İnsanın cisminin onun üzərində nə kimi haqqı var?
Mьəllif: admin1
Tarix: 10-09-2018, 23:38
İnsanın cisminin onun üzərində nə kimi haqqı var?
İnsan cisminin də insan üzərində haqqı vardır. Əgər bu haqqa riayət olunmazsa, insan özünə zülm etmiş olar.

Həzrət Səccad (ə) “Hüquq risaləsi”ndə bu haqda buyurur: “Nəfsinin sənin üzərindəki haqqı odur ki, onu tamamilə Allah ibadəti üçün istifadə edəsən. Dilinə haqqını öyrədəsən, qulağına haqqını öyrədəsən və başqa üzvlərinə də”.

Sonra buyurur:

1. Dilin haqqı odur ki, onu söyüşdən saxlayasan. Yaxşı sözlər deməyə adət etdirəsən. Onu saxlayasan, məgər o zamana qədər ki, danışmağa ehtiyac olar. Danışmaq dünyanız və ya dininiz üçün faydalı olsun. Onu çox və faydasız danışmaqdan saxlayasınız. Dil – ağlın şahididir. İnsanın zivərə bəzənməsi ağılı və xoş dili ilə olar.

2. Qulağın haqqı odur ki, onu hər şeyi eşitməkdən pak saxlayasan, məgər xeyir xəbərlərdən başqa. Qulaq – qəlbin darvazasıdır. Hər bir yaxşı və pislik oradan qəlbə daxil olar.

3. İki ayağının haqqı odur ki, onunla rəva olmayan yerlərə getməyəsən.

4. Əlin haqqı odur ki, onu yersiz yerə qaldırmayasan ki, nəticədə axirətdə Allahın cəzasına düçar olasan.Dünyada isə insanların məzəmmətinə səbəb olasan.

5. Qarnının haqqı odur ki, onu haramla doldurmayasan. Halaldan isə müəyyən ölçüdə verəsən. Nə zaman ac və susuz oldu, ona hakim olasan. Çünki həddən artıq tox olmaq insana yorğunluq gətirər, onu yaxşı əməllərdən saxlayar”.

Allah Təala bizlərə bu haqları dərk edib, riayət etməyi nəsib etsin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930