Ərbəin ziyarəti – vilayətin sütunudur
Mьəllif: admin1
Tarix: 10-10-2019, 14:08
Ərbəin ziyarəti – vilayətin sütunudur
Ərbəin ziyarətinin əhəmiyyəti onda deyildir ki, imanın nişanələrindəndir, vacib və müstəhəb namazlarla eyni sırada qərar tutur.

Namaz dinin sütunu olduğu kimi ,Ərbəin ziarəti də vilayətin sütunudur. Peyğəmbərin (s) dilindən desək, risalətin məğzidir.

İlahi kitabın məğzi – Allahın dinidir. Sütunları namazdır. İtrətin məğzi isə Ərbəin ziyarətidir. Allah dinin sütunu olan namaz barəsində buyurur ki, insan fitri olaraq Təkallahlıdır. Ancaq başına hadisələr gələn zaman Allahı xatırlayar. Xoş günlərdə isə unudar.

Ancaq namazqılan insanlar belə deyildir. Onlar üsyankar nəfslərini ram etməyi bacarıblar. Namaz insanı hərislikdən, hövsələsizlikdən və simiclikdən xilas edər.

Ərbəin ziyarəti də namaz kimi insanı bu sifətlərdən uzaq saxlayar. Seyyidi-şühadın (ə) hədəfi də məhz bu idi. İnsanları islah etmək və onlara təlim vermək idi.

Beləliklə deyə bilərik ki, Peyğəmbərin (s) risalətinin hədəfi – Kitabı və hikməti insanlara təlim vermək və nəfslərini islah etmək olmuşdur.

O, cahilləri alim etmiş, yolunu azanları hidayət etmişdir. Nəticədə elmi və əməli cəhaləti cəmiyyətdən ayıra bilmişdir.

Bu iki hədəf məhz Ərbəin ziyarətində qeyd olunmuşdur. Risaləti inkar edənlər və nübuvvətin düşmənləri dünyanın bər-bəzəyinə aldanan insanlar idi. Ərbəin ziyarətində bu insanlar dünyapərəst insanlar kimi tanıdılmışdır.

Ərbəin ziyarəti o ziyarətlərdəndir ki, həqiqi Əhli-Beyt (ə) davamçısı olmağın nişanələrindəndir. İmam Əsgərinin (ə) buyurduğuna əsasən, həqiqi möminin beş sifətlərindən biri də məhz Ərbəin ziyarətidir.

Bu ziyarət – vilayətin sütunudur və hər kim Allah yoluna qədəm basar, gərək bu sütunu möhkəm saxlasın və büdrəməyə qoymasın.

O zaman ki, Ərbəin günü gəlib çatar, Ərbəin ziyarətini oxu və iki rükət namaz qıl və sonra hacətlərini söylə ki, yerinə yetəcəkdir.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930