Əxlaqın haraya – mənzilin də oraya
Mьəllif: admin1
Tarix: 21-11-2022, 10:14
Əxlaqın haraya – mənzilin də oraya
Əxlaq elmi – o elmdir ki, yaxşı və pis nəfsani sifətləri, onlara münasib olan rəftarları bizə tanıdır. İnsana pis əməl və rəftarlardan uzaq olmağı və saleh əməllər tərəfə cəlb olmağı göstəriş verir.

Ona görə də əxlaq məktəbinin kimin ardıcılı olması istər-istəməz rəftar və əməllərə təsir qoyur və onu dəyişdirir.

Bizim malik olduğumuz elmi Allah bizə əta etmişdir. Həmçinin əgər əxlaq elmi Allahın ardıcılı olarsa, Onun buyurduqlarına əsasən əməl olunar və onun bəyəndiyi rəftarları büruzə verər.

Ancaq o əxlaq ki, Allahdan qeyrisinin ardıcılı olar, hansı rəftarın bəyənilən və hansının bəyənilməyən olmasını bilməz. Özü nə təyin edərsə, bu elmin ardıcılları da ona əməl edərlər. Bu insanların əsas hədəfi qüdrətə çatmaq olar. Ona görə var gücləri ilə bu hədəfə doğru hərəkət edərlər.

Bu cür əxlaq məktəblərində çox sayda naqisliklər olar ki, əməldə özünü göstərər. Səbəbi isə Allahdan uzaq olmaqlarına görədir. Bizləri Allah xəlq etmişdir və ona görə də bizim üçün nəyin lazımlı olduğunu və nəyin ziyan olduğunu hamıdan yaxşı bilir.

Bilir ki, insan qüdrətə çatmaq üçün xəlq olmamışdır. Əslində insanın xilqətindəki əsil hədəf – ubudiyyət olmuşdur. İnsan bu hədəfə doğru getməli və əxlaqı da ona uyğun olmalıdır.

Bəziləri deyir ki, bizim əxlaqlı olmağımız üçün Allaha ehtiyacımız yoxdur. Bu yolda Allah olmadan belə addımlamaq olar. Ancaq bu əqidə çox yanlış əqidədir. Çünki bu cür insanların aqibətini görəndə başa düşmək olur ki, necə də səhv yola qədəm basıblar.

Kamala deyil, süquta doğru hərəkət ediblər. Bu yolda çoxlu ziyanlar görmüş və Allahın qəzəbinə düçar olmuşdular. Ona görə də hər kim qüdrət əldə etmək, ləzzət əldə etmək, fayda əldə etmək istəyən məktəblərin ardıcılı olarsa, o zaman əxlaqı naqisliklərlə dolu olar.

Bu insan üçün dünyada yaşamaq çətin olar. Çünki bu naqisliklər onu yanlış yollara təşviq edər və nəticədə isə nə insanlar onun əxlaqını bəyənər, nə də Allah.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031