Ali Məqamlı Rəhbər Ərbəin yürüşü ilə bağlı fikirlər səsləndirdi
Mьəllif: admin1
Tarix: 11-11-2017, 21:58
Bцlmə: Xəbərlər
Ali Məqamlı Rəhbər Ərbəin yürüşü ilə bağlı fikirlər səsləndirdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei fiqh mövzusunda xüsusi mühazirə kursunun bazar ertəsi səhər baş tutan növbəti toplantısında möhtəşəm və şövqverici bir hərəkat olan Ərbəin yürüşü ilə bağlı aşağıdakıları qeyd etdi: “Hazırda yürüş etməkdə olan, Ərbəin günü Həzrət Seyyidüş-şühədanın (ə) ziyarətinə yetişib, o həzrətə xitabən həmin günün dərin məzmunlu ziyarət duasını oxuyacaq şəxslərin xoş halına!”

Ali Məqamlı Rəhbər Ərbəin yürüşünü parlaq və diqqətəlayiq hadisələrdən biri, Əhli-Beyt (ə) ardıcıllarının varlığının son dərəcə gözəl və möhtəşəm təcəssümü adlandıraraq dedi: “Milyonlarla zəvvarın necə addımladığını biz buradan şövq və həsrətlə izləyirik və bu əzəmətli hərəkatı yaratmaqla bizə nəsib etdiyi nemətə görə Allah-taalaya şükür etməliyik”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930