Evlərimizi mələklərin sakin olduğu fəzaya necə çevirək?
Mьəllif: admin1
Tarix: 1-06-2020, 09:10
Evlərimizi mələklərin sakin olduğu fəzaya necə çevirək?

Bizim ailəmizdə və cəmiyyətdə olan bir çox problemlərimizin səbəbi – evlərimizin və dünyanın mələklərdən boş qalmasıdır. Bu mehriban varlıqlar yerlərini şeytanlara veriblər. Çünki, biz onların var olması üçün lazım olan fəzanı yaratmamışıq. Onlar da bizi tərk etməkdən savayı yol görməyiblər.

"(Bütpərəst müşriklər) «Rəhman olan Allah (mələklərdən) övlad götürmüşdür!» dedilər. Allah (ağılın, peyğəmbərlərin və səma kitablarının hökmünə əsasən övlad götürməkdən) pak (və uzaq)dır! Əksinə, onlar (mələklər) – möhtərəm bəndələrdir. (Onların həqiqətləri nur, yerləri uca məkan, işləri ibadət və danışıqları zikrdir).

Söhbətdə heç vaxt Allahdan qabağa keçməzlər (əksinə, söhbətlərinin mənşəyi Allahın əmri olar) və həmişə Onun (əzəli istəyinə müvafiq olan və elə iradələri də onun bir şüası olan istiqamətləndirici) əmri ilə iş görərlər. Allah onların keçmişlərindən (yaradılışlarının əvvəlindən etdikləri bütün əməllərdən) və gələcəklərindən (əbədiyyətə kimi edəcəklərindən) xəbərdardır.

Onlar Allahın (əqidəsini) bəyəndiyi kəsdən başqa heç kəs üçün şəfaət etməzlər və onlar (həmişə) Allah qorxusundan xofdadırlar. Onlardan (mələk, insan və cinlərdən) hər kim «mən (özüm) Ondan qeyri və Onun müqabilində bir tanrıyam» desə, onu cəhənnəmlə cəzalandırarıq. (Bəli,) Biz zalımları belə cəzalandırırıq”. ("Ənbiya” 26-29).

Bu ayələrdən və həmçinin hədislərdən belə nəticə çıxartmaq olar ki, mələklər ancaq mübarək məkanlarda olarlar. Ona görə də o yerdə ki, mənəviyyat yoxdur, oraya mələklər gəlib- getməzlər.

Həzrət Peyğəmbərə (s) sual verirlər: "Şeytan insanla yemək yeyəndə şərik ola bilərmi?”. Buyurur: "Bəli. O yemək ki, Allahın adı ona çəkilməz, şeytan həmin yeməkdə şərik olar. Allah bərəkəti həmin süfrədən aparar”.

Əmirəl-möminin (ə) buyurur: "O evdə ki, Quran oxunar, Allah Təala yada salınar, bərəkəti çox olar. Mələklər o evə gedib-gələrlər. Şeytanlar ondan uzaq olarlar. Səma əhli üçün elə parlayar ki, necə ki, ulduzlar yer əhli üçün parlayır”.

İmam Sadiq (ə) buyurur: "Mənim xoşuma gəlir ki, evdə Mushaf (Quran) olsun, çünki Allah Təala onun vasitəsilə şeytanları qovur”.

Həmçinin əziz atası haqqında buyururdu: "İmam Baqir (ə) sevirdi ki, evdə Mushaf asılmış olsun ki, onun vasitəsilə şeytandan amanda qalınsın. Həmçinin sevirdi ki, Quran qiraəti tərk olunmasın”.

Həzrət Peyğəmbər (s) buyurur: "O evə ki, qonaq daxil olmaz, mələklər də daxil olmazlar”.

Həzrət Peyğəmbər (s) buyurur: "Biz elə bir nəsilik ki, Allah onu pak qərar vermişdir. Biz nübuvvət ağacından xəlq olmuşuq. Biz risalət yeri, mələklərin gedib-gəldiyi məkan, rəhmət evi və elm və bilik mənbəyiyik”.

Yəni, hər nə qədər Əhli-beytlə (ə) yaxın olsaq, bir o qədər mələklər bizə yaxın olar. Bizi Əhli-beytə (ə) yaxınlaşdıra bilən dualardan biri də "Kəsa” hədisidir.


İmam Baqir (ə) buyurur: "Namazqılan namaza dayanan zaman onun üçün üç sifət olar: mələklər onun ayaqlarından tutmuş səmaya qədər əhatə edərlər.

Səmadan başının yuxarısına rəhmət və yaxşılıq yağar. Ona mələk hakim edilər və car çəkər: "Əgər namazqılan bilsəydi ki, Kiminlə münacat edir, yorulmazdı””.

Namazın qəzaya getməsi həyata çox mənfi təsir qoyar. Bir nəfər tacir ticarət etmək üçün səfərə çıxmağı qərara alır. İmam Sadiqin (ə) yanına gəlir və istixarə etməsini xahiş edir. İstixarəsi pis gəlir. Onu görməməzliyə vurub səfərə gedir.

Lakin çox sayda mənfəət əldə edir, bu istixarəyə görə təəccüb edir. Səfərdən qayıdandan sonra İmamın (ə) xidmətinə gəlir.

Deyir: "Yəbnə Rəsulallah! Yadınızdadırmı ki, mən bir müddət əvvəl sizin yanınıza gəlmişdim və mənim üçün istixarə etdiniz. İstixarəm ticarət səfəri üçün idi və mən bu səfərə getdim. Çox sayda mənfəət əldə etdim və mənim üçün xoş keçdi”.

İmam Sadiq (ə) təbəssüm edib buyurdu: "Səfərə gedəndə yadındadırmı ki, filan yerdə yorulmuşdun. Məğrib və işa namazlarını qıldın, şam yeyib, yatdın. O zaman ayıldın ki, günəş çıxmışdı. Sənin sübh namazın qəza oldu”.

Dedi: "Bəli”. Buyurdu: "Əgər Allah dünyanı və onda olanları sənə versəydi, bu xəsarətin əvəzini verə bilməzdi”.

Hədislərdə oxuyuruq: "Sübh namazı başqa namazların arasında bu imtiyaza malikdir ki, gecə və gündüz mələkləri onu müşahidə edərlər. Əgər sübh namazı vaxtında qılınarsa, elə bir vaxtda yerinə yetirilmiş olar ki, gecə mələkləri yerini gündüz mələklərinə verərlər.

Hər iki dəstə mələk bu namaza şahid olarlar. Ona görə də əvvəli vaxtda qılınan sübh namazı hər iki dəftərdə qeyd olunar”.

Həzrət Peyğəmbər (s) buyurur: "Sizlərdən hər kim evə daxil oldunuz, salam verin. Çünki salam ona bərəkət endirər. Mələklər ona yaxın olarlar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930