Ayətullahul-üzma Seyid Əli Xamenei: "Ərbəin yürüşü - Allahın lütf etdiyi çox böyük hadisədir
Mьəllif: admin1
Tarix: 7-11-2017, 20:42
Bцlmə: Xəbərlər
Ayətullahul-üzma Seyid Əli Xamenei: "Ərbəin yürüşü - Allahın lütf etdiyi çox böyük hadisədir
Ali dini lider Ayətullahul-üzma Seyyid Əli Xamenei Ərbəin ziyarəti üçün yola çıxanların daha da artmasını təqdir edərək, İmam Hüseynin (ə) ziyarəti üçün Kərbəlaya doğru Ərbəin yürüşünü Allahın lütf etdiyi böyük hadisə adlandırıb.

Deyerler.org-un Tasnim-ə istinadən verdiyi xəbərə görə, Ayətullah Xamenei Tehranda tələbələrlə keçirdiyi görüşdə İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü - Ərbəin ziyarətinə ildən-ilə böyük coşqu ilə qatılımı yüksək dəyərləndirib.

"Allaha şükürlər olsun ki, İrandan, İraqdan, dünyanın müxtəlif ölkələrindən milyonlar bu yolu gedirlər. Ərbəin ziyarəti - Əhli-beyt (ə) aşiqlərinin öz İmamlarına (ə) olan məhəbbətinin əzəmətli simvoludur", - deyə ali dini lider bildirib.

Ayətullah Xamenei Ərbəin yürüşünü Allahın lütf etdiyi çox əlamətdar hadisə kimi dəyərləndirib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930