Səbir nümunəsi – Xanım Zeynəb (s.ə)
Mьəllif: admin1
Tarix: 27-01-2024, 10:34
Səbir nümunəsi – Xanım Zeynəb (s.ə)
İmam Əlinin (ə) evində gözəl bir qız dünyaya nurani gözlərini açır. Peyğəmbər (s) onu Zeynəb adlandırdı.

Bu gözəl simalı qız nəinki tək atasının zinəti, bəlkə həm də Peyğəmbərin (s) vəfatından sonra haqla batilin mübarizəsində aparıcı rol oynamış və fədakarlıq və şücaət nümayiş etdirmiş bir xanım idi.

İmam Əli (ə) ilə Həzrət Fatimənin (s.ə) qızı Həzrət Zeynəb (s.ə) 5-6 yaşlarında əziz anasını itirir. Ancaq bu qısa zamanda elə tərbiyə edilmişdi ki, anasından hədislər nəql edə bilirdi. Tarixçilərin bir çoxu Fədək xütbəsini bu xanımın dilindən nəql etmişdilər.

İmam Əlinin (ə)

tərəfdaşları içərisində Həzrət Zeynəblə (s.ə) ailə qurmaq istəyən bir çox insan var idi. Ancaq nə zaman İmam (ə) bu söhbəti açırdı, xanımın narazılığı ilə üzləşərdi.

O zamana qədər ki, İmam Əlinin (ə) qardaşı oğlu Abdullah ibni Cəfər ibni Əbi Talib elçi düşür.

İmam (ə) onun bu təklifini qəbul edir və mehriyyəsini də anası Həzrət Fatimənin (s.ə) mehriyyəsi qədər, yəni 480 dirhəm qərar verir. Həzrət Zeynəbin (s.ə) üç oğlu və bir qızı dünyaya gəlir.

Tarixin yazdığına görə xanım Mədinədə dünyaya gəlmiş və orada yaşamışdır. O zaman ki, atası Kufəyə köçür, xanım da orada sakin olur. Atasının şəhadətindən sonra isə yenə Mədinəyə qayıdır.

Mədinədə yaşadığı müddətdə daima qardaşı İmam Hüseynin (ə) sirdaşı və ən böyük mənəvi dayağı olmuşdur. O zamana qədər ki, qardaşı ilə bir yerdə Kərbəlaya gedir.

Qardaşının, Əhli-beyt (ə) ailəsinin və səhabələrin şəhadətini öz gözləri ilə görür. Qardaşının və övladlarının dağı, əsirlik və insanların tərəfindən alçaldılma xanımı qocaldır və tarixin ən böyük imtahanını verir.

Ancaq bu imtahandan səbir nümunəsi kimi başıuca və alnıaçıq çıxır. Onun mübarək dilindən tökülən hər bir kəlamı ətrafdakıları qəflət yuxusundan oyadır və zalımları xar və zəlil edir.

Tarixin yazdığına görə o zaman xanımın yaşı 50-dən çox idi. Ancaq xanımın neçə yaşında vəfat etməsi dəqiq məlum deyil. Həzrət Zeynəb (s.ə) əri Abdullah ibni Cəfər ilə bir yerdə Şama gedir.

Elə orada da vəfat edir. Dəməşq şəhərinin yaxınlığında Raviya adlı yerdə dəfn olunur. Xanımın qəbrinin Dəməşqdə olduğu ehtimal edilir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930