Ərbəin ziyarəti və Aşura – vilayətin xeyməsidir
Mьəllif: admin1
Tarix: 27-09-2021, 11:15
Ərbəin ziyarəti və Aşura – vilayətin xeyməsidir
Seyyidüş-şühədanın (ə) şəhadət nurundan 40 gün keçməklə, Ərbəin gəlir. İndi tarix, Aşuranın qanına boyanan gecə və gündüzə əsasən hərəkət edir. Bəşər həyatı bu faciənin böyüklük və əzəməti qarşısında baş əyir.

İmam Hüseynin (ə) o günü Kərbəlada əkdiyi Aşura ağacı Ərbəin günündə qol-budaq verib böyümüş və meyvəsini müsəlmanlara təqdim etmişdir.

Ərbəin ziyarətinin Əhli-Beytin (ə) yanında xüsusi məqam və əhəmiyyəti vardır. Belə demək olar ki, əgər namaz dinimizin sütunudursa, Ərbəin ziyarəti və Aşura – vilayətin xeyməsidir.

Ona görə də o şeylər ki, namazın fəziləti haqqında bəyan edilir, Ərbəin ziyarətinə də aid edilir. Hədislərimiz buyurur ki, Aşura hadisəsindən sonra səma 40 gün İmam Hüseyn (ə) üçün ağlamışdır. Ona görə də Ərbəin həm də səma əhlinin ziyarət günüdür.

Ərbəin yürüşü nəinki müsəlmanların, o cümlədən başqa dində olan Hüseyn (ə) sevənlərin də yürüşüdür. Bu beynəlxalq yürüş Hüseyn (ə) sevənləri birləşdirir və dinləri bir-birinə yaxın edir. Bu yürüş bir daha göstərir ki, Aşura hadisəsi unudulmamışdır və qəlblərdə qalmaqdadır.

Zalımlar hər nə qədər onun nurunu söndürməyə çalışsalar da, buna müvəffəq olmayıblar. Bu nur nəinki sönməmiş, əslində daha da artmış və güclənmişdir. Bu yolla öz ardınca nəinki müsəlmanları, eləcə də başqa dinlərin davamçılarını da aparmaqdadır. Bu da Aşura hərəkatının yetişdiyindən xəbər verir.

Salam olsun sənə, ey Əba Abdullah!

Salam olsun sənə, ey Seyyidüş-şühəda!

Səni sevənləri Qiyamət günü unutma, ya Hüseyn (ə)!




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930