Həyatda müvəffəq olmaq üçün lazım olan amillər
Mьəllif: admin1
Tarix: 24-09-2021, 21:33
Həyatda müvəffəq olmaq üçün lazım olan amillər
İnsanın həyatda müvəffəq olması bir neçə amildən asılıdır. Bu amilləri tanıyaq:

1. Hədəfi təyin etmək. Hədəf gərək dəqiq, aydın olsun. Hədəf – bizim intizarında olduğumuz ən yaxşı nəticədir. Hədəfi tanımaq və onu təyin etmək – müvəffəqiyyətə çatmağın ilk addımıdır.

2. Ali hədəflərə ümidvar olmaq. İnsanların əksər hissəsi ali mənəvi məqamlara və elmdə, maarifdə tərəqqi etməyə can atırlar. Bu yolla başqa dahi insanlar kimi özünün və başqalarının taleyinə təsir göstərə bilsinlər.

İnsanları mənəviyyata dəvət edib, onlara yol göstərsinlər. Ancaq bu dahi insanların müvəffəqiyyətə çatmaq sirrini bilmədiklərinə görə, bu böyük arzulara çatmaqdan ümidsiz olarlar. Onu xam xəyal hesab edərlər.

3. Proqram qurmaq. Yəni, hədəfə çatmaq üçün bəzi fəaliyyətləri təyin etmək. Bir qonaqlıq verən zaman süfrəyə nələri qoyacağımızı planlaşdırdığımız kimi, həyatımızda da hədəfimizə çatmaq üçün proqram və planlarımız olmalıdır.

4. İşlərin nəzmli olması. Nəzmli olmaq nəinki dahi insanların müvəffəqiyyət sirridir, bəlkə varlıq aləminin uca sarayı nəzm və intizamın üstündə qurulmuşdur. İnsan əgər proqramlaşdırdığı işlərini nəzmlə yerinə yetirsə, o zaman müvəffəq olar.

5. Çətinliklərə dözmək. Hədəfə çatmaq yolunda insanın önünə çox sayda çətinliklər çıxar ki, insan gərək bu çətinliklərə səbir etsin və dözsün. Ancaq o zaman müvvəffəq ola bilər. İmam Həsən (ə) xütbələrinin birində buyurur: “Ey insanlar! O şeyi ki, sevirsiniz ona çata bilməzsiniz, məgər o halda ki, kərahətiniz olan şeyə səbir edəsiniz”.

6. Təmrin. İstedadları çiçəkləndirmək üçün təlimə və təhsilə ehtiyac vardır. Bu səhv fikir ki, bəzilərinin sadəcə bəxti vardır və heç bir səy göstərmədən müvəffəqiyyətə çatırlar – qəbul olunası deyildir.

7. Əməldə ixlasa malik olmaq. İxlas – elə bir eksirdir ki, insanın əməlinə təsir qoyar. Ixlas – rəftarın və əməlin pak olması deməkdir, insan bu əməldə riyadan və özünü nümayiş etdirməkdən uzaq olar. Allah Təala bu sifətə malik olan insanları mədh edir.“Həqiqətən o, Bizim seçilmiş bəndələrimizdən idi”. (“Yusif” 24).

8. Əhli-Beytə (ə) təvəssül etmək. Əhli-Beytə (ə) təvəssül etmək – insanı Allah dərgahında abırlı edər və Ona yaxınlaşmağına səbəb olar. Dahi insanlar hətta elmi məchulları tapmaq üçün belə, Əhli-Beytə (ə) təvəssül edir, onlardan yardım istəyirlər.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031