Qadınla kişinin statusu eynidirmi? – Bir ayənin izahı
Mьəllif: admin1
Tarix: 9-03-2021, 23:29
Qadınla kişinin statusu eynidirmi? – Bir ayənin izahı
Qurani-Kərim buyurur: “Kişi və ya qadınlardan mömin olaraq yaxşı işlərdən (bir şey) yerinə yetirən kəslər, Cənnətə daxil olacaqlar və onlar hətta xurma çərdəyinin arxasındakı nöqtə qədər zülmə məruz qalmayacaq və haqlarından kəsilməyəcəkdir”. (“Nisa” 124).

Bəziləri bu ayəyə istinad edərək, qadınla kişinin birmənalı olaraq bərabər statusa malik olduqlarını iddia edirlər. Bəs bu ayə əslində nə demək istəmişdir?

1. Bərabərlik deyildikdə, insanlıq mahiyyəti nəzərdə tutulmuşdur.

2. Haqqı batildən ayırmaq, imanı və ya küfrü seçməkdəki bərabərlik mövcuddur.

3. Məsuliyyət və vəzifələrinin müştərək olması.

4. İctimai, siyasi, etiqadi, haqq istiqlalının müştərək olması.

5. İqtisadi istiqlal.

6. Anaların da atalar kimi ailədə haqqa malik olması.

7. İnsanlıq təkamülündə və İlahi qürbdə bərabər olmaq.

Bu deyilənlərlə bağlı bəzi ayələrə nəzər salaq:

“Ey insanlar, Rəbbinizdən qorxun. O Allah(dan) ki, sizi bir candan (ilk möcüzəvi varlıq kimi torpaq və gildən yaratdığı adam, insan və bəşər adlı canlıdan) yaratdı, onun cinsindən (həmin cür möcüzəvi şəkildə) zövcəsini yaratdı (və onların arasında ər-arvadlıq nikahı bərqərar etdi) və o ikisindən (onların birinci nəslində ilkin şəriət qanunlarına müvafiq olaraq və ya naçarlıqdan bacı ilə qardaşın evlənməsi və ya qızlar üçün Cənnət oğlanları, oğlanlar üçün isə Cənnət qızları nazil etmək yolu ilə) çoxlu kişi və qadın (törədib) yaydı. Adı ilə bir-birinizdən bir şey istədiyiniz Allahdan və qohumlar(la əlaqəni kəsməkdən və bağlılıq tellərini qırmaq)dan qorxun. Həqiqətən, Allah daim sizə nəzarət edir”. (“Nisa” 1).

“Münafiq kişilərlə münafiq qadınların bəziləri bəzilərindəndirlər (etiqad və əməldə bir-birləri ilə bağlıdırlar). Pis işlər görməyi əmr edərlər, yaxşı işləri qadağan edərlər və öz əllərini (mallarını haqq yolunda xəcləməyə) bağlayarlar. Onlar Allahı unutdular, Allah da onları unutdu (bütün dəlil-sübutları göndərdikdən sonra onları öz başlarına buraxdı). Şübhəsiz münafiqlər həmin itaətsizlərdir. Allah münafiq kişilərə və qadınlara və kafirlərə əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. Onlara bu bəsdir. Və onlara Allah lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır”. (“Tövbə” 67-68).

Allah həm qadının və həm də kişinin Xaliqidir. Ona görə yaxşı bilir ki, qadınlar lətif və zəif varlıqlardır. Ancaq kişilər daha ağır və çətin işlər görmək qabiliyyətinə malikdirlər.

Ona görə də yaxşı olar ki, hər bir cinsin sahibi Allahın qərar verdiyi yerdə fəaliyyət göstərsin. Əgər anadırsa – gərək analıq vəzifəsini yerinə yetirsin. Əgər atadırsa – atalıq vəzifəsini.

Əgər bundan qeyrisi olarsa və qadın öz yerində, kişi öz yerində qərar tutmazsa, o zaman cəmiyyət adi vəziyyətindən xaric olar və vücudi həlakətə doğru gedər.

Əgər qadınla kişi eyni statusda olsaydı, o zaman dünyada çatışmazlıqlar və çətinliklər yaranardı.

Əslində kişinin liderlik, ailə başçısı və bu kimi statusları onun məsuliyyətinə işarədir, nəinki üstünlüklərinə. Bu, qətiyyən qadının statusunu aşağı salmır, əslində onu qayğı obyekti edərək, lazımsız yükdən azad edir. Bunu dərk etmək üçün, atasız ailələrdə böyüyən uşaqların çətinliklərinə, yaxud tənya qadınların problemlərinə diqqət etmək kifayətdir.

Qadın yaradılış və istedad baxımından eyni statusdadır, sadəcə, mübarək dinimizin buyuruşları əsasında, o, lazımsız yükdən azad olunaraq, şəxsi inkişaf üçün əlavə fürsətlər əldə edir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930