Bəyənilən və bəyənilməyən ümidsizlik
Müəllif: Admin
Tarix: 12-07-2019, 11:47
Bəyənilən və bəyənilməyən ümidsizlik
Qurani-Kərimdə çox sayda ayələr vardır ki, insanı Allah rəhmətinə qarşı ümidsiz olmaqdan çəkindirir.

Məsələn, bu ayədəki kimi: “De: “Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!””. (“Zumər” 53).

Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü Allah Təala ümidsizləri elə məbus edər ki, simalarının qaranlıq və zülməti nuraniliyə qələbə çalar. Sonra deyilər ki, bunlar o kəslərdir ki, Allahın rəhmətindən ümidsiz olmuşdular”.

Ümidsizlik elə bir şeydir ki, insanı hədəfinə çatmaqdan saxlayır. Halbuki, bu hədəf üçün əvvəllər çox çalışırdı. Ancaq indi ümidsiz olduğu üçün onda bir hərəkət və səy olmaz.

Quran ayələri və hədislər ümidsizliyi iki yerə bölür: bəyənilən və bəyənilməyən ümidsizliyə.

Bəyənilən ümidsizlik

Bəyənilən ümidsizlik - o ümidsizlikdir ki, Allahdan qeyrisinə aid olsun. İnsan Allahı əsl Xaliq və Feyz Mənbəyi kimi qəbul etməlidir. Qeyrisindən ümidsiz olmalıdır. O, bu inancda olmalıdır ki, əgər başqası da nəyisə edə bilirsə, bu Sübhan Allahın yardımı və izni ilə baş verir.

İmam Sadiq (ə) buyurur: “Möminin izzət və şərəfi ondadır ki, başqalarından məyus olsun və insanların əlində olanlardan ümidini kəssin”.

Bəyənilməyən ümidsizlik

İnsan o zaman ki, İlahi rəhmətdən ümidini kəsər və Allahın bir daha onu bağışlamayacağına inanarsa, onun cəhənnəmə getməsi mütləq olar.

Yuxarıda zikr edilən ayə bunun aydın sübutudur. Ümidsizlik nəticəsində insan çox sayda günah işlədir və Allahın bir daha onu əfv etməyəcəyinə inanır. Elə bilir ki, Allah onu bir daha sevməyəcək və bağışlamayacaqdır. Şübhəsiz, o, cəhənnəm əhlindən olar.

Allah Təala Peyğəmbərə (s) buyurur ki, əgər bəndələr özlərinə zülm ediblərsə, İlahi rəhmətdən məyus olmasınlar. Allah onun günahlarını bağışlayar. Çünki O, çox bağışlayan və mehribandır.

Ümidiszlik nəticəsində insan dua etməkdən, İlahi dərgahda ağlamaqdan uzaqlaşar. Bu zaman şeytanın ordusuna daxil olar. İlahi rəhmətdən ümidsiz olmaq nəticəsində insan bəndəlikdən uzaqlaşar, yolunu azmışların dəstəsinə qoşular. Özünü cəhənnəmə yaxınlaşardırar.

Hədislərdə Məsumlar (ə) bizi xofa, yəni qorxuya dəvət edir, belə ki, bu qorxu başqa bir qorxudur. Yəni insan etdiyi ibadətlərə və əməllərə görə məğrur olmamalıdır. Bundan qorxmalıdır. Çünki qürur elə bir təhlükəli virusdur ki, abidin bədənini süstləşdirər, Allaha əvvəlki kimi bəndəlik edə bilməz.

Ümid insana qüvvə verər və insan hər an xatırlayar ki, onu himayə edən bir İlahi qüvvə vardır. Allahın bəndəsi olduğunu yaddan çıxartmaz. “Allah - ən yaxşı qoruyandır və O, mehribanların ən mehribanıdır”. (“Yusif” 64).

“(Kim etdiyi zülmündən sonra tövbə etsə və (əqidə və əməlini) düzəltməyə başlasa, şübhəsiz, Allah ona nəzər salar və tövbəsini qəbul edər. Həqiqətən, Allah - çox bağışlayan və mehribandır”. (“Tövbə” 39).

İlahi rəhmətdən məyus olmaq - ancaq İlahi bağışlanmadan məyus olmaq mənasında deyildir. Bəlkə İlahi tofiq və hidayətdən də məyus olmaq mənasını verir. Çünki insanın irəli getməsi və inkişaf etməsi üçün kamal pilləsi başa vurması lazımdır, bu da İlahi rəhmət və fəzl ilə mümkün olar.

Əllamə Təbatəbai bu ayənin təfsirində: “Əgər Allahın sizə lütf və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (pis əqidə, əxlaq və əməldən) pak olmazdı. Lakin istədiyini (kamillik mərhələlərində) paklaşdıran Allahdır. Allah (hər şeyi) eşidən və biləndir”. (“Nur” 21)

Belə buyurur: “Bu, ona dəlalət edir ki, xeyir və səadət ancaq Allaha aiddir. Quran təlimləri də bunu ifadə edir. Necə ki, başqa yerdə buyurmuşdur: “De: «Allahım! Ey hər bir mülkün həqiqi sahibi!

Ey bütün hökumətlər üzərində mütləq hakim! İstədiyin kəsə hökmdarlıq verir və istədiyin kəsdən hökmdarlığı alırsan, istədiyinə izzət verir və istədiyini xar edirsən! Xeyir(in həqiqəti) Sənin əlindədir. Doğrudan da Sən hər bir şeyə qadirsən»”. (“Ali-İmran” 26).

Allah Təala buyurur: “Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz”. (“Yusif” 87).

Allah insanları ümidsiz olmaqdan çəkindirir, çünki bu hiss insanı inkişafdan, hərəkətdən, İlahi rəhmətdən saxlayan və şeytanın dəstəsinə qoşulmasına səbəb olan bir hissdir. Ona görə də ümidsizlik qadağan edilmişdir, bu Siratül-müstəqim yolunda irəliləmək üçün bir tormozdur.

Bizim Səlman, Əbuzər və Əmmar olmağımız üçün İlahi rəhmətə və fəzlə ümid bəsləməyimiz zəruridir. Hələ gec deyildir və qapılar hələ bağlanmamışdır. Çalışıb, Allaha təvəkkül edərək, özümüzü bəndəlik hədəfinə çatdıra bilərik.



(Deyerler.org)
Oxşar xəbərlər
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930