrindən qafil olmasın. O insan ki, Allahdan və məaddan qafil olar – fəsada düşər və Allahı unutduğuna görə özünü unudar. Dünyada olan hədəfini itirər.
Əksinə, əgər insan özünü İlahi nur əhatəsində hiss edərsə və haqq mehindən bəhrələnərsə dünya çətinliklərinə heç bir zaman məğlub olmaz. Çünki söykəndiyi dayaq – möhkəm dayaqdır.
Ona görə də insanın rəzil sifətlərə bürünməsinin əsil səbəbi – Allahdan qafil olması və özünü unutmasıdır. İmam təkəbbürün pis nəticələrinə işarə edərək buyurur: “Hər kim özündən razı olarsa, ona qəzəb edənlər çox olar”.
Təkəbbür sifəti insanı həm başqalarının qəzəbinə düçar edər, həm də Allahın. Quran bu haqda buyurur: “Şübhəsiz, Allah onların gizlətdiklərini də, aşkar etdiklərini də bilir və həqiqətən O, təkəbbürlüləri sevmir”. (“Nəhl” 23).
Bir gün Süleyman (ə) peyğəmbər əmr edir ki, bütün cinlər və quşlar, inslər onunla bir yerdə bayıra çıxsınlar. 200 000 Bəni-Adəm, 200 000 cin onunla birlikdə olur. Uçan miniyi o qədər yuxarı qalxır ki, səmada mələklərin təsbih səsini eşidir. Sonra o qədər enir ki, dənizə dəyir. Bu halda səma səsi Süleymanın (ə) səhabələrinə xitab edir: “Əgər sizin rəhbərinizin (Süleymanın (ə)) qəlbində zərrə qədər təkəbbür olsaydı, yuxarı qaldırılandan çox onu yerə batırardılar”.
İmam Hadi (ə) buyurur: “Xüdbinlik və qürur insanı təhsil almaqdan saxlayar, həqarət və nadanlığa tərəf çəkər”. (Erfan)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930