İlahi rəhmətə gedən yol 3 addımladır
Mьəllif: admin1
Tarix: 29-12-2021, 20:45
İlahi rəhmətə gedən yol 3 addımladır

Şübhə ürəyimdə yuva qurmuşdu və öz-özümə düşünürdüm ki, hacətimin yerinə yetməsi üçün daha nə qədər dua etməliyəm?

İmam Rzanın (ə) yanına getdim ki, bəlkə o, mənim bu çətinliyimi həll edər.

İmama (ə) yaxınlaşdım və dedim: “Neçə ildir ki, hacətim vardır və bir neçə ildir ki, dua edirəm. Ancaq duam yerinə yetmir və ürəyimə şübhə girmişdir. Nə edim?”.

İmam (ə) mənə sərt baxdı və buyurdu: “Ey Əhməd ibni Muhəmməd! Ehtiyatlı ol ki, şeytan sənə qələbə çalmasın. Səni İlahi rəhmətdən ümidsiz etməsin.

Məgər bilmirsən ki, bəzən Allah möminin hacətini yerinə yetirməyi təxirə salar ki, o, daha çox dua etsin. Çünki Böyük Allah bəndələrinin Onunla söhbətini sevir.

Allaha and olsun ki, o kəslər ki, Allahdan ehtiyaclarının aradan qalxmasını istəyirlər, onların ehtiyacının (duasının) gec yerinə yetməsi onlar üçün tez yerinə yetməsindən daha yaxşıdır.

Dünyanın nə dəyəri vardır ki, mömin onun üçün Allaha ümidsiz olsun? Yaxşı olar ki, hüzur və çətinlikdən uzaqda olan zaman etdiyi dua, çətinliyə düşən zaman etdiyi duası kimi olsun.

Əgər həyata keçməzsə də, ümidsizliyinə səbəb olmasın. Ona görə də qəmgin olma ki, dua Allah dərgahında dəyərlidir”.

“De: «Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin”. (“Zumər” 53).

“Günahları Allahdan başqa kim bağışlaya bilər?”. (“Ali-İmran” 135).

İlahi rəhmətdən ümidsiz olmaq - kəbirə günahdır. Bu, günahkar insanın vəziyyətini daha da pisləşdirə bilər. Ona görə də günahkar insan səhvini başa düşən kimi geri qayıtmalı və tövbə etməlidir.

İlahi rəhmətdən ümidini kəsməməlidir. Çünki İlahi rəhmət qapıları hamının üzünə açıqdır və hər kim Allah qarşısında təslim olmağa hazırdırsa, Allah onu qəbul edər və bağışlayar. İnsan bilməlidir ki, İlahi rəhmətə gedən yol üç addımladır:

1. Günahdan peşman olmaq və tövbə etmək.

2. İlahi əmrlər qarşısında təslim olmaq.

3. Saleh əməl və Quranın ardınca getmək.

İmam Sadiq (ə) buyurur: “Əgər bəndə xalis tövbə edərsə, Allah onu əziz tutar. Dünya və axirətdə günahlarını örtər”.

Soruşurlar ki, necə örtər? Buyurur: “Allah onun günahını yazan 2 mələyə onu unutdurar. Bədən üzvlərinə vəhy edər ki, günahını gizlətsinlər.

Ətrafında olan yerə vəhy edər ki, onun üzərində etdiyi günahları gizlətsin. Ona görə də o, Allahla elə halda görüşər ki, heç bir şey günahına görə şəhadət verməz”.

Allah Təala bizləri sevdiyi bəndələrin sırasında qərar versin.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031