Elmin haqqı nədir? İnsanın elm qarşısında vəzifəsi nədir?
Mьəllif: admin1
Tarix: 14-08-2019, 18:53
Elmin haqqı nədir? İnsanın elm qarşısında vəzifəsi nədir?
Ürfdə adətən hüququ və haqqı ancaq insanlara aid edirlər.

Ancaq dinimizin üstünlüklərindən biri də budur ki, hər bir şey üçün, o cümlədən qalan canlılar üçün, hətta əşyalar üçün də hüquq təyin etmişdir.

Bu dünyada var olan hər şey – Allahın nişanəsidir. Uca Allahı öz dillərində təsbih və pərəstiş edirlər.

Elm də onlardan biridir ki, Allah onun üçün də hüquq təyin etmişdir.

Elm – nurani bir həqiqətdir. Ona görə də bizim üzərimizdə haqqı vardır. Əgər biz elmin buyurduqlarına əməl etsək, haqqını əda etmiş olarıq.

Əgər elmin haqqına riayət etməsək, Qiyamət günü sorğu-sual olunacağıq.

İmam Sadiq (ə) nəql edir ki, atası buyurmuşdur: “Bir nəfər Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: “Elmin haqqı nədir?”.

Həzrət (s) buyurur: “Elm qarşısında kamil sükut etməkdir”.

Soruşur: “Başqa hansı haqqı vardır?”.

Həzrət (s) buyurur: “Yaxşı qulaq asmaq”.

Soruşur: “Ondan sonra nədir?”.

Həzrət (s) buyurur: “Onu öyrənmək”.

Soruşur: “Başqa nədir?”.

Həzrət (s) buyurur: “Ona əməl etmək”.

Soruşur: “Başqa nədir?”.

Həzrət (s) buyurur: “Onu yaymaq””.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930