Təndirdən su çıxdı
Mьəllif: admin1
Tarix: 11-04-2017, 15:09
Təndirdən su çıxdı
Bir gün səma qara buludlarla doldu. Hava çox qaraldı. Nuh (ə) göyə baxır, Allahın əmrini gözləyirdi. Bütpərəstlər öz zülm və fəsadlarını daha da artırır, camaatı öldürür, oğurluq edir, pis və çirkin işlər görürdülər. Fəsad günbəgün artırdı.
Bir gün o kiçik qız qaça-qaça həzrətin yanına gəlib, dedi:
-Təndirdən su çıxır.

Nuh (ə) təndirə tərəf tələsdi. Allah öz doğru vədəsinə əməl etmiş və təndir bir fəvvarəyə çevrilmişdi. Ondan çox möhkəm su qaynayırdı. Qoca qarı heyrət içində qalmışdı və nə edəcəyini bilmirdi. Möminlər gəlib, Allah-təalanın nişanəsinə baxdılar. Onların bəzisi qorxu və ümidlə təndirə, bəzisi isə göyə baxır və şövqdən ağlayırdılar. Səma buludla doldu; qara və tünd buludlarla. Aydın gündüz qaranlıq gecəyə çevrilmişdi. Nuh (ə) uca səslə öz ardıcıllarına buyurdu:
-Gəmiyə doğru tələsin!

Hamı şəhərdən çıxaraq hərəkətə başladı. Gəmi öz yerində idi. Elə bil, möminləri gözləyirdi. Nuh (ə) möminlərin gəmiyə minmələrinə nəzarət edirdi.
Birdən göydə ildırımlar çaxdı. Buludların möhkəm gurultu səsləri ucaldı. Çox güclü yağış yağmağa başladı. Mömin kişi və qadınlar bir-birinin ardınca gəmiyə minirdilər. Nuhun (ə) övladları da orada idi. Yalnız onların biri yox idi. Nuhun (ə) həyat yoldaşı da yox idi. O, bütpərəst idi və həyat yoldaşının peyğəmbərliyinə iman gətirməmişdi.

Heyvanların tələf olmaması üçün Allah-təala Nuha (ə) ilham etdi ki, hər heyvandan bir cütünü gəmiyə daxil etsin. Ona görə də Nuh (ə) əmr etdi ki, gəminin alt mərtəbəsi böyük heyvanlar üçün, üst mərtəbəsi isə quşlar üçün ayrılsın.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930