Möminin nişanələrindən biri – ümid bəsləməkdir
Mьəllif: admin1
Tarix: 12-06-2022, 16:49
Möminin nişanələrindən biri – ümid bəsləməkdir

Mömin həmişə ümidlidir və Allaha ümid bəsləyər və həyatının ən çətin anlarında belə, ümidini üzməz.

“Şəbaniyyə” münacatında oxuyuruq: “Məbudum! Öləndən sonra Sənin inayətinə görə necə məyus olum, halbuki Sən mənim həyatımın yaxşı işlərindən savayısını öhdənə götürməmisən?”.

Dünyaya ümidi.

Həzrət Yəqub (ə) oğlu Yuisf (ə) itəndən sonra ümidini kəsmədi və övladlarını onu axtarmaq üçün göndərib dedi: «Ey mənim oğlanlarım, gedin Yusufu və qardaşını axtarın və Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz». (“Yusif” 87).

Həzrət İbrahim (ə) buyurur: «Öz Rəbbinin rəhmətindən azğınlardan başqa kim naümid olar?!». (“Hicr” 56).

Mömin Allahın dünya nemətlərinə şükür edər və müsibətlə üzləşən zaman səbir edər.

Axirətə ümidi.

Dünyaya olduğu kimi, axirətə də ümidsiz olmaz. Çünki Allahın verdiyi sözlərə inanır. “De: «Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!”. (“Zumər” 53).

Əmirəl-möminin (ə) buyurur: “Təəccüb edirəm o kəsə ki, ümidsiz olar, halbuki istiğfar etmək (imkanı) olar”.

Həzrət Əli (ə) başqa yerdə buyurur: “Hərtərəfli fəqih o kəsdir ki, insanı İlahi rəhmətdən ümidsiz etməz”.

Allahdan qeyrisindən ümidlərini kəsərlər.

Arif insan Allahdan başqasına ümid gözü ilə baxmaz və tək söykənəcəyi Allah olar. İnsanlardan ümidsiz olmaq insan ruhunu azad və hüzurlu edər. Onlara tamah etmək insan nəfsini zəlil və əsir edər.

Cəbrayil (ə) Həzrət Peyğəmbərə (s) buyurur: “İnsanın şərafəti – gecə ibadətində, izzəti – insanlardan ehtiyacsız olmaqdadır”.

İmam Baqir (ə) buyurur: “Ən üstün sərvət – Allaha etimad bəsləmək və insanlardan ümidsiz olmaqdır”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930