Məcburiyyət, yoxsa...?
Mьəllif: admin1
Tarix: 7-10-2019, 21:02
Məcburiyyət, yoxsa...?
İslam dininin əsasını əqidə və iman təşkil etməsinə baxmayaraq, din sırf qəlbi bir mövzu deyildir, o cümlədən əqidə, inanclar, əxlaq, ibadət, ictimai əhkamlar toplusundan ibarətdir.

Din insanı dünya və axirət səadətinə hidayət edən bir qapıdır. Bu qapıdan girmək üçün isə əmələ ehtiyac vardır. Əməl olmadan insanı dindar hesab etmək olmaz.

Dinin bir hissəsi insanın dünyagörüşünə, maariflənməsinə xidmət edirsə, bir hissəsi əxlaqa və nəfsi islah etməyə xidmət edir. Bu iki addımla yanaşı, üçüncü addım da vardır ki, əməldir.

Əgər insanlar əmr-be-məruf və nəhy-əz-munkər edirsə, saleh əməllər yerinə yetirirsə, bir-birinə yardım edir və həmdərd olursa – deməli dinin haqq yolunda irəliləməkdədir.

Dinimiz insana hidayət qapısını göstərməklə yanaşı, bu qapıdan daxil olmaq üçün bəzi vəzifələr təyin etmişdir.

İslam dini xurafatı, cahilliyi aradan aparmaq istədiyi üçün, bu vəzifələrin yerinə yetirilməsi vacibdir. Əks halda bu yol insanı hidayət etməz, əksinə yolundan azdırar.

İslam dini – İlahi dindir və dinimiz kamil bir dindir və insanı səadətə hidayət etmək üçün nazil olmuşdur. Lakin dinimizin bəzi vacibatları vardır ki, hər bir müsəlman ona əməl etməlidir. Əks halda hidayət yolunda axsayacaqdır.

Ancaq bu, o demək deyildir ki, dinimiz insanları məcbur edən dindir. Xeyr, Allah hər kəsi ixtiyar sahibi olaraq xəlq etmişdir. Heç kəs insanı hansısa bir şeyə məcbur edə bilməz.

Lakin əgər insan dini qəbul edibdirsə, gərək onun qanun və qaydalarına əməl etsin ki, hidayət ola bilsin. Bu qanun və qaydaları bəziləri məcburiyyət hesab edir, həqiqi möminlər isə şərəfli bir vəzifə.

Hansı qrupa aid olduğunuzu isə özünüz müəyyən edin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031