Dindar olmağın düsturu
Mьəllif: admin1
Tarix: 4-11-2019, 20:13
Dindar olmağın düsturu
Dinə çox sayda tərif verilmişdir. Bu təriflərin sayı o qədər çoxdur ki, onları bir yerə toplamaq mümkün deyildir. Çünki din, insanın xilqəti ilə onunla bir yerdə olmuşdur.

Ən ibtidai halından ən kamil halına qədər dəyişmişdir. Ona görə də dinə tərif vermək çox çətindir. Hər bir halda deyə bilərik ki, din – aləmlərin və insanın Yaradıcısına etiqadın olması və bu əqidə ilə bağlı əməllər və göstərişlərdir.

Ona görə də o kəslər ki, dünyanın və ya insanın Allahdan qeyrisi tərəfindən və ya təsadüfü olaraq yarandığını düşünürsə, onu dinsiz adlandırırlar.

1. Hər bir dinin iki hissəsi olar: əqidəsi ki, dinin köklərini təşkil edər.

2. Əməli göstərişləri və əhkamı.

İslam alimləri ona görə dini üsuliddin və firuddinə bölüblər.

Bu deyilənləri nəzərə alaraq deyə bilərik ki, dindar insan o kəsdir ki, aşağıdakı 3 əsasa etiqadı olsun və ona əməl etsin:

1. Əqaid və maarif məsələlərində inanclı olar. Yəni, Allahın vahid olmasına iman gətirər, həmçinin Peyğəmbərə (s) və Qiyamət gününə.

2. Nəfsini islah etmək və gözəl əxlaq sifətlərinə bürünmək. Bu əməli onun fərdi, ictimai, dünya və axirət səadətinə birbaşa təsir göstərər.

3. İlahi əhkama əməl etmək. Xüsusilə də vacibatlara əməl etmək və haramlardan çəkinmək. Bütün bunlar İlahi qürbə çatmaq üçün zəruridir.

Ona görə də deyə bilərik ki, hər kim din aləminə qədəm basır və ixlasla Allaha iman gətirir və Onun əmrlərinə təslim olur – həqiqi dindar sayılır.


(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930