Qüsl alan zaman başa, sağ və sol tərəflərə üç dəfə su tökmək lazımdır yoxsa bir dəfə?
Müəllif: Admin
Tarix: 12-07-2019, 08:35
Qüsl alan zaman başa, sağ və sol tərəflərə üç dəfə su tökmək lazımdır yoxsa bir dəfə?
Qüsl zamanı vacib olan budur ki, əvvəlcə baş və boyun, daha sonra bədənin sağ tərəfi, axırda da sol tərəfi tamamilə su ilə yuyulsun.

Bu zaman bütün bədən göstərilən ardıcıllıqla islanmalı və bir zərrə qədər də quru yer qalmamalıdır. Qüsl zamanı bədənə neçə dəfə su tökməyin heç bir şərti yoxdur.

İnsan şəraitdən, xasiyyətdən, suyun miqdarından asılı olaraq, bədənini istədiyi miqdarda su ilə yuya bilər. Yetər ki, bütün bədən su ilə islansın və israfa yol verilməsin.

Qüsl həm su şırnağının (duşun) altında durmaqla, həm də bədənə qabla su tökmək yolu ilə alına bilər. Guya əvvəlcə başa, sonra sağ tərəfə, sonra da sol tərəfə cəmi bir qab su tökməklə qüsl almağın lazımlığı barədə xalq içində deyilən sözlər həqiqətdən uzaqdır.

Üç qab su ilə qüsl almaq qeyri-mümkündür. Hər tərəfə üç qab su tökmək barədə deyilənlər də həqiqətdən uzaqdır. Çünki əvvəla, bu barədə dini göstəriş yoxdur, ikincisi, neçə qab su tökmək yuxarıda yazıldığı kimi, hər vəziyyətdə fərqli ola bilər.
(islam.az)
Oxşar xəbərlər
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031