İnsanın kamala doğru hərəkətində əxlaq ustadlarının rolu
Mьəllif: admin1
Tarix: 7-11-2022, 10:28
İnsanın kamala doğru hərəkətində əxlaq ustadlarının rolu
İnsanın kamala doğru hərəkətində əxlaq ustadlarının rolu nədən ibarətdir?

Sözsüz ki, insanın təkamülündə əxlaq ustadları və tərbiyəçilərinin mühüm rolu vardır.

Ustad, ya bələdçi külliyyatı tanımaqdan əlavə, yaxşı psixoloq da olmalıdır ki, müxtəlif insanların xüsusiyyətlərini dərk edə bilsin. Çünki bəzi əməllər bəziləri üçün yaxşı, bir başqaları üçün isə pisdir. Məsələn, bütün dərmanlar bütün şəxslər üçün yaxşı deyil.

Biri üçün şəfa olan dərman, digər birisi üçün zəhərdir. Tibb təhqiqatçıları bir neçə il bundan əvvəl bildirmişdilər ki, 2500 növ baş ağrısı kəşf edilmişdir.

Bəlkə də bu rəqəm indi 5000-ə çatmışdır. Bu yalnız bizim cismimizin bir hissəsinə aiddir. Amma ruh çox heyrətli sirlərə malikdir.

Xülasə, ustad və bələdçi insanın ruhi xüsusiyyətlərini bilməlidir ki, sizə hansı əməlin yaxşı olduğunu, sizin onu necə yerinə yetirməli olduğunuzu və başqasının onu necə yerinə yetirməli olduğunu deyə bilsin.

Əgər belə bir ustad tapılsa və bütün anlarda insanın bələdçisi olsa, böyük bir nemətdir. Təəssüflər olsun ki, belə ustad insana çox az nəsib olur.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930