Təvəkkül və təkrar təvəkkül
Mьəllif: admin1
Tarix: 16-01-2018, 22:14
Təvəkkül və təkrar təvəkkül
Hüccətil-İslam Əbdulkərimi tanınmış dini mütəxəssislərdəndir.

O, deyir: “Allah Təala Quranda buyurur: “Lakin, nə qədər ki, sən onların içindəsən, Allah onlara əzab verməyəcəkdir. Həmçinin nə qədər ki, onlar istiğfar edirlər (Allahdan bağışlanmalarını istəyirlər) Allah onlara əzab verən deyildir”. (“Ənfal” 33).

Bu günlər hamımız qıtlığın şahidiyik. Bütün bunların səbəbi isə az istiğfar etməyimizdədir. Ona görə də gərək gecə nafiləsi qılaq və namazdan sonra çoxlu istiğfar edək.

Bu ayədə də deyildiyi kimi, Allah istiğfar sayəsində öz əzabını aradan qaldırar.

Həzrət Musanın (ə) zamanında da quraqlıq olmuşdu və ceyranlar Həzrətin (ə) xidmətinə gələrək, ondan yağış yağdırması üçün Allaha dua etməsini istəmişdilər. Həzrət Musa (ə) da ceyranların bu xahişini Allaha çatdırır, ancaq Allah rədd cavabı verir.

Allah Təala buyurur: “Onun vaxtı hələ çatmamışdır”.

Həzrət Musa (ə) da Allahın cavabını ceyranlara verir. Ancaq onlardan biri qabağa çıxır və deyir ki, Tur dağına qalxıb münacatla məşğul olacaqdır, o zamana qədər ki, Allah yağış yağdıracaqdır. Öz dostlarına deyir: “Əgər mən dağdan tullanan halda düşsəm, bilin ki, yağış yağacaqdır. Əks halda ümid yoxdur”.

Ceyran dağın başına qalxır və Allah ona da rədd cavabı verir. Ancaq qayıdan zaman gözü dostlarının məzlum baxışlarına dəyir və narahat olur. Ona görə də tullanmağa başlayır və Allaha təkrar təvəkkül edir.

Öz-özünə deyir: “Dostlarımı sevindirim və Allaha təkrar təvəkkül edim”.

Dağdan düşənə qədər hələ də ümid vardır. O zaman ceyran dağın aşağısına düşür, yağış yağmağa başlayır.

Həzrət Musa (ə) Allahdan bunun səbəbini soruşur və Allahdan xitab gəlir: “Ceyran da sənin aldığı cavabı almışdı, bir fərqlə ki, ceyran təkrar təvəkül etdi. Bu, onun təkrar təvəkkülünün mükafatıdır””.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930