Həzrət Nuhun (ə) möcüzəsi
Mьəllif: admin1
Tarix: 9-08-2019, 22:13
Həzrət Nuhun (ə) möcüzəsi
Bir gün Həzrət Nuh (ə) görür ki, kafirlərdən biri kiçik oğluna vəsiyyət edir ki, Həzrət Nuhun (ə) sözlərinə əhəmiyyət verməsin və ona bacardığı qədər əziyyət versin.

Bu uşaq da atasının qucağında olduğu üçün ona deyir: “Atacan, məni yerə qoy ki, daş götürüb ona tərəf atım”.

Həzrət Nuh (ə) belə münasibətdən, bu cür nifrətdən narahat olur və Allaha dua edir: “Və Nuh dedi: «Ey Rəbbim, Yer üzündə bir nəfər belə kafir qoyma!».

«Çünki, Sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir doğub-törədəcəklər».

«Ey Rəbbim, məni, ata-anamı və evimə imanla daxil olan hər kəsi, mömin kişiləri və möminə qadınları bağışla. Zalımların isə ancaq həlakətini artır»”. (“Nuh” 26-28).

Onun duası yerinə yetir və yağış yağmağa başlayır. Bu yağış 40 gün yağır və onun şiddətli halda yağması evləri viran edir və insanları avara hala salır.

Həzrət Nuh (ə) və davamçıları gəmiyə minirlər və bu əzabdan nicat tapırlar. Nuh (ə) gəmiyə minməzdən əvvəl bir qədər kiçik daşlar götürür və dua edir. Onlardan buğda cücərməyə başlayır. Elə ki, quruya çıxırlar, Nuh (ə) onları əkir və onlar məhsul verirlər.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930