‘Ta-ha’ surəsini davamlı şəkildə oxuyan kəsi nə gözləyir?
Müəllif: Admin
Tarix: 2-11-2019, 16:12
‘Ta-ha’ surəsini davamlı şəkildə oxuyan kəsi nə gözləyir?
Qurani-Kərimin 20-ci surəsi və 16-cı cüzündə yer alan “Ta-ha” surəsi 135 ayədən ibarətdir və Məkkədə nazil olmuşdur.

Surənin ilk hissəsində Qurani-Kərimin əzəməti, Pərvərdigarın “camal” və “cəlal” sifətlərinə qısa şəkildə işarə olunur.

İkinci hissə həzrət Musanın (ə) sərgüzəştindən söz açan səksəndən çox ayəni ehtiva edir və uyğun surə o həzrətin macərasını ətraflı şəkildə bəyan edən ilkin surədir.

Bu ayələrdə həzrət Musanın (ə) peyğəmbər seçilməsi, peyğəmbərlik dönəmindən başlayaraq zülmkar Fironu haqqa dəvət etməsi, sehrbazlarla mübarizəsi və onların iman gətirməsi, həzrət Musanın (ə) Misirdən çıxması, Firon və tərəfdarlarının dəryada qərq olması, nəhayət, həzrət Musa (ə) ilə möminlərin nicat tapması, eləcə də, Bəni-İsrailin buzovpərəstliyi haqda məlumat verilir.

Üçüncü hissə məad – ölümdən sonrakı həyat və qiyamətin bir sıra xüsusiyyətlərinə həsr olunur.

Dördüncü hissədə yenə Qurani-Kərim və onun əzəmətindən söz açılır.

Beşinci hissədə Adəmlə Həvvanın behişt macərası, Şeytanın vəsvəsələri və nəhayət, onların yer üzünə enişindən danışılır.
Sonda isə düşündürücü öyüd-nəsihətlər bəyan olunur.

1. Peyğəmbəri-Əkrəmdən (s) belə nəql olunur:
وَمَنْ قَرَأَ سُورَةَ طه، أَعْطَاهُ اللَّهُ ثَوَابَ الْمُهَاجِرِينَ والأنصار

“Allah-Taala “Ta-ha” surəsini oxuyan kəsə mühacir və ənsar zümrələrinin savabını əta edər.” (“Məcməul-bəyan”, 7-ci cild, səh.1; “Əl-mustədrək”, 4-cü cild, səh.344, hədis 4853.)

2. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə belə oxuyuruq:

لَا تَدَعُوا قِرَاءَةَ سُورَةِ طه فَإِنَّ اللَّهَ تَعَالَى يُحِبُّهَا وَ يُحِبُّ مَنْ قَرَأَهَا، وَ مَنْ أَدْمَنَ قِرَاءَتَهَا أَعْطَاهُ اللَّهُ يَوْمَ الْقِيَامَةِ كِتَابَهُ بِيَمِينِهِ، وَ لَمْ يُحَاسِبْهُ بِمَا عَمِلَ في الإسلام، وَ اُعطي في الآخرة مِنَ الْأَجْرِ حَتَّى يَرْضَى

“Ta-ha surəsini oxumağı tərk etməyin. Çünki Allah-Taala onu və onu oxuyanı sevir. Hər kəs onu davamlı şəkildə tilavət etsə, Allah-Taala qiyamət günü əməl dəftərini onun sağ əlinə verər, onun İslamda olan əməllərindən ağır hesab çəkməz və ona razı olanadək (Öz nemətlərini) əta edər.” (“Nurus-səqəleyn”, 3-cü cild, səh.367; “Təfsiri-nümunə”, 13-cü cild, səh.152.)

Maide.Az
Oxşar xəbərlər
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031