Niyə bəzən dindar ailələrdən dinsiz uşaqlar çıxar?
Mьəllif: admin1
Tarix: 29-12-2018, 11:08
Niyə bəzən dindar ailələrdən dinsiz uşaqlar çıxar?
Bəzən cəmiyyətdə müşahidə edirik ki, ailə dindardır, həm ana hicabına riayət edir və həm də kişinin zahirindən dindar olduğu görünür. Ancaq yanlarında olan uşaqları, dindar ailədə böyüyən uşaqlar adlandırmaq olmaz. Bəs bunun səbəbi nədir?

1. Məcburiyyət və həddən artıq təzyiq göstərmək. Bildiyimiz kimi, İslam dini mehribanlıq və etidal dinidir. Heç bir zaman ifrat və təfritə getmir. Əksinə, öz davamçılarına buyurur ki, ixtiyar sahibisiniz, özünüz gərək öz yolunuzu ixtiyarınızla seçəsiniz. Ancaq bəzi dindar ailələr bu həqiqəti yanlış dərk edib, ailədə məcburiyyət və təzyiqdən istifadə edirlər. Uşaqlarını məcburi şəkildə ibadət etməyə vadar edirlər. Bu rəftar isə öz əks reaksiyasını verir və nəticədə onların qəlbində iman deyil, kin toxumları əkilməyə başlayır.

Bu cür uşaqların öz iradələri və istəkləri ilə ibadət etməsi mümkünsüz hala gəlir. Quran buyurur ki, bu yolu Allah da həyata keçirə bilərdi, ancaq etməmişdir, deməli bunda bir hikmət vardır. “Əgər Allah istəsəydi, onların hamısını (məcbur surətdə, hətta iradə məcburiyyəti ilə olsa belə) hidayət yoluna toplayardı (lakin məcburi hidayətin təsiri yoxdur). Odur ki, əsla nadanlardan olma”. (“Ənam” 35).

2. Vacib olmayan əməlləri yerinə yetirməyə vadar edərlər. Bəzi valideynlər uşaqlarını nəinki vacibatları yerinə yetirməyə, hətta müstəhəb əməlləri də yerinə yetirməyə vadar edərlər. Bu əməllər əslində vacib deyildir. Onu istəklə yerinə yetirməsən, heç bir fayda görməzsən. Yəni, bu valideynlər öz vəzifələrində ifrat edərlər və nəticədə də övladlarını hər bir şeydən məhrum etmiş olarlar.

Hədislərimiz buyurur: “Ürəklərin halı olar: üz çevirən və arxa çevirən. Ona görə də ürəklərinizi o zaman işə salın ki, istəyir və işə üz çevirmişdir. Əgər ürək istəməyərəkdən işə vadar edilərsə, kor olar”. Əlbəttə ki, vacibatlar hər bir halda yerinə yetirilməlidir.

Bəs nə etməli?

1. Etidala əməl edib, mülayim olmaq. Quru, kobud rəftar yerinə övladlarınızla səmimi olmağa çalışın. Onlara dini məhəbbətlə başa salın və ona qarşı sevgi yaratmağa cəhd edin. Onlara Peyğəmbəri (s) və Əhli-Beyti (ə) misal çəkin. Onların həyatından danışın. Onların qəlbinə nüfuz etməyə çalışın.

2. Uşaqlarınıza kifayət qədər elm verin. Uşaqlarınızı din haqqında agahlandırın və onların bilməli olduqları elmi onlara öyrədin və bu işi sevgi və istəklə yerinə yetirin. Onların da istəməsi mühümdür.

3. Tələsməyin. Tərbiyə, tədrici bir prosesdir. Onda tələsmək olmaz. Valideyn gərək başa düşsün ki, övladı bir gündə dindar ola bilməz. Bu iş tədrici bir işdir və bu yolda səy göstərmək lazımdır, tələsmək olmaz. Çünki heç bir tələsik işin müsbət nəticəsi olmaz.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930