Kişinin ailədə üstünlüyü nə məna daşıyır?
Müəllif: Admin
Tarix: 9-11-2019, 15:07
Kişinin ailədə üstünlüyü nə məna daşıyır?
Qadın ilə kişinin cismi tutumları ona görə fərqlidir ki, hər biri boynuna düşən məsuliyyətləri yerinə yetirə bilsinlər. Bu yolla bir-birini tamamlayar və kamala doğru hərəkət edərlər.

Kişinin bədəni elə xəlq olmuşdur ki, daha ağır bədən işlərini görə bilsin. Bu, onların qadınlardan üstün olması mənasını vermir.

Çünki hər ikisinin nəfsi vardır və hər ikisinin ruhu vardır. Həm nəfsləri və həm də ruhları eynidir. Hansının üstün olması – məsuliyyətlərini düzgün yerinə yetirməkləri zamanı üzə çıxar. Uca Allah, ailənin başçısını kişiləri qərar vermiş və ən ağır məsuliyyətləri də onların boynuna qoymuşdur.

“Allah bəzilərini (kişiləri düşüncə, ruh və cismani qüvvə baxımından) digər bəzilərindən (qadınlardan) üstün etdiyi üçün kişilər qadınların ixtiyar sahibidir (və buna görə də cəmiyyətin işlərinin peyğəmbərlik və imamət məqamı ilə, eləcə də məsum tərəfindən təyinatla idarə olunmasını kişilərə məxsus etmişdir).

Həmçinin kişilər mallarından (arvadlarına) xərclədikləri üçün öz arvadlarının ixtiyar sahibidirlər.

Buna görə də ləyaqətli qadınlar itaətkardırlar və Allahın (onların hüquqlarını) qoruması müqabilində onlar da (ərləri yanlarında olmayanda onların hüquqlarını, sirlərini, mallarını) qoruyurlar.

(Müştərək həyatla bağlı məsələlərdə) itaətsizliklərindən qorxduğunuz qadınlara (əvvəlcə) nəsihət edin və (sonra) yataqda onlardan uzaqlaşın və (əgər yenə xeyri olmasa, şəriət qanunu çərçivəsində) onları vurun.

Beləliklə əgər sizə itaət etsələr, daha (bundan sonra) onlara (əziyyət etmək üçün) bir yol axtarmayın. Həqiqətən Allah, məqamı uca və böyükdür”. (“Nisa” 34).

Kişi ailəsinin xərclərini ödəməyə, ailəsini himayə etmək və kamala çatmaq yolunda onları yönləndirməyə vəzifələndirilmişdir. Ruzi qazanmaq ağır bir iş olduğu üçün Allah onu məhz kişilərin boynuna qoymuşdur.

Çünki qadın cismi cəhətdən zərif olduğu üçün ağır işləri görməkdən acizdir. Onun əsil məsuliyyəti – yaxşı həyat yoldaşı olmaq, övlad dünyaya gətirib onu yaxşı tərbiyə etməkdir.

Ailənin rəhbəri ona görə kişilərdir ki, onların təfəkkür qüvvəsi qadınlardan daha çoxdur. Qadınlar adətən hissləri ilə qərar verərlər, ancaq kişilər məntiq və təhlil ilə.

Kişilərin ailə başçısı olması o mənanı vermir ki, qadınla hər nə istəsələr edə bilərlər. Onun əsil vəzifəsi – ailədə hüzur yaradıb, həyat yoldaşına ehtiram göstərməkdir.

Ailənin başçısı olduğu üçün, kişi hər cür rəzil sifətdən xüsusən uzaq olmalı və belə sifətləri ailəsində nümayiş etdirməməlidir. Hədəfə zidd olan hər bir rəftarına görə ağır cəza alacaqdır.

Ailə, Uca Allahın nəzərində o qədər müqəddəs bir ocaqdır ki, boşanmanı ən böyük bəla hesab edir və buyurur ki, ərşi titrədən əməllərdən biri də təlaqdır.

Ona görə də müsəlman kişi çalışmalıdır ki, ailəsində həmişə hüzur olsun və ailə üzvləri xoşbəxt olsunlar. Əgər bunun əksini edərsə, hesabı çox ağır olar.

Çünki qadın – kişinin yanında qoyulan İlahi əmanətdir. Bu əmanətə xəyanət edənlər əslində Allahın əmanətinə xəyanət etmiş olarlar.

Bu səbəbdən deyə bilərik ki, kişinin qadına nisbətən vəzifəsi daha ağır və məsuliyyəti daha çoxdur.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930