Çinli filosofun anasının seçimi
Mьəllif: admin1
Tarix: 22-08-2019, 21:26
Çinli filosofun anasının seçimi
Çinin məşhur filosofu Konfutsi öz müvəffəqiyyətinin rəmzini anasında görür. Bu qadın, övladının rifahı üçün heç bir şeyi əsirgəməmişdir.

Atası vəfat edəndən sonra, onlar qəbiristanlığa yaxın bir evdə sakin olurlar. Lakin anası müşahidə edir ki, oğlu kahinlərin əməllərini təqlid etməklə məşğuldur. Ona görə də həmin evi tərk edib, bazara yaxın bir evdə sakin olur.

Bu dəfə anası müşahidə edir ki, oğlu tacirlər kimi rəftar etməyə başlamışdır. Bu da ananı qane etmir. Ona görə də alimlərin sakin olduğu yerdə sakin olmağı qərarlaşır.

Bu ağıllı qadın müşahidə edir ki, oğlu filosof və alimlərlə oturub-durur. O gündən sonra elə həmin yerdə də sakin olmağa başlayır.

Və Konfutsi, Çinin ən məşhur filosofu olur.

O zaman ki, anası vəfat edir, oğlu çox pərişan olur və ən yaxın həmdəmini itirdiyini etiraf edir.

Məhz anasının məntiqli seçimi Konfutsinin gələcək inkişafının təməlini qoyur.



(Deyerler.org)
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031